🎤 Pərvin Abıyeva: Əsəblərim dözmür, tab gətirə bilmirəm
Aktrisa Pərvin Abıyeva açıqlaması ilə diqqət çəkib.
Sənətçi şəhərdə avtomobillərin çoxalmasından, səs-küydən və tıxaclardan narazı olduğunu bildirib. O, insanların şəxsi avtomobil almaq əvəzinə daha çox özlərinə ev almağa üstünlük verməli olduqlarını düşünür.
Abıyeva paytaxtda Çin istehsalı olan avtomobillərin sayının artmasına da münasibət bildirib:
"İnsanlar özlərinə ev alsınlar. Bu nədir, yerindən duran maşın sürür. Şəhər Çin maşınları ilə doludur. Mən dörd ildir şəhərdə yaşamıram, yayda da, qışda da Mərdəkanda qalıram. Əsəblərim şəhərdəki səs-küyə, sıxlığa dözmür, tab gətirə bilmirəm".
Aktrisanın fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
🔗 @carchinews

🤬10❤4🤡3👍1🐳1
⚖️ Kamran Əsədov və Gündüz Abbasovun buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələr keçirmə ittihamı ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Gəncə Şəhər Məhkəməsində keçirilən iclasda prokuror Kamran Əsədov üçün 3 il, Gündüz Abbasov üçün isə 3 il 6 ay həbs cəzası tələb edib. Təqsirləndirilən şəxslər son sözlərini deyiblər: Kamran Əsədov özünü təqsirli saymadığını, Gündüz Abbasov isə qismən təqsirli olduğunu bildirib. Məhkəmə prosesi 20 noyabrda davam edəcək.
🔗 @carchinews
🔗 @carchinews
❤4
⚠️ Ağstafada bir ailənin üç üzvü qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Rayon sakinlərinin vəziyyəti Ağstafa Mərkəzi Rayon Xəstəxanasında nəzarətə götürülüb. Onların məhz qidadan zəhərləndiyi bildirilib.
🔗 @carchinews
🔗 @carchinews
🙏4
🏦 Bu il pensiyalar daha az artacaq - Deputat
Komitə sədri Azər Badamov bildirib ki, 7,5 faiz ilkin proqnozdur. Yekun indeksləşdirmə əmsalı orta aylıq nominal əməkhaqqının artımına dair rəsmi göstərici əsasında müəyyənləşdiriləcək.
Badamov xatırladıb ki, 2026-cı ildə əmək pensiyaları 9,3 faiz artırılıb. Gələn il üçün proqnozlaşdırılan artım tempi bu göstəricidən 1,8 faiz bəndi aşağıdır.
Komitə sədrinin sözlərinə görə, nəzərdə tutulan yeni qaydaya əsasən, orta aylıq əməkhaqqından aşağı olan pensiyalara indeksləşdirmə əmsalı tam tətbiq ediləcək. Pensiyası orta aylıq əməkhaqqından yüksək olan şəxslərdə isə həmin həddi aşan hissəyə fərqli əmsalların tətbiqi nəzərdə tutulur.
Badamov bildirib ki, bu yanaşma daha aşağı pensiya alan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.

🤬8👍2
🏥 Zakir Qaralovun əmisi qızı təqaüdə göndərildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocasən Sağlamlıq Mərkəzinin direktoru vəzifəsindən azad olunub.
Mərkəzin direktoru Mehriban Qaralova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq, təqaüdə yola salınıb. Onun yerinə Səbinə Məmmədova gətirilib.
Qeyd edək ki, Mehriban Qaralova 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilərək sözügedən vəzifəyə gətirilmişdi. O, sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.

