AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir.  
Qrant müsabiqəsinin əsas məqsədi 2025-2026-cı tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Müraciət üçün son tarix 10 oktyabr 2025-ci ildir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22407-1

#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QrantMüsabiqə
❤9
21 fevral Beynəlxalq Ana Dili Günüdür.

Ana dili sərvətimiz, dəyərimiz və tariximizdir.

#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #21fevral #BeynəlxalqAnaDiliGünü
❤18👍5
✅ 25 fevral saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin yerdəyişməsinə start veriləcək.

🌐 Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

❗ Yerdəyişmə məktəbəhazırlıq qrupları və 1-10-cu siniflər üçün aktivləşdirilir.

📌 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. 9-cu siniflər üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ŞagirdYerdəyişməsi #Şagird
❤6
8 Mart Beynəlxalq Qadınlar Günüdür.

Azərbaycan qadını tarix boyu cəmiyyətimizin mənəvi dayağı, elmin və təhsilin inkişafında mühüm rol oynayan güclü və fədakar sima kimi seçilib. Bu gün də qadınlarımız ölkəmizin intellektual potensialının formalaşmasına, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişməsinə böyük töhfə verirlər.

Əziz qadınlar, bayramınız mübarək! 🌷

#ElmVəTəhsilNazirliyi #EduGovAz #8Mart #BeynəlxalqQadınlarGünü
❤38🙏3👏1
Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! 🌱

#ElmVəTəhsilNazirliyi #EduGovAz #Novruz #TorpaqÇərşənbəsi
❤12🙏5
Elm və təhsil nazirinin müavini İdris İsayev 14 aprel tarixində Quba şəhərində vətəndaşları qəbul edəcək.

✅ Qəbulda Quba, Şabran və Siyəzən sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 12 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
👍3❤1
📚 Bilik Gününüz mübarək!

#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #BilikGünü
❤13🙏4
"2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncam imzalanıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək.

Ətraflı: https://president.az/az/articles/view/73881

#PrezidentAz #ElmvəTəhsilNazirliyi #EduGovAz #Sərəncam
❤8