İnsan yönümlü şəhərlər ️
✔
3.85K subscribers
3.28K photos
402 videos
3 files
1.09K links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Download Telegram
💡 Bakı üçün urbanistik təklifi olanlar üçün tədbir var.
⠀
"UrbanLab: Map, Understand, Transform" tədbiri çərçivəsində piyada infrastrukturu və nəqliyyatla maraqlanan gənclər öz ideyalarını təqdim edə bilərlər. Bunun üçün urbanist, memar və ya mühəndis olmaq lazım deyil, hər kəs iştirak edə bilər (sadəcə nəzərə alın ki, müzakirə ingilis dilində olacaq).
⠀
Mən də tədbirdə münsiflər heyətində olacağam.
⠀
📅 Tarix: 31 oktyabr, saat 11:00–13:00
📍 Məkan: Landmark Baku
🔹 16–26 yaş arası gənclər iştirak edə bilər.
⠀
👇 Qeydiyyat mütləqdir:
https://docs.google.com/forms/d/e/1FAIpQLSedtUL5WIldQlXgx7rDjqn5ZDt4Ro5SIHVPFHyN8kRur0Lo6g/viewform
👍28❤4
Forwarded from Vagif Kazim
"Apar"ın yeni skuterlərinin altında maraqlı yazı var)
🤣86👍24❤21😁6
🇰🇷 Seulda olmaq da qismət oldu.
⠀
🌆 Cənubi Koreyanın paytaxtı həqiqətən də bir növ “başqa planetdir”. Dəfələrlə qeyd etmişəm ki, əhalisi bütün Azərbaycanın əhalisindən bir neçə dəfə çox olan belə nəhəng şəhərlərin təcrübəsini birbaşa Bakıya kopyalamaq mümkün deyil. Burada miqyas və yanaşmalar tamamilə fərqlidir.
⠀
🔹 Amma bu təcrübəni öyrənmək olduqca maraqlı oldu.
⠀
⚠️ Bəziləri deyir ki, Bakıda Seuldakı kimi geniş yolların olsa tıxac problemi həll olunar. Amma Bakı heç vaxt Seul olmayacaq. Bu cür şəhərlərin tarixi, miqyası və inkişaf yanaşmaları tamamilə fərqlidir.
⠀
🚇 Təkcə buradakı metroda 340-a yaxın stansiya var.
⠀
🚶‍♂️ Bununla belə burada piyada infrastrukturuna qənaət etmirlər. Səkilər, panduslar və əlçatan piyada keçidləri də diqqətdən kənarda qalmayıb.
⠀
🚲 Velosiped infrastrukturu da inkişaf etdirilir.
⠀
☑️ Qarşıda Seul haqqında geniş vloq var. Bu, Bakı ilə müqayisədən daha çox, dünyanın tamamilə fərqli bir hissəsinin necə yaşadığını sizə göstərmək fürsəti olacaq.

3️⃣ Üçüncü fotoda avtobusa minmək üçün səliqəli növbə.
⠀
#Seul
2❤37👍19👏5
Rəqəmsallaşma təkcə bir “application” demək deyil.

🇰🇷 Seulda avtobus marşrutları həm dayanacaqlarda çap olunmuş sxemlərlə göstərilir, həm də elektron monitorlarda avtobusların gəlmə vaxtları canlı rejimdə əks olunur.

📱 Bununla yanaşı, mobil tətbiq vasitəsilə bütün məlumatları əldə etmək, marşrut qurmaq, hətta avtobuslarda boş yerlərin sayını görmək mümkündür.

🗺️ Bunun üçün Google Maps-dən çox, NAVER adlı tətbiqdən istifadə olunur. Bu, bir növ “super app” yanaşmasıdır, müxtəlif funksiyalar vahid platformada birləşdirilib.

⚠️ Amma yenə də, dayanacaqlarda “offline” alternativlər qalır. Mobil tətbiq əvəzedici deyil, əlavə variant olmalıdır.

