Dalğa
3.45K subscribers
17K photos
12.7K videos
312 files
16.2K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇

🆔 @payam_ziabot
Download Telegram
Şah İsmayıl Səfəvi adına kitabxananın "Audio Kitabxanası". Abunə olmaqla dəstək olun dostlar.

Səsli Kitablar - Audio Kitabxana
❤4👍2🥰1
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycanda bəzi dindar dostlar eşidəndə ki, İranda məsələn filankəs xaindir, şoka düşürlər. Hətta bəziləri İranda xainlərin olması məsələsini rəhbərin məqamına hörmətsizlik kimi görürlər. Gəlin qısa şəkildə bu anlaşılmazlığı sizə izah edim;

Əvvəla xain və cəsus fərqli məsələlərdir. Mümkündür biri xaindir, amma cəsus deyil. Misal üçün rəhbər özü buyurur ki, mən bəzi insanlara işlər tapşırdım, onlar amma sözümə baxmadılar. Halbuki həmin şəxslər bu işlərinə görə maaş alırlar. Yəni onların etdiyi bu iş xəyanətdir. Yaxud insan işi edə, amma lazım olan və ondan tələb olunan qədər etməyə, üzrlü səbəbi də olmaya, üstəlik bu işə görə maaş ala, bu, xəyanətdir. Xəyanət məsələsini say-say bitməz. Cəsus isə birbaşa Allah düşmənidir. Xarici düşmənə çalışır bunlar. Xəyanət səhlənkarlıqdan, biveclikdən, qanmazlıqdan, özünü daha ağıllı zənn etməkdən qaynaqlana bilər. Amma cəsusluq fərqli məsələdir.

Rəhbər bu videosunda çox incə məsələyə toxunur. Deyir ki, düşmənin nüfuz proqramından biri budur ki, iranlı məsullar, vəzifəlilər onlar kimi düşünsünlər. Burdan nə anlaşılır? Bir insanın xain olması üçün onun birbaşa düşmənə işləməsi lazım deyil. Bir adamın atdığı bütün addımlar, verdiyi bütün qərarlar düşmənin dəyirmanına su tökürsə, o şəxs həqiqətdə xaindir və mümkündür ki, düşmənə birbaşa çalışmır. Etdiyi işləri də həqiqətən o cür düşündüyü üçün edir. Biz bunu öz dindar camiəmizə də aid edə bilərik. Bir dindarın atdığı addım düşmən dəyirmanına su tökürsə, bu insanın xain sayılması üçün birbaşa dövlətə işləməsi, casusluq etməsi lazım deyil. Xaindir, Allah dininə xəyanət edir və hətta doğru iş etdiyini düşünür...

Mirağa Dadaş
👍5❤4
Media is too big
VIEW IN TELEGRAM
Seyyid Əzimin əzəmətli şəxsiyyəti

Azərbaycan Araşdırma Mərkəzi
❤8👍2
Məhəmməd Əsəd Bəy - Şərqdə Neft Və Qan (1).pdf
986.4 KB
Şərqdə neft və qan
Müəllif: Məhəmməd Əsəd Bəy

https://t.me/pdf_dini_kitablar
❤3👍2
Dünən Məhəmməd Əsəd bəyin "Şərqdə neft və qan" əsərini oxumağa başladım. Müəllif hadisələri özü gördüyünü iddia edir. Əlli neçə səhifə oxuyandan sonra halım bir- birinə dəydi. Hətta bəzi görüş və işlərimi təxirə saldım. Doğrudan sözlə təsvir oluna bilməyən bir ağrı hiss etdim.
Hadisələr Bakıda neft istehsal olunan zamana təsadüf edir. İctimai boşluq, faciə və zülmün görünməyən dərinliyi insanı heyrətdə qoyur.
Əsər müəllif tərəfindən Avropaya köçəndən sonra alman dilində yazılıb və Çərkəz Qurbanlı tərəfindən tərcümə olunub.
❤5👍1🥰1
Media is too big
VIEW IN TELEGRAM
Şah İsmayılın sünnilərə münasibəti

Azərbaycan Araşdırma Mərkəzi
👍10❤1🥰1
Media is too big
VIEW IN TELEGRAM
🎙️ Yeni video

Ərbəin məclisi - 2026

Şeyx Orxan Məmmədov

https://t.me/Azerbaycan_Ruhanileri
❤5👍3
Audio
🎙️ Yeni

Ərbəin məclisi - 2026

Şeyx Orxan Məmmədov

https://t.me/Azerbaycan_Ruhanileri
❤5👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rəqs edir Bakının ortasında gey
Ətrafda duranlar tamaşa edir
Biri ağzın açıb deməyir bir şey
Biri kənarından sakitcə gedir

