Azərbaycanda ilk dəfə! Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
İyunun 20-də Bakı Kristal Zalında ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının (MRİO) açılış mərasimi baş tutacaq.
Azərbaycanın müxtəlif bölgələrindən məktəblilər bu olimpiadada bir araya gələcək və bir çox idman növləri üzrə mübarizə aparacaqlar.
🗓️ 21–26 iyun
🥇 12 idman növü
📍 59 bölgə
👥 2000+ iştirakçı
Bu layihə məktəblilər arasında idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə, fiziki hazırlığın yüksəldilməsinə və istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir.
Gələcəyin çempionları ilk Respublika İdman Olimpiadasında müəyyənləşəcək!
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23160-1

❤8
📢 17 iyun tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.
ℹ️ İyunun 25-nə qədər davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər iştirak edəcəklər.
Sertifikatlaşdırmada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq.

❤11👍2
📢 Şagirdlərimiz 12-16 iyun tarixlərində İsveçdə keçirilən Avropa Fizika Olimpiadasından (EuPhO) 4 bürünc medalla qayıdıblar. 🥉👏🏻
🔹 Bəxtiyar Ağayev - Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi
🔹 Məhəmməd Cəfərli - Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi
🔹 Murad Xəlil - Bakı şəhər Bakı Türk Liseyinin 11-ci sinif şagirdi
🔹 Raiq Babazadə - Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi
ℹ️ Qeyd edək ki, bu il 41 ölkədən 200 şagirdin yarışdığı mötəbər turnir 2018-ci ildən keçirilir və Avropanın
ən nüfuzlu fizika müsabiqələrindən biri hesab edilir.
Gənc fiziklərimizi təbrik edir, uğurlar arzulayırıq! 👏🏻

❤6
📈 “QS dünya universitetləri reytinqi”nin nəticələrinə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz reytinqin TOP 800-lüyündə yer alıb. Eyni zamanda TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb.
🏛️ Bakı Dövlət Universiteti 123 pillə irəliləyərək dünyada 565-ci yerə
🏛️ Azərbaycan Dövlət İqtisad Universiteti 801–850 aralığından 634-cü yerə
🏛️ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 851–900 aralığından 711–720 aralığınadək yüksəlib.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23173-1

❤5
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 3-cü mərhələsinə start verilib. Dünyanın 375-dən çox nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətinin 21 mindən çox təliminə qeydiyyat başlayıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırıldı. Vətəndaşlar proqram çərçivəsində “Coursera” onlayn təlim platformasında dünyanın aparıcı universitetləri və texnologiya şirkətlərinin təlimlərindən ödənişsiz yararlana biləcəklər.
Vətəndaşlar artıq “Coursera” platformasında dünyanın 375-dən çox nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətinin təqdim etdiyi 21 mindən çox onlayn təlimdən ödənişsiz yararlana biləcəklər.
📌 Qeydiyyat üçün: https://form.4sim.gov.az/

❤3
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2026) Azərbaycan komandası uğurla çıxış edərək ölkəmizə 3 gümüş və 3 bürünc medal qazandırıb.
🥈 Gümüş medal qazanan şagirdlər:
Eldar İsmayılov – Bakı Avropa Liseyinin IX sinif şagirdi
Alikamal Həsən – Bakı şəhər “Gənc istedadlar” liseyinin IX sinif şagirdi
Gülay Əlizadə – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi
🥉 Bürünc medal qazanan şagirdlər:
Toğrul Həmidli – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi
Yusif Qurbanlı – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi
Şamil Abbasov – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi
ℹ️ Qeyd edək ki, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO) regionun ən nüfuzlu riyaziyyat yarışlarından biri hesab olunur və hər il müxtəlif ölkələrdən yüzlərlə istedadlı məktəblini bir araya gətirir.

Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi İctimai TV-də canlı yayımlanır.
Canlı yayıma keçid: https://live.itv.az
Canlı yayıma keçid: https://live.itv.az
❤5
23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə ölkəmizin inkişafına, vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsinə, eləcə də elm və təhsil sahəsində həyata keçirilən islahatların uğurla davam etdirilməsinə töhfə verən dövlət qulluqçularını təbrik edir, onlara məsul və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayırıq!
❤6
Elm və təhsil naziri Emin Əmrullayevin Xəzər TV, APA və Trend İnformasiya Agentliklərinə verdiyi müsahibədə Azərbaycan təhsil sistemində aparılan islahatlar, məktəbəqədər, ümumi, peşə və ali təhsilin inkişafı, tədrisin keyfiyyəti, rəqəmsallaşma, gələcəyin təhsil modeli və digər aktual məsələlər müzakirə olunub.
Nazir həmçinin müəllimlərin sertifikatlaşdırılması, məktəblərin rasionallaşdırılması, repetitorluq, dərsliklərin məzmunu, süni intellektin təhsildə tətbiqi və təhsildə keyfiyyətin artırılması istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.
Ətraflı: https://www.youtube.com/watch?v=x9xIH21tk7g
https://az.trend.az/azerbaijan/society/4200459.html
https://apa.az/.../emin-emrullayev-azerbaycan-tehsilinde...

👍1
Forwarded from Emin Əmrullayev
Hər bir müsahibədə Elm və Təhsil Nazirliyi olaraq müəyyən məqamlara toxunaraq təhsil sahəsində ictimai müzakirəni canlandırmağa çalışırıq və dövlət qurumu olaraq belə müzakirələri faydalı hesab edirik. Demək olar ki, hər müsahibədən sonra söylənilən fikirlərin bəzilərinin kontekstdən çıxarılaraq yanlış məcraya yönəldilməsinin də şahidi oluruq ki, bu da özü-özlüyündə müzakirənin səmərəliliyinə xələl gətirir. Bunun qəsdən və ya bilməzlikdən baş verməsini bir kənara qoyub, keçirəm mətləbə – yəni son müsahibədə ali təhsil xərcləri ilə bağlı söylənilən fikirlərin təkrar şərhinə.
Söylədiyim fikir bundan ibarət idi ki, Azərbaycanda 1 tələbəyə düşən təhsil haqqı (oxu: təhsil xərcləri) inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Təhsil haqqının aşağı olması sosial nöqteyi-nəzərdən nə qədər müsbət qarşılansa da, ümumilikdə təhsilin keyfiyyətinə təsir edən amildir. Yəni təhsil də digər sahələrdə olduğu kimi investisiya tələb edir və ya təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri də maliyyələşmədir. Çünki ali təhsil sistemində müəllimlərin əməkhaqqısı, maddi-texniki baza, tədqiqatlar və digər məsələlər bu xərclərdən asılıdır. Bu fikirlərə şərh bildirən bəzi vətəndaşlar bir sıra ölkələrdə təhsilin “pulsuz” olduğunu vurğulayaraq söylənilən fikirlərin yumşaq desək, həqiqəti əks etdirmədiyini iddