Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri
19.4K subscribers
120 photos
21 videos
1 file
128 links
🔹maraqlı faktlar
🔹psixologiya, düşüncə
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!
Download Telegram
Oracle Time nəşrinin məlumatına görə, 30 min İT əməkdaşını bir gündə işdən çıxarıb, onların öyrətdiyi neyron şəbəkə ilə əvəz edib. İşçilərdən iş proseslərini sənədləşdirmək və SZ-ni öyrətmək üçün təqdim etmək tələb olunub.

Aşağıda bunun niyə tənqid üçün səbəb olmadığını izah edirəm:

1. Biznes dünyası çox sərtdir. Əgər bunu Oracle etməsəydi, rəqiblər edəcəkdi və Oracle uduzacaqdı.

2. Bu, xərcləri optimallaşdırmaq və şirkətin biznes göstəricilərini artırmaq üsuludur. Bu da səhmlərin və kapitalizasiyanın artmasına səbəb olar.

3. İnsanlar bahalı resursdur, AI infrastruktur isə gələcəyin özüdür. Buna görə də onlar kapitalı data mərkəzlərinə, GPU-lara, modellərin öyrədilməsinə yönəltdilər və eyni zamanda investorlara şirkətin köhnə təşkilati strukturunu saxlamaq əvəzinə AI-də artımı seçdiyini göstərdilər.

4. Biznes çevik və dinamik olmalıdır. Əgər bazara və şərtlərə uyğun dəyişmirsə, gec-tez sona çatacaq, xüsusilə də bu biznes nəhəng bir korporasiya olarsa.

Mənbə: https://www.threads.com/@ugurun_qanunu
Peşəni necə seçmək?

Hissə I | Hissə II | Hissə III | Hissə IV

İş bazarında, iqtisadiyyatda daim vəziyyət dəyişilir. Ona görə ölkə və dünya trendlərini anlamaq lazımdır. Məsələn Süni intellekt bir neçə peşəni zamanla yox edəcək. Bəzi peşələr ona görə güclənəcəklər və ya yeni yaranacaqlar.

Elə peşələr var heç zamanın təsirinə düşmür, onlar əbədi olur.

Gələcəyin trendi - daha az ofis işi, daha çox yaradıcılıq, texniki və mühəndis işlolur

Artım buradadır: süni zəka, verilənlər (big data, data science), kibertəhlükəsizlik, bərpa olunan enerji, texnologiyalar, elm sahələri.

Əbədi sahələr: qida, tibb, təhsil, logistika, tikinti, mənzil, enerji, təhlükəsizlik, maliyyə, nəqliyyat, aqronom işi.

Düzgün peşə seçimi gələcəyiniz üçün ən vacib seçimlərdən biri ola bilər.


Böyük Şəxsiyyət ©️

#uğur_qaydaları
#təhsil
#karyera
#frilans
#fərdi_fəaliyyət
#məqsədlər

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Bilirsiniz, kripyovalyutada ən çətini nədir? Acgözlüyünüzə qalib gəlmək.

Sırf bunu edə bilməməyimə görə kripyovalyutada minlərlə $ itirmişəm.

İndi isə bu hissi idarə etməyi bacarıram. Düzdür, arada yenə də tutur, bəzən qısa zamanda bir neçə dəfə. Amma əsas qaydaları yenidən yadıma salıb, özümü ələ yığıb davam edirəm və yenidən qazanıram.

Bu qazancın götürməsinə aiddir:

• Bəzən görürsən ki, +10% qazanmısan - satırsan, token qalxır və heyfslənirsən ki, kaş ki satmazdım.
• Bəzən saxlayırsan, +10% olur, sonra +20%, sonra +50%, sonra bir anda -90% düşür. Qalırsınız mənfidə.
• Bəzən bir yerdə pulu itirəndə, instinktiniz sizə deyir ki "daha riskli tokenə gir və itirdiyini tez qaytar". Siz buna tabe olub riski qaldırırsınız və son qəpiyə kimi itirirsiniz.

Ona görə, kripyovalyutada bu qaydaları əzbərləyin:
1. Qazancı fiksasiya edin.
2. Heyfslənməyin - qazanc oldu əla. Az olsun, daimi və sabit olsun.
3. Səbrli olun. 10 dəfə +10% qazanmaq daha şərfəlidir, nəinki 1 dəfə +100% qazanmaq.
4. Əsas büdcəni uzunmüddətdə saxlayın. Əsas vaxtınızda da işləyin, pul qazanın. Bu treydinqdən daha sərfəlidir.
5. Bəzən riskli aktivlərə girmək olar, potensial və əminlik çox olanda. Amma bütün depozit ilə yox.
6. Pul itirəndə, birinci və ən əsası - vaxt götürün. Beyninizi, diqqətinizi başqa şeyə ayırın. Kənarlaşın. Sakitləşin, sonra qayıdın və soyuq beyinlə yeni qərar verin.
7. Biliksiz və təcrübəsiz treydinq edib, necə deyirlər "tutmağa" çalışmayın. Bu çəmənlikdə əllərinizlə kəpənək tutmağa bərabərdir. Uduzacaqsınız 100%.
8. Zirvəni tutum, dibi tutum - vu fikirlərdən qaçın.


#treydinq_dərsləri
#kripto_treydinq

___
t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə | 🎞 Abunə ol
❤1
İllik 2 mln manatdan çox dövriyyəsi olan sahibkarlardan biznes məsləhəti soruşdum.

Ən yaxşı cavabları seçib şərhdə yazdım.

https://t.me/biznes_ugur/1393
‼️🎓Dostlar, LVMH (Louis Vuitton), Harvard, Hec Paris, Central Saint Martins universitləri ilə 30 saatlıq 4 kurs yaradıb və pulsuz keçmək olar.

İndi bağlanıbsa, sonra yenə açılacaq. Nəzərdə saxlayın. Hal-hazırda dərslər başlayıb. Sonra imtahan olacaq və sertifikat veriləcək. Onunla moda, geyim, aksessuar işlərinə girmək olacaq (sertifikat üstünlük olacaq). Pulsuz şeydir, keçin getsin.

Mövzu: lüks sənayesi.

https://www.insidelvmh.com/metiers-and-careers


Böyük Şəxsiyyət ©️

#təhsil@biznes_ugur
#karyera@biznes_ugur
#frilans@biznes_ugur
#kurslar@biznes_ugur

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
🔥2
🚨‼️Dostlar, Türkiyədə yarış keçir, İdol Türkiyə. Orada da Azərbaycanlı oğlan var, vokalı çox gözəldir. Amma 4 reytinqin birində 3-cü yerdir, birində 14 (cəmi 17 yerdir), digər ikisində sonuncu yerdədir.

Adı: Yusif İsmayılov.

Gəlin dəstək olaq. Sizdən 5 dəqiqə vaxt gedir, amma kiminsə həyatını dəyişə bilərsiniz.

Sayt: idolhouseturkiye.com

1. Gmail ilə qeydiyyatdan keçirsən.
2. Səsvermə açılanda sıralamada adını seçirsən.

Şərhdə reytinqləri atmışam 🤝

___
Gözləyirəm a, sabah onun yerində siz ola bilərsiniz və sizin dəstəyə ehtiyacınız olar. Ən azından ruhən insan dəstək görüb ilhamlara bilər.
❤1
Yeni bilikdən. Kim məlumatı toplayıb heç vaxt oxumursa xüsusən dinləsin.


Böyük Şəxsiyyət ©️


#səs #podkast
#uğur_qaydaları
#motivasiya


t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
💘1
"Həyat yoldaşım bir dəfə öz kredit kartını itirmişdi. Mən onu geri almağa belə çalışmadım, çünki onu tapan kişi oradan daha az pul xərcləyirdi."

