AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti avqustun 30-u saat 18:00-dək uzadılıb.

Valideynlər övladlarının məktəb üzrə yerdəyişməsini 🌐 sy.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirə bilərlər.
❤6
Mərkəzləşdirilmiş imtahanla həyata keçirilən lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb.

Valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini avqustun 20-dən qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər.

📝 Sənəd qəbulu zamanı valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edib imzalamalı, şagirdin oxuduğu məktəbdən sənədləri götürməli və qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidir.

ℹ️ Müəyyən olunmuş müddətdə sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və sorğu sistemdən silinəcək.

📍 Son müraciət tarixi: 25 avqust (saat 12:00)


Ətraflı: https://tinyurl.com/5n8rrch4
❤7
📢 Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesinə avqustun 21-i saat 11:00-da start veriləcək.

Namizədlər 🌐 https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

📌 Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq.
❤5
11–21 avqust tarixlərində Hindistanın Mumbay şəhərində keçirilmiş Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.

Nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 2 bürünc və 2 həvəsləndirici mükafata layiq görülüblər.

Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!
❤26👍5
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 2025-ci ilin 25 avqust (saat 18:00) tarixinədək uzadılıb.

Qəbul olunan şəxslər portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
❤6
Tələbə adını qazanan abituriyentləri təbrik edir və uğurlar arzulayırıq!

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı 28 avqust – 8 sentyabr (saat 18:00) tarixlərində portal.edu.az platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə aparılacaq.
❤16👍5🕊1
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi adından təbrik edirik.

#Azərbaycan #ElmVəTəhsilNazirliyi #firstvicepresidentofazerbaijan #MehribanƏliyeva
❤26👍6👏2
Avqustun 26-sı Laçın Şəhəri Günüdür.

Laçında bu gün 3 məktəb yenidən fəaliyyətini bərpa edib və 303 şagird doğma torpağında təhsil alır.
❤18👏2👍1
Avqustun 26-sı saat 15:00-dan etibarən 2025/2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada ikinci mərhələ seçimlərinə start verilib.

Qeyd edək ki, II mərhələ yalnız birinci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulub.

Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə iki seçim imkanı təqdim olunur.

Seçimlərdə aşağıdakı şagirdlər iştirak edə bilərlər:

✅ İmtahanda 10 və ya daha yuxarı bal toplayan şagirdlər;
✅ I mərhələdə seçim edib, lakin qəbul olunmayan şagirdlər;
✅ I mərhələdə seçim edib qəbul olunan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən şagirdlər;
✅ I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər.

Məlumat üçün bildiririk ki, ikinci mərhələ üzrə seçim prosesi avqustun 27-i saat 23:59-da başa çatacaq.

❗️ Qeyd edək ki, seçim prosesi II mərhələ ilə yekunlaşacaq.
❤7
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilir.

Qəbul qaydaları:

🔹 İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir;

🔹Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

Son müraciət tarixi: 2 sentyabr (saat 18:00)

🔗 Qeydiyyat linki: https://portal.edu.az/
🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1250/inner
👍3❤2🥱1
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (#4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a qeydiyyat davam edir.

✅ Aprel ayından başlayan “Milli Proqram” çərçivəsində indiyədək 30 minə yaxın vətəndaş “Coursera” onlayn təhsil platformasında 150 minə yaxın təlimdən ödənişsiz yararlanıb.

✅ Vətəndaşlar 50 min təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər.

“Milli Proqram”ın əsas məqsədi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir.

Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytında qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

Ətraflı: https://tinyurl.com/3mv5szsa
❤4🆒1
Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi 1 sentyabr saat 18:00-dək uzadılır.

Namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
❤6👍1
Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 26-da Gədəbəydə vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Ağstafa, Gədəbəy, Şəmkir, Tovuz və Qazax sakinləri

📌 Qəbula necə yazılmaq olar?

✅ Çağrı Mərkəzi: 146 – 2 və ya 146 – 6 ilə əlaqə saxlayaraq
✅ Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
✅ "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 15 sentyabr 2025-ci il (saat 18:00-dək)

❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
❤5
“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilib.

🔹 Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir.
🔹 Xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrinin təhsilalanlarına şamil edilmir.

📍Təhsilalanlar məktəbdə və təntənəli məktəb tədbirləri ilə bağlı məktəbdən kənarda olduqları müddətdə bu Sənədlə müəyyən edilmiş geyim formalarını geyinirlər.

Ətraflı: https://edu.gov.az/uploads/NK/2022/NK-QerarNo96.pdf
❤9
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə sentyabrın 9-u saat 11:00-da start veriləcək.

Namizədlər 🌐 https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

📌 Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.
❤6🔥2
Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

Müsabiqədən uğurla keçən namizədlər 4 – 10 sentyabr (saat 18:00) tarixlərində aşağıdakı sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir:

✅ Attestatın əsli;
✅ Sağlamlıq və fiziki inkişafı əks etdirən müvafiq formalı tibbi arayış;
✅ Sistem vasitəsilə (şəxsi kabinetdən) avtomatik çıxarılmış ərizə nümunəsi;
✅ Şəxsiyyət vəsiqəsinin surəti;
✅ 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil;
✅ Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
✅ Güzəştli şərtlərlə qəbul edilənlər üçün müvafiq təsdiqedici sənəd.

Ətraflı: https://vet.edu.gov.az/news/content/1252/inner
❤5