🤣7
🇦🇿 Prezident İlham Əliyev Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşündə bildirib ki, yeni kənd və şəhərlərin salınması, köçkünlərin yurdlarına qayıtması ölkənin əsas prioritetlərindəndir və bu, bütün xalq üçün vacib məsələdir. Dövlət başçısı vurğulayıb ki, uzun illər çətin şəraitdə yaşamış köçkünlərin doğma torpaqlara dönməsi hər bir azərbaycanlının arzusudur, xüsusilə də illərlə köçkün həyatı yaşayanlar üçün bu, böyük əhəmiyyət daşıyır.
🔗 @carchinews
🔗 @carchinews
❤5🤣1
⚽️ "Qarabağ" klubu Marko Yankoviç və Mateus Silva ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Klubun mətbuat xidməti hər iki futbolçunun əsas heyətdən kənarlaşdırılması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb. Bununla yanaşı, klub bu oyunçulara daxili intizam qaydalarına əsasən cəza verildiyini təsdiqləyib. Klubdan əlavə edilib ki, intizam məsələlərinin detalları barədə ictimaiyyətə əlavə açıqlama verilməyəcək.
🔗 @carchinews
🔗 @carchinews
❤4
🏛 Milli Məclis bu məsələni Qanuna saldı
Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq.
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə” qanun layihəsində əksini tapıb.

🚌 Bakının Sabunçu rayonunda, Ramana qəsəbəsində 162 saylı marşrut avtobusu idarəetməni itirib və 337 saylı məktəbin qarşısında "Opel" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Opel" yoldan çıxaraq yol kənarında olan piyadanı vurub. Hadisə nəticəsində avtobusda da xəsarət alanların olduğu qeyd edilib.
🔗 @carchinews
🔗 @carchinews
🤬2
🚍 Abşeron rayonunda 567 nömrəli sərnişin avtobusunda tüstülənmə qeydə alınıb. Hadisə barədə sosial şəbəkələrdə məlumat yayılıb. Sürücü avtobusu dayandıraraq sərnişinlərin təhlükəsiz şəkildə düşməsini təmin edib. Bildirilir ki, bu marşrut xəttində oxşar hallar əvvəllər də yaşanıb. 567 nömrəli avtobus Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə Qobu qəsəbəsi arasında hərəkət edir.
🔗 @carchinews
🔗 @carchinews
❤3
🎥 Baku TV 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərdən doğan işıq” adlı xüsusi süjet hazırlayıb. Süjetdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq prosesi, enerji infrastrukturunun yenilənməsi, eləcə də mürəkkəb relyefli ərazilərin elektriklə təminatı işıqlandırılır. Videomaterialda mütəxəssislərin çətin şəraitdə gördüyü işlər və azad olunmuş torpaqlarda yeni həyatın qurulması əksini tapıb. Süjeti noyabrın 7-də saat 21:45-də “Baku TV”də izləmək mümkündür.
🔗 @carchinews
🔗 @carchinews
❤3
💰 Aİ-92 və dizel bahalaşacaq? Kimyəvi nişanlanma ilə bağlı AÇIQLAMA
Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağının kimyəvi nişanlanmasının tətbiqi əlavə xərclərin yaranmasına səbəb ola bilər. Belə ki, bu proses üçün xüsusi kimyəvi maddələrin alınması, yanacağa vurulması, saxlanması və daşınması müəyyən maliyyə vəsaiti tələb edir.
Bu isə istehlakçıları həmin xərclərin yanacağın satış qiymətinə təsir edib-etməyəcəyi barədə düşündürür.
Bəs, kimyəvi nişanlanmanın tətbiqi Aİ-92 markalı benzin və dizel yanacağının bahalaşmasına gətirib çıxara bilərmi?

🤬20❤1
🏛 Düşməni vahiməyə salan şəhid kapitanın adı Milli Qəhrəmanlar sırasına yazılsın! - Zakir Həsənova MÜRACİƏT
Şəhid kapitan Mühüd Orucovun döyüş yolunun qiymətləndirilməsi və "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə
Çox hörmətli Cənab Nazir, bu müraciəti sizə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş, hərb tariximizin unudulmaz simalarından biri olan Şəhid kapitan Mühüd Qurban oğlu Orucovun döyüş yolunun layiq olduğu yüksək səviyyədə qiymətləndirilməsi məqsədilə ünvanlayıram.
Mühüd Orucov xidmət etdiyi illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar, cəsur və Vətənə sadiq zabitlərindən biri olmuşdur.