#Seul #ictimainəqliyyat
1👍36❤6
🚆 Bu gün dəmir yolları ilə bağlı üç xəbər gəldi:
⠀
📍 Hövsanda yeni dəmir yolu stansiyalarının yerləri açıqlanıb. (minivloq çəkdim).
⠀
🚆 Balakən istiqamətində sərnişin qatarları 20 noyabrdan bərpa olunacaq.
⠀
💺 Tbilisi istiqamətində isə 1 noyabrdan əlavə qatar hərəkət edəcək.
⠀
#Dəmiryolları
👍23❤8💯3👏2
🚲 Sumqayıtda da artıq velosiped zolaqları var.
⠀
🔹 Hələlik yalnız bulvarda çəkilib. Amma 21-ci əsrdə artıq hamı başa düşür ki, velosiped yolları uşaqların əyləncəsi üçün deyil, şəhərdə avtomobilə real nəqliyyat alternativi yaratmaq üçündür.
⠀
🔹 Keçən il çəkdiyimiz vloqda ətraflı göstərmişdim ki, Sumqayıtda velosiped infrastrukturu yaratmaq üçün bütün şərait var. Bakıda olduğu kimi, burada da avtomobil zolaqlarının eni təxminən 4 metrdir. Bakıda artıq başa düşüblər ki, zolaqların sayını saxlayaraq enini 3 metrə endirmək və əlavə velosiped zolaqları yaratmaq mümkündür.
⠀
⚠️ Gec-tez Sumqayıt da böyük tıxac problemi ilə üzləşəcək. O zaman velosiped infrastrukturunu yaratmaq daha çətin və ağrılı olacaq. Bu işi indidən görmək lazımdır.
⠀
✅ Hər halda, Sumqayıtlıları bu "siftə" ilə təbrik edirəm.

#Sumqayıt #velosipedzolaqları
❤27👏9👍8
Forwarded from Məhəmməd
Səkilərə 60 milyon büdcə ayrılandan sonra:
💩60😢19💯1
🇰🇷 Koreyadan bir saatdan çox video materialı var.

🎬 Hazırda Seulda çəkdiyimiz videonun montajı üzərində işləyirik. Təbii ki, bütün material əsas YouTube-kanalında paylaşılmayacaq.

📌 Bir daha xatırlatmaq istəyirəm ki, vloqların hazırlanması kifayət qədər vaxt və resurs tələb edir. Bu işin davamlı olması isə birbaşa izləyicilərin dəstəyindən asılıdır.

☑️ Patreon-da icmamıza qoşularaq siz:

- Yeni vloqları hər kəsdən əvvəl izləyə biləcəksiniz;

- Əsas videolara düşməyən əlavə hissələri izləyəcəksiniz;

- Qapalı Telegram-qrupuna dəvət alacaqsınız. Bu qrupda ictimaiyyətlə paylaşmadığım postları və anonsları dərc edirəm;

- Müvafiq dəstək səviyyəsindən başlayaraq “İnsanyönümlü şəhərlər” kitabını hədiyyə alacaqsınız.

✅ İllik abunəlik alanda 30% endirim tətbiq olunur.

🔒 Yalnız qapalı Telegram qrupuna qoşulmaq istəyənlər üçün keçid.

💛 Sadəcə gördüyüm işə birdəfəlik dəstək olmaq istəyirsinizsə, bura klik edin.

Və hazırda dəstək göstərməyə davam edən hər kəsə təşəkkür edirəm! 🙏

#Dəstək
❤10👍5
🚇 2027-ci ildə Bakı metrosu necə olacaq?

Bu gün Bakı Metropoliteninin 59 yaşı tamam olur. 2027-ci ildə, 60 illik yubileyə qədər isə hər şey plana uyğun getsə, bizi bir neçə yenilik gözləyir:

🚉 28 metro stansiyası. Daha bir stansiya, “20 Sentyabr” istifadəyə veriləcək.

🚇 Qırmızı və yaşıl xətlər tam müstəqil fəaliyyət göstərəcək. Beləliklə, Xətai və Cəfər Cabbarlı stansiyalarında uzun intervallar tarixə qovuşacaq.

🚌 Metropolitenin strukturuna daxil olan BakuBus-da brutto müqavilə modelinə keçid tam başa çatacaq. Avropa standartlarına uyğun bir operatoru Bakıda görəcəyik.

🚊 Ümid edirəm ki, metropolitenin tabeliyinə verilən Bakı tramvayı həmin vaxta qədər artıq tikinti mərhələsində olacaq.

Gələn il bu mövzularda ənənəvi vloqlarımız da mütləq olacaq.

#metro
❤30👍8