Media is too big
VIEW IN TELEGRAM
Məşhurdur ki, monqol hökmdarı Çingiz xan Nişapurda törətdiyi fəlakətlərdən sonra Həmədana getdi və oradakı insanlara dedi:
“Bir sual verəcəyəm. Əgər düzgün və yaxşı cavab versəniz, aman içindəsiniz.”
Sonra soruşdu:
“Mən Allah tərəfindən göndərilmişəm, yoxsa özüm gəlmişəm?”
Camaatın içindən cəsur və qorxmaz bir çoban Çingiz xana üz tutaraq dedi:
“Sən nə Allah tərəfindən gəlmisən, nə də öz istəyinlə. Səni bura gətirən bizim öz əməllərimizdir.
Biz öz alimlərimizə və ağıllı insanlara hörmət göstərmədik, bir qrup alçaq və cahilə məqam və nüfuz verdik, onlara hörmət etdik. Bunun nəticəsi isə sənin ordunun bura yürüş etməsidir...”
Azərbaycan Araşdırma Mərkəzi

❤8👍7
Rusiya–Ukrayna müharibəsi.pdf
2.4 MB
📚 Yeni kitab
Kitabın adı: Rusiya–Ukrayna müharibəsi: Tarix, geosiyasət və gələcəyin müharibəsi
Müəllif: Orxan Məmmədov
Bu müharibə təkcə ərazi uğrunda deyil, tarix və gələcək uğrunda aparılan mübarizədir.
Rusiya–Ukrayna müharibəsi XXI əsrin ən mühüm hərbi-siyasi qarşıdurmalarından biridir. Onun əhəmiyyəti yalnız Rusiya və Ukrayna arasında gedən ərazi mübarizəsi ilə məhdudlaşmır. Bu müharibə postsovet məkanında illər ərzində yığılan ziddiyyətləri üzə çıxarmış, eyni zamanda müasir müharibənin necə dəyişdiyini göstərən böyük bir təcrübəyə çevrilmişdir.
Kitabda Rusiya–Ukrayna qarşıdurması tarixi köklərindən başlayaraq coğrafiya, geosiyasət, iqtisadiyyat, din və kimlik məsələləri kontekstində geniş şəkildə təhlil olunur. Müasir döyüş meydanında dronlar, süni intellekt, elektron və informasiya müharibəsi, sənaye gücü və ictimai dözümlülük kimi amillərin rolu ayrıca araşdırılır.
Əsər Ukrayna müharibəsinə yalnız bu günkü qarşıdurma kimi deyil, keçmişin müharibə üsulları ilə gələcəyin hərbi texnologiyalarının qarşılaşdığı böyük bir dönüş nöqtəsi kimi yanaşır.
AZƏRBAYCAN ARAŞDIRMA MƏRKƏZİ
https://t.me/pdf_dini_kitablar

❤2👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rəsulzadənin qələmindən Osmanlının İsrailə dəstəyi
Osmanlı hökuməti dəxi sionistlərin bu təşəbbüsünə müqabil durmadı, kəndilərinə təzyiq etmədi. Böylə ki, türk hökumətindən gördükləri hüsni-münasibətə müqabil sionistlər son yığınlarının birində bütün dünya hökumətlərindən darğın və küskün olduqlarına dair qətnamə çıxarırkən, Türkiyənin yeganə ədalətpərvər və həqiqi insaniyyət dostu bir dövlət təşkil etdigini məzkur qətnamələrində qeyd etdilər.

❤2🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bağdad Universitetinin fəlsəfə professoru Kamil Mustafa əş-Şeybi yazır:
Şah İsmayıl Səfəvinin hərəkatı, əvvəlki Ələvi üsyanlarının bir növ yekunu və zirvəsi kimi meydana çıxdı; bu hərəkat o qədər güclü idi ki, İslam dünyasının bütün şərqini silkələdi. O, atalarının uzun illər boyunca hazırladığı ideoloji və mənəvi zəmin üzərində yüksələrək bütün İranı bir bayraq altında birləşdirdi.

