Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
399 subscribers
4.48K photos
239 videos
986 links
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
Download Telegram
📍 Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”– Ambulator Reabilitasiya Məntəqəsi tərəfindən ötən dövrdə əlilliyi olan 4 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib.

ℹ️ 2023-cü ilin dekabrın 1-də fəaliyyətə başlayan Məntəqədə əlillliyi olan şəxslər ambulator şəraitdə müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri ilə, həmçinin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilirlər.

➡️ https://sosial.gov.az/az/media/xeberler/rehapoint-menteqesinde-elilliyi-olan-4-min-sexse-reabilitasiya-xidmetleri-gosterilib-9477

#ƏƏSMN #DTSERA #DOSTagentliyi #ReabilitasiyaXidmətləri
Nazirliyin və qurumlarının kommunikasiya üzrə struktur bölmələrinin nümayəndələrindən ibarət heyət 📍 Türkiyədə səfərdə olub.

Nümayəndə heyəti ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin, Əmək və Sosial Müdafiə Nazirliyi və Ailə və Sosial Xidmətlər Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə rəhbər şəxsləri, mütəxəssisləri arasında görüşlər keçirilib.

ℹ️ Əmək, məşğulluq, sosial müdafiə sahəsində kommunikasiya və ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı təcrübə mübadiləsi aparılıb.

➡️ https://sosial.gov.az/az/media/xeberler/emek-ve-sosial-mudafie-sahesinde-kommunikasiya-uzre-turkiye-ile-tecrube-mubadilesi-aparilib-9480

➡️ https://www.iletisim.gov.tr/turkce/duyurular/detay/azerbaycan-heyeti-ile-basin-ve-iletisim-alaninda-is-birligi-toplantisi-duzenlendi

#ƏƏSMN
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Lerik rayonunda vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşların Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı müraciətləri dinlənilib.

Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.

Vətəndaşların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.

#ƏƏSMN #DTSEA #vətəndaşqəbulu
Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası olub.

İclasda “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın və “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: mövcud vəziyyət və 2030-cu ilə perspektivləri” barədə proqramın layihələri, digər carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.

➡️ https://nk.gov.az/az/xeberler/matbuat-xidmatinin-malumati/iqtisadi-suranin-iclasi-kecirilib-3538
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi və Araz FM-in birgə əməkdaşlığı ilə 15 iyul saat 14:00-da “Qəbul vaxtı” efirdə olacaq.

Bu həftənin qonağı Agentliyin 7 nömrəli Mərkəzi TSEK-nin sədri Günel Əliverdiyeva əlillik təyinatı ilə bağlı sualları cavablandıracaq.

👉 Verilişi necə dinləmək/izləmək olar?

- 103.3 FM dalğası
- “Araz FM”in rəsmi feysbuk səhifəsi
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmi feysbuk səhifəsi

#DTSERA #ArazFM #QəbulVaxtı
Nazirlikdə bu ilin birinci yarımili ərzində əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Kollegiyanın sədri, nazir Anar Əliyev Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində son illər sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində əldə olunan mühüm irəliləyişlərin cari ildə də davam etdirildiyini vurğulayıb.

ℹ️ İclasda Nazirliyin fəaliyyət sahələrində, habelə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilk yarımildə görülən işlər, qarşıda duran hədəflər müzakirə olunub, yeni hazırlanmış 86, yenilənmiş 52 peşə və kvalifikasiya standartı təsdiq edilib.

➡️ https://sosial.gov.az/az/media/xeberler/birinci-yarimilde-emek-ve-sosial-mudafie-sahesinde-gorulen-isler-ve-qarsida-duran-vezifeler-muzakire-olunub-9527

#ƏƏSMN #Kollegiya #Kollegiyaİclası