AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Hacıqabul rayonunda 10 nömrəli və Muğan qəsəbə tam orta ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbirlərində iştirak edib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22162-1
👍8👏1
İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22163-1
👍9👏2👎1
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Bu mühüm tarix dövlətçiliyimizin qorunması baxımından xüsusi önəm daşıyır.
❤11👏4🎉2
📢 Məktəbəhazırlıq qruplarına qəbul başlayır

📅 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.

🏫 Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq.

⏳ Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

🔔 Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

#MÜTDA #EduAz #MəktəbəHazırlıq
❤5👏3
Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22187-1
👍15👏1
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayıb.

📅 19 iyun tarixində keçirilən imtahanda coğrafiya fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri iştirak edirlər.

👥 Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.
❤5👏1
Təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanları texniki imkanlarla təchiz olunmuş mərkəzləşdirilmiş sistem vasitəsilə monitorinq olunur.

Bütün mərkəzlərdə keçirilən imtahanlara vahid sistem vasitəsilə nəzarət olunur.
👍4❤1