👍7❤1
Qur'an həqiqətləri (Ümid Münib).pdf
6.6 MB
Yeni kitab 📚
Bu kitabda müxtəlif mövzularda nazil olan ayələr cəm edilib (Zühur, Məhdəviyyət, İmamət, Şiəlikvə s.)
https://t.me/pdf_dini_kitablar
Bu kitabda müxtəlif mövzularda nazil olan ayələr cəm edilib (Zühur, Məhdəviyyət, İmamət, Şiəlikvə s.)
https://t.me/pdf_dini_kitablar
❤3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qanun belədir, ay yerinə gün gecə gəlməz,
(Ə)gər zuri-Əli olmasa, millət gücə gəlməz.
(Ə)gər cəzbeyi eşq olsa, gətirrəm necə gəlməz?!
(Ə)gər cəzbeyi eşq olmasa, gəlsə, vecə gəlməz..
Mənası;
Qanun budur ki, günəş gecə gəlmədiyi kimi
İmam Əlidən güc almayan millət də gücə gəlməz, yəni qalib olmaz.
Günəşi eşq cazibəsi ilə gecəyə gətirərəm,
Amma əgər eşqin cazibəsi olmasa, günəş gecə də doğsa, faydasızdır...
https://t.me/meclisiuns

❤6👍3
Seyyid Əzimin qəbri Şamaxının Şaxəndan qəbristanında yerləşir. Baş daşı üzərində iki bənd şeir var. Biri farsca, biri azəricə.
Azəricə bu misralar yazılıb;
Movtu-cismani ilə sanma mənim ölməyimi,
Seyyidəm, ölmərəm aləmdə səsim var mənim.
Yəni cismimim ölməsi ilə məni ölmüş hesab etmə. Seyyidəm, ölmərəm, aləmə səs salmışam...
Farsca isə bu misralar yazılıb;
سیدا مقصد خود خواه ز ایوان نجف
هیچ خواهنده از این در نرود بیمقصود
[Seyyida məqsəde xod xah ze eyvane nəcəf
Hiç xahənde əz in dər nə rəvəd bi məqsud]
Seyyid, diləyini Nəcəf dərgahından dilə.
Heç bir dilək diləyən bu qapıdan əliboş getməz...
Qeyd; Nəcəf dərgahı Həzrəti Əmiril-mu'minin İmam Əlinin (ə.s) dəfn olunduğu yerdir.
https://t.me/meclisiuns
Azəricə bu misralar yazılıb;
Movtu-cismani ilə sanma mənim ölməyimi,
Seyyidəm, ölmərəm aləmdə səsim var mənim.
Yəni cismimim ölməsi ilə məni ölmüş hesab etmə. Seyyidəm, ölmərəm, aləmə səs salmışam...
Farsca isə bu misralar yazılıb;
سیدا مقصد خود خواه ز ایوان نجف
هیچ خواهنده از این در نرود بیمقصود
[Seyyida məqsəde xod xah ze eyvane nəcəf
Hiç xahənde əz in dər nə rəvəd bi məqsud]
Seyyid, diləyini Nəcəf dərgahından dilə.
Heç bir dilək diləyən bu qapıdan əliboş getməz...
Qeyd; Nəcəf dərgahı Həzrəti Əmiril-mu'minin İmam Əlinin (ə.s) dəfn olunduğu yerdir.
https://t.me/meclisiuns
❤3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şah İsmayılın möhürü
Dairə içində yazılıb:
Əli və onun nəslinin sevgisi can kimi içimdədir,
Şahi-mərdanın nökəridir Heydərin oğlu İsmayıl.
Azərbaycan Araşdırma Mərkəzi
Dairə içində yazılıb:
Əli və onun nəslinin sevgisi can kimi içimdədir,
Şahi-mərdanın nökəridir Heydərin oğlu İsmayıl.
Azərbaycan Araşdırma Mərkəzi
❤6👍1
Həmas İsrailə 7 Oktyabrda hücum etməsəydi, indi Qəzza bu vəziyyətdə olmazdı...
https://t.me/miraga_dadas
https://t.me/miraga_dadas
❤4👍2
