AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Millət vəkilləri təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsini izləyiblər.


Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22190-1
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

İyunun 19-da keçirilən test imtahanında 4228 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildiririk ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 20 iyul saat 12:00-a qədər davam edəcək.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
❤7
Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib

İyunun 20-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.

Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 3300 nəfər müəllim iştirak edib, 90% davamiyyət qeydə alınıb.

Nəzərinizə çatdırırıq ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 19:00-dan etibarən başlanılacaq.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
❤7
📢 Məktəbəhazırlıq qruplarına qəbul başladı!

📅 Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçirilir.

🏫 Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyuldan, Bakı şəhərində isə 9 iyuldan etibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə 10 iyuldan start veriləcək.

⏳ Qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. 1-30 sentyabr tarixləri arasında sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək.

🔔 Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
❤5
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Elm və Təhsil Nazirliyinin əməkdaşları Abdulbağıyev Kamil Məhbub oğlu, Məmmədbəyova Nüşabə Faiq qızı, Müştaqova Məlahət Yunis qızı və Səttarov Rəcəb Məqsədoviç də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

Cənab Prezidentə göstərdiyi yüksək diqqətə görə minnətdarlığımızı bildirir, təltif olunan əməkdaşlarımızı bu münasibətlə təbrik edirik!

#ElmVəTəhsilNazirliyi #EduAz
❤10
İlk dəfə 28 Azərbaycan universiteti “Times Higher Education Impact 2025” reytinqində təmsil olunub.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22201-1
👍10❤5
Elm və təhsil naziri Emin Əmrullayevin 27 iyun 2025-ci il tarixində Daşkəsən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyunun 30-da keçiriləcək.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22202-1
23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür.

Peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.
❤19
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramının müsahibə mərhələsindən uğurla keçən namizədlərlə görüş təşkil edilib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22208-1
❤4