AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.

Qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.
❤3
📢 Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır!

❗Qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək.

Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:

▶️ Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır.
▶️ Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər.
▶️ 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar.
❤2👍2
🏆 9-16 avqust tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2026) məktəblilərimiz 3 bürünc medal qazanıblar.

Bürünc medalçılarımız:
🥉 Həsən Vəliyev – Bakı şəhəri 157 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi
🥉 Əkbər Əhmədov – Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi
🥉 Əhməd Qəmbərli – Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi

💡Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
❤4👏1
✅ Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb

✅ Azərbaycan və Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əldə etdiyi razılaşmaya əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən LEPL – Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün birgə təlim proqramı hazırlayıb.

✅ Təlimlərdə iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri 17-24 avqust tarixlərində aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://tinyurl.com/5ysptat3
❤2👍1
📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi başlanılır.

❗Qeydiyyat prosesi portal.edu.az platforması üzərindən 27 avqust - 3 sentyabr tarixləri aralığında həyata keçiriləcək.
❤8🙏1
🏆14–16 avqust 2026-cı il tarixlərində ABŞ-nin Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival – #SVIIF” beynəlxalq innovasiya müsabiqəsində Azərbaycan nümayəndə heyəti yüksək nəticə əldə edib.

🌐 Dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq ixtiraçının qatıldığı festivalda Azərbaycanı təmsil edən 8 layihənin hər biri mükafata layiq görülüb.

🏅Komanda festivalı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub, eyni zamanda festivalın xüsusi mükafatlarından biri olan “Semi-Grand Prix” mükafatını qazanıb.

✨Nümayəndə heyətinin tərkibində AzTU SABAH məzunu, hazırda isə AzTU-da təhsilini davam etdirən Səfərəli Səfərli və AzTU tələbəsi Anar Məmmədov, SABAH əməkdaşı və ADNSU üzrə mentor Arzu İbrahimova, ADNSU SABAH tələbələri Cahid Cabizadə və Cavid Cəlilov, SABAH əməkdaşı və BMU üzrə mentor Sevinc Əliyeva, BMU tələbəsi Ləman Səfərli, Milli Aviasiya Akademiyasının tələbəsi Mələk Bağırova və ADA Universitetinin tələbəsi Toğrul Quluzadə yer alıblar.
❤8👍2
Zəfər tariximiz – Laçın Şəhəri Günü! 🇦🇿
❤18
Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Yardımlı, Masallı, Cəlilabad sakinləri

📌 Qəbula necə yazılmaq olar?
📞 Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
💻 Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
📲 “WhatsApp” vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 08 sentyabr 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
❤3👍3
🎓 2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunan tələbələr təhsil tələbə krediti üçün müraciət edə bilərlər.
❤3👍1
📢 Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır

🗓️ Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.

📌 Qeyd edək ki, 3 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq.

❗️ Nəzərinizə çatdırırıq ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
❤6
🇦🇿🇹🇷 Azərbaycan – Türkiyə ali təhsil əməkdaşlığında yeni mərhələ

Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında mühəndislik istiqamətində əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm qərar imzalanıb.

Qərara əsasən, Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında mühəndislik istiqaməti üzrə əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası və mühəndislik istiqamətində infrastrukturun yaradılması nəzərdə tutulub.

📌 Qeyd edək ki, bu təşəbbüs Azərbaycan-Türkiyə qardaşlığının elm və ali təhsil sahəsində institusional əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, iki ölkənin akademik və elmi potensialının Qarabağın bərpası və gələcək inkişafına yönəldilməsinin növbəti mühüm nümunəsidir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23284-1
❤3
📢 Orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı prosesi 2 sentyabr 2026-cı il tarixinədək uzadıldı!

📌 Qeydiyyat my.gov.az platforması üzərindən həyata keçirilir.
❤2
📰🗞️ “Azərbaycan müəllimi” qəzetinin ilk nəşrindən 92 il ötür.

92 ildir maarifçilik ənənələrinə xidmət edən “Azərbaycan müəllimi” qəzetinin kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
❤6