İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
2.04K subscribers
3.34K photos
423 videos
30 files
617 links
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus 1 nömrəli ixtisas seçimi mərkəzi
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus Dinamik İnformasiya Mərkəzi


+994552219733 wp
Download Telegram
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin #test imtahanı mərhələsinə 14 iyuldan etibarən start verilməsi nəzərdə tutulub.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli məlumat verib.

O bildirib ki, ölkə üzrə 23 müxtəlif şəhərdə 56 müxtəlif #imtahan mərkəzi hazır vəziyyətə gətirilib:

"Bununla da 11 mindən artıq namizədin eyni vaxtda #imtahan verməsinə şərait yaradılır. Ötən illərdə ibtidai sinif istisna olmaqla, digər bütün #fənn və bölmələr üzrə #imtahanlar eyni gündə və saatda təşkil olunurdu. Cari ildə bu imkanlar nəticəsində və imtahanda iştirak edəcək namizədlərin sayı nəzərə alınmaqla ibtidai sinif üzrə iştirakçılar da eyni gündə və saatda imtahan verə biləcəklər"