❤10
🏛 Əhaliyə ŞAD XƏBƏR: Bu tarixədək PULSUZ OLDU
2006-cı il iyulun 6-dək verilmiş əmlak sənədləri əsasında daşınmaz əmlaka çıxarış və texniki pasport dövlət rüsumu tutulmadan təqdim ediləcək.
Bununla bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsinə, eləcə də daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan-ölçü) təqdim edilməsinə görə dövlət rüsumu tutulmayacaq.

🤣6👍4
🥀 Həkim Yusif Musayev dünyasını dəyişib. Onun vəfatı barədə məlumat sosial şəbəkələrdə yayılıb. Ölümün səbəbi açıqlanmayıb. Bildirilir ki, Yusif Musayev 20 Yanvar hadisələrinin şahidi və Təcili Tibbi Yardım Xidmətində çalışmış həkim olub.
🔗 @carchinews
🔗 @carchinews
👍4❤1
⚽️ “Birinci yer uğrunda mübarizə sonadək onlarla bizim aramızda gedəcək”
II Liqanın mərkəzi qarşılaşması çərşənbə axşamı Sabirabadda keçirildi.
Çempionluq uğrunda mübarizə aparan “Qaradağ-Lökbatan”la “Marafon”un dueli maraqlı və gərgin oyun vəd edirdi ki, stadiona toplaşan 500-ə yaxın azarkeş futboldan sözün əsl mənasında zövq aldı.
Lökbatan qalib gələcəyi halda xal sayını 24-ə çatdırıb lider mövqeyindəki yerini bərkidəcək, “Marafon” udsaydı, birinciliyi liderdən alacaq, nəticədə “Qaradağ-Lökbatan” “Şimal”dan da geriyə düşüb 3-cü pilləyə yuvarlanacaqdı.
Bulaqlı kəndindəki stadiona toplaşanların gərgin və maraqlı oyun şahidlik etdiyini deyə bilərik. Hər iki komandanın çoxsaylı qol imkanları olsa da, qonaqlar 71-ci dəqiqədə rəqib qapısının torunu silkələyib 3 xalı aktivinə yazdı.

🔥3❤1👍1
🚨 Bakıda polkovnikin idarə etdiyi avtomobilin qadını vuraraq ölümünə səbəb olduğu hadisənin bəzi təfərrüatları açıqlanıb. Bildirilib ki, hadisə Məhəmməd Naxçıvani küçəsində yerləşən 15 mərtəbəli binanın yeraltı avtodayanacağında baş verib. Binanın komendantı Etibar Qasımovun dediyinə görə, vəfat edən Esmira Sadıqova həyətdəki zibil qutularından məişət tullantıları toplayırmış.
🔗 @carchinews
🔗 @carchinews
💔6🤬1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🚨 İran ABŞ-a məxsus PUA-nı vurub
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında yerləşən Keşm adası üzərində uçan ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib.
SEPAH-ın yaydığı açıqlamada bildirilir ki, ABŞ-yə məxsus MQ-1 tipli PUA ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsinə daxil olan müasir hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək məhv edilib.
Açıqlamada, həmçinin, indiyədək ümumilikdə 56 ədəd MQ-9 və 16 ədəd MQ-1 tipli pilotsuz uçuş aparatının vurulduğu iddia olunub.

❤2🤣2👍1
‼️ Avropada aviaşirkətlərə kibertəhdidlər göndərən şəxslər hücumlarını davam etdirmək niyyətində olduqlarını açıqlayıblar. "Financial Times"ın məlumatına görə, noyabrın 6-da İrlandiyanın RTE yayım şirkətinin binasına bomba qoyulması ilə bağlı təhdid səbəbindən əməkdaşlar evakuasiya edilib. Bu təhdidin, Avropada ən azı 30 reysə təsir edən saxta bomba xəbərlərinin arxasında dayanan qruplaşma tərəfindən göndərildiyi ehtimal olunur. Həmin qruplaşma təyyarələr, kruiz gəmiləri, metro və qatarları da hədəfə alacaqlarını bildirib.
🔗 @carchinews
🔗 @carchinews
🤬1