AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 28-də Naxçıvanda vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri

📌 Qəbula necə yazılmaq olar?

✅ Çağrı Mərkəzi: 146 – 2 və ya 146 – 6 ilə əlaqə saxlayaraq
✅ Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
✅ "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 18 noyabr 2025-ci il (saat 18:00-dək)

❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
👍4❤2👎1
📢 Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır!

Qeydiyyat prosesi ⏳18 noyabr saat 12:00-dək davam edəcək.

Şagirdlər 🌐 https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatla bağlı hər hansı bir sual yaranarsa, 051 206 78 48 nömrəsinə 📲 “WhatsApp” üzərindən müraciət etmək mümkündür.

Ətraflı: https://shorturl.at/gdlOT
👍8❤2
“Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin yarımfinal və final mərhələlərinin tarixləri müəyyənləşib.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən Milli Hakatonun yarımfinal mərhələsi 28–30 noyabr, final mərhələsi isə 1 dekabr 2025-ci il tarixlərində keçiriləcək.
❤6
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə siyahıda adları qeyd olunan şəxslər təltif ediliblər.

Siyahı ilə bu keçidə daxil olaraq tanış olmaq mümkündür: https://president.az/az/articles/view/70482
👍5❤2
6 Noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bu sahədə çalışan, elm və təhsil yenilikləri ilə bağlı cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində mühüm rol oynayan televiziya və radio əməkdaşlarını təbrik edir, məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayırıq.

Peşə bayramınız mübarək!📺📻
👍6❤2
“Sabahın alimləri” XV respublika layihə müsabiqəsinə qeydiyyat başlayıb!

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 26 dekabr saat 17:00-dək https://anket.edu.az/user/281 platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.

Müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/ və https://arti.edu.az/ portalından əldə edə bilərsiniz.
❤7
Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib.

Festivalda dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji, şagird kollektivləri və digər qonaqlar iştirak ediblər.

Ətraflı: https://shorturl.at/FDIXg
❤7👍2
8 Noyabr – Zəfər Günü

Bu gün Azərbaycan tarixində qızıl hərflərlə yazılan gündür!

Böyük qürur və sevinc hissi ilə artıq 5-ci ilini qeyd etdiyimiz bu Zəfər, xalqımızın birliyinin, iradəsinin və əzminin rəmzidir.

Vətənin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ruhu şad olsun !
Qazilərimizə sağlam ömür arzulayırıq!
❤28👍4👏3🤩1
Zəfər tariximiz - Şuşa Şəhəri Günü! 🇦🇿
❤24👍4🥰1👏1
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Azərbaycan xalqı Dövlət Bayrağı Gününü böyük sevinc və qürurla qeyd edir.

🇦🇿 Bayrağımız qürur mənbəyimizdir! 🇦🇿
❤23👍2
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü tamam olur.
👍11❤8
2026-cı ilin dövlət büdcəsində təhsil xərcləri üçün 5 milyard 15 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

"Bu, ümumi büdcənin 8,3 faizini təşkil edir. Sözügedən rəqəm 2025-ci illə müqayisədə 85 milyon manat və ya 1,7 faiz çoxdur.
Son 5 il ərzində dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsait 1,6 dəfə artıb. Bu artımlar, əsasən, təhsil sahəsində çalışanların sosial rifahının yaxşılaşdırılması və əməyin ödənişi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib".


Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı məlumat verib.
❤7
Emin Əmrullayev: “Təhsil sahəsində ən vacib məsələlərdən biri infrastruktur quruculuğudur”.

Milli Məclisdə noyabrın 13-də keçirilən iclasda çıxış edən nazirin sözlərinə görə, 2003–2025-ci illər ərzində 3600-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub:
“Bu tədbirlər nəticəsində 1,3 milyondan çox şagirdin təhsil şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Təkcə 2025-ci ildə dövlət vəsaiti və sahibkarlıq təşəbbüsləri hesabına 47 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 20 təhsil müəssisəsində əsaslı təmir başa çatdırılıb”.

O qeyd edib ki, dövlət vəsaiti hesabına 9 yeni təhsil müəssisəsi istifadəyə verilib, 4 müəssisədə isə təmir-bərpa işləri davam etdirilir. Sahibkarların dəstəyi ilə 2 yeni məktəb binası tikilib, 8 təhsil müəssisəsində təmir işləri həyata keçirilir.
❤9
“Məktəblərdə daimi və rəqabətli modelə keçid nəzərdə tutulur”.

Milli Məclisin iclasında müəllim əməyinin təşkili və yeni iş modeli barədə məlumat verən nazir Emin Əmrullayev bildirib ki, məqsəd müəllimlər üçün daha rəqabətli, dayanıqlı və ədalətli əmək sistemi formalaşdırmaqdır:
“Yeni model müəllimləri məcbur etməyəcək, tamamilə könüllü və rəqabətə əsaslanacaq. Bu sistemdə müəllimlər daimi işlə təmin olunacaq və onların əməyinin qarşılığı daha yüksək olacaq. Belə müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər”.
👎6👍5🤣3❤2
Nazir Emin Əmrullayev: "Təhsildə keyfiyyətin formalaşmasına iki əsas amil təsir göstərir – müəllimin peşəkarlığı və ailə mühitinin rolu"

“Uşağın təhsilə münasibətinin formalaşmasında ailə və ev mühiti az rol oynamır. Valideynin təhsilə yanaşması, uşağın öyrənməyə motivasiyası prosesin uğuruna birbaşa təsir edir. Ona görə də biz yalnız məktəb daxilində deyil, ailə mühitində də təhsilə dəyər verən bir mədəniyyəti təşviq etməliyik”.
👍12👎5
“Məktəb təhsilinə qoyulan investisiya uzunmüddətli perspektivdə istər iqtisadiyyata, istərsə də insan kapitalının inkişafına yönəlmiş ən səmərəli və faydalı sərmayə hesab olunur”.

Bunu Milli Məclisdə bu gün keçirilən iclasda elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artması çox sevindirici haldır. Sadəcə, məktəbəqədər müəssisələrə gedən uşaqların nailiyyətlərini təxminən 11–12 ildən sonra, yəni həmin uşaqlar buraxılış imtahanlarına gələndə müqayisə etmək mümkün olacaq, amma ilkin təhlillər hələlik aparıla bilməz.
❤5👍2
Emin Əmrullayev: "Peşə təhsili sahəsinə dövlət tərəfindən ayrılan vəsait ilbəil artır"

“Peşə təhsili üzrə 2026-cı ilin dövlət büdcəsində 125,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2025-ci illə müqayisədə 23,3 milyon manat və ya 29 faiz artım deməkdir. Hazırda 76 peşə təhsili müəssisəsində yüksəldilmiş ixtisas tədrisi həyata keçirilir”.

Milli Məclisdə bu gün keçirilən iclasda çıxış edən nazirin sözlərinə görə, peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı son illərdə iki dəfə artıb: “Ümumilikdə tələbə qəbulu 27 min nəfəri ötüb. Onların 23,7 mini, yəni 84,3 faizi dövlət sifarişi əsasında təhsil alır."
❤5🤮1
Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində 16–20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.
❤9👍6🤮3
17 Noyabr – Milli Dirçəliş Günü 🇦🇿
❤9👏1
Beynəlxalq STEAM Azərbaycan Festivalı Elm və Təhsil Nazirliyinin və Təhsil TV-nin sosial media hesablarında canlı yayımlanır

Canlı yayıma keçid: ➡️ https://shorturl.at/8nJMY
❤8