Bir zaman Bakıda qoçu kişilər
Gəzirdi şəhərdə vüqarla, mərdcə
İndi al-qırmızılı nakişilər
Burcudur, süzülür, gəzir namərdcə

Ehh! Gözəl şəhərim, nə günə qaldın
Gör kimlər gəzişir üstündə sənin
Mərdi qovaladın, didərgin saldın
Qalmadı bir nəfər dâdə yetənin

Mirağa Dadaş

https://t.me/meclisiuns
❤8👍4
Media is too big
VIEW IN TELEGRAM
Seydiyar Bəşiri - Növhə (Hz. Hüseynin dilindən Xitab)

https://t.me/meclisiuns
❤6👍4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👍6
Üz gözünü cıran yaltaq
Baş gözünə vuran yaltaq
Şah damarın qıran yaltaq
Çığır, bağır, cır özünü
Möhkəm vur partdad gözünü

Səni doğan yerdə ana
Kaş doğaydı yekə dana
Hoş! deyən vaxtı heyvana
Qanır, sən amma qanmırsan
Xoddanmısan dayanmırsan

Yaltağın var nə hörməti
Nə izzəti, nə qeyrəti
Kim qəbul etsə zilləti
Millət gərək söysün onu
Harda görsə döysün onu

Mirağa Dadaş

https://t.me/qaf_simurq/4903
❤7👍5
Media is too big
VIEW IN TELEGRAM
Əziz ziddi-vilayətçi şiə qardaşlarıma demək istəyirəm ki, vilayət məsələsində fərqli fikirləriniz olsa da, bir məsələni heç vaxt yaddan çıxarmayın; bu gün əlimizdəki bu imamları ziyarət nemətləri İslam İnqilabının hesabınadır. Əhli-Beytin pak hərəmləri hifz olunursa, bu, İslam İnqilabının sayəsindədir. Kimsə mənim namusumu qorusa mən deyə bilərəmmi ki, o şəxs məsələn narkomandır, buna görə də onun bu işinin dəyəri yoxdur, yaxud ona lənət oxuya bilərəmmi? Bunu etmək ən azı nankorluqdur. Mən çox görürəm ki, bəzi zəvvarbaşıları yazırlar ki, biz İrana turist aparırıq, biz onların yox, onlar bizim hesabımıza dolanırlar, yaxud biz İrana yox İmam Rzanın qəbrinə ziyarətə gedirik və s. Əvvəla ziyarətə turistik səfər və zəvvarlara turist kimi baxmaq doğru deyil. İkincisi niyə Bəqidəki 4 İmamın qəbrinə gedib oranı ziyarət edə bilmirsiz? Deməli ən azından ziyarət həddində bu İslam İnqilabı şiəliyə xidmət edib və gərək buna dəyər verəsiz. Mənim yaşım az olanda bir ziddi-vilayətçi məni hədislərlə inandırmışdı ki, İslamda fəqihin vilayəti filan yoxdur, bunlar hamısı bidətdir, mərhum İmam nəuzubillah özündən uydurub bunları və s. Mənim ona cavab verəcək elmim yox idi, amma bir nüans məni ziddi-vilayətçi olmaqdan saxladı, dedim ki, ola bilər lap İmam özündən uydurub, əsas odur ki, Əhli-Beytin, şiələrin namusunu qoruyur. Kimsə mənim namusumu nəsə bir yalan uydurub qorusa mən ondan ancaq razılıq duyaram. Yəni uzun sözün qısası hətta etiqadınız vilayətə zidd yöndə olsa belə, sizə ziyarət üçün yaradılan bu möhtəşəm şəraitə görə İslam İnqilabına minnətdar olun və açıq mübarizəyə girməyin.

Mirağa Dadaş
❤10
Media is too big
VIEW IN TELEGRAM
Şah Abbasın Azərbaycanın şiə xalqına diqqət və qayğısı

Azərbaycan Araşdırma Mərkəzi
❤7👍2
Səbr eylə könül, möhnəti hicranə tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetəcək sevgili cananə tələsmə.

Pərvanə əgər yansa da şəm'in sitəmindən,
Şəm'in də yaxar ömrünü pərvanə tələsmə.

Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,
Bülbül gələr əlbəttə gülüstanə tələsmə.

Gündən-günə artır bu gözəl huriliqalar
Dünya dönəcək cənnəti rizvanə tələsmə.

Vahid dadacaqsan demə ki, tövbələr olsun,
Cəlb eyləyər axır səni meyxanə tələsmə.

Əliağa Vahid

https://t.me/meclisiuns
❤4👍4
Media is too big
VIEW IN TELEGRAM
Şah İsmayılın şiələrə xidməti

Azərbaycan Araşdırma Mərkəzi
❤12👍1🥰1