Uorren Baffet © 😂


___
⚠️Yatırım tövsiyəsi deyil. Hər kəs özü qərar versin.

___
t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə | 🎞 Abunə ol
• Yapon avtomobilləri necə ABŞ bazarını fəth etdi?
• Onlara qarşı hansı qadağa qoyuldu?
• Yapon brendləri necə bu qadağanı öz gücünə çevirdi?
• Lexus brendi necə və hansı məqsədlə yarandı?
• Yaponlar necə avtomobil sanəyesini dəyişib inqilab etdilər?

Ətraflı burada oxuyun https://t.me/biznes_ugur/1407
🔥1💘1
#CL #WTI #BZ #UKOIL

Neft bazarı haqqında sadəcə 2 fakt:
1. Son 20 ildir (2007-2026) neft $60-100 civarında satılıb-alınır.
2. $60-dan aşağı ABŞ neft buruqlarına sərf etmir, ona görə onlar ancaq baha olanda işləyə bilirlər. Çünki onlarda slans neftidir. Yerin dərinində yerləşir. Ona görə $60-dan ucuz olanda ABŞ neft çəkməsini azaldır və qiymətlər qısa zamanda qalxır. Çox ucuz olanda OPEC-də azaldır.
3. $100-dan da yuxarı - OPEC-ə sərf etmir. Çünki bu qiymətdən baha olanda ABŞ neft buruqları qoşulur və tam güclə işləməyə başlayır. Bu da o deməkdir ki, bazarı OPEC-dən alır. Ona görə bu zaman OPEC neft limitini qaldırır və bazara nefti tökür ki, qiymət düşsün.

Eyni zamanda ucuz neft ABŞ iqtisadiyyatına sərf edir. 1970-1980-ci illərdə baş verənləri oxuya bilərsiniz. Həmdə seçkilər gəlir noyabrda. Neft baha olsa xalq narazı olacaq. İran da bunu başa düşür digər tərəfdən.

Amma seçkiləri saymasaq, ABŞ iqtisadi müharibələr aparır, ilk növbədə Avropa və Çin ilə + Çin ilə süni intellekt rəqabəti (ona da çoxlu enerji lazımdır). Bu səbəbdən neft nə qədər baha olsa, o qədər də ABŞ-ın rəqiblərinə Avropa və Çinə ziyandır.

Bu səbəblərə görə, komfort satış zonanı #CL #WTI üçün $93-96 seçdim. #UKOIL #BZ Brent üçün $96-100.

Amma daha tez də sata bilərəm, vəziyyət düzəlməyə başlasa.

___
⚠️Yatırım tövsiyəsi deyil. Hər kəs özü qərar versin.

___
t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə | 🎞 Abunə ol
❗️🛢 Təcili nəsə dəyişilməsə bu səfər neft şoku daha ağır olacaq:

• Dövlətlərin strateji ehtiyatları ən aşağı səviyyədə.
• Keçən səfər bir Hörmüzə görə #WTI $110, #UKOIL Brent $120 kimi qalxmışdı. İndi təsəvvür edin Hörmüz, Qırmızı Dəniz, hələ bu gün də Qazaxıstan Rusiyadan Avropaya keçirdiyi nefti dayandırdı.

Yəni neft bazarı çox ağır vəziyyətdədir və barışıq olmasa, neft daha da uçacaq.

Amma bu çox ağır beynəlxalq böhranın səbəbi ola bilər...

#bazar_analizi

___
t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə | 🎞 Abunə ol
Podkast 4: Təbliğatdan və tənqidi düşüncədən. Xoş dinləmələr.


Böyük Şəxsiyyət ©️


#səs #podkast
#uğur_qaydaları
#motivasiya
#milyonçu_düşüncəsi
#psixologiya


t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
❤1
🇦🇿 Vətənpərvərlik, Vətənə və xalqımıza sevgi, adət-ənənələrə hörmət – birinci yerdə olmalıdır! (göz vuran maska)