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan Araşdırma Mərkəzində keçirilən Seyyid Həsən Nəsrullahın il dönümü 2026
https://t.me/Azerbaycan_Ruhanileri
https://t.me/Azerbaycan_Ruhanileri
❤3👍1
Audio
❤4👍2
Media is too big
VIEW IN TELEGRAM
Makiyaj edən şagird sığınacağa yerləşdirildi!
Yayılan xəbərdə bildirilir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yeniyetmənin sığınacağa yerləşdirilmədiyini deyib.
O qeyd edib ki, məktəbli yalnız reabilitasiya proqramı çərçivəsində bir müddət orada qalıb, hüquq və öhdəlikləri izah edilib. Hazırda isə ailəsinin yanındadır və təhsilini davam etdirir. Hadisədən sonra isə valideyni öz istəyi ilə qızı Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa aparıb və yeniyetmə orada 3-4 gün qalıb”.
Əziz izləyicilər Azərbaycanda heç bir ailə inanın bu işi etməz. Heç vaxt bir ana övladını ciddi bir problem yaratmadığı məsələyə görə 3-4 günlük sığınacağa göndərməz.
Aylar əvvəl Azərbaycan araşdırma mərkəzində Şeyx Orxan Məmmədovun bizimlə bölüşdüyü məsələlərdən biri də bundan ibarət olub ki, dindar ailələrdən övladları zorla alınaraq, övladlara evlərdə dini məcbur etdikləri bəhanəsi ilə dövlət nəzarətində olan sığınacaqlara yerləşdirəcəklər. Beləcə ölkədə dindar ailələrin dindarlıq kökünün kəsilməsi üçün mühüm startlardan birinə addım atacaqlar.
1. Necə oldu ki, məhz bu qızın makiyaj etdiyi video birdən-birə ortaya çıxdı və gündəmə çevrildi? Üstəlik, məsələ İslama qarşı mövqeyi ilə seçilən şəxslər tərəfindən geniş şəkildə gündəmə gətirildi. Halbuki hər gün azyaşlı qızların konsertlərdə və müxtəlif tədbirlərdə əxlaqa zidd hesab edilən görüntüləri yayılır, amma həmin hallara qarşı eyni reaksiyanı görmürük.
2. Bunun dərhal ardınca hicab məsələsi gündəmə gəldi. Hadisələrin bu cür ardıcıllıqla baş verməsi müəyyən suallar yaradır.
3. Daha sonra makiyaj edən həmin uşağın ailədən alınaraq sığınacağa yerləşdirilməsi xəbəri yayıldı. Saytda bildirilir ki, guya ana uşağı öz istəyi ilə sığınacağa yerləşdirib. Halbuki əvvəl də vurğuladığımız kimi, normal bir azərbaycanlı ailənin öz övladını belə bir səbəbdən könüllü şəkildə sığınacağa verməsi inandırıcı görünmür.
Burada iki ehtimal ortaya çıxır: ya uşağın ailədən alınaraq sığınacağa yerləşdirilməsi məcburi şəkildə həyata keçirilib, ya da ailə bu addımı hakimiyyətlə koordinasiyalı şəkildə atıb.
Hər halda, baş verən hadisə gələcəkdə dindar ailələrin uşaqlarının əllərindən alınmasına ictimai rəydə zəmin yaratmaq üçün atılmış bir addım təsiri bağışlayır. Görünür, bu istiqamətdə addımlar gələcəkdə də davam etdiriləcək və mediada “Baxın, dindar ailələr övlad yetişdirməyi bacarmırlar” kimi bir təsəvvür formalaşdırılmağa çalışılacaqlar...

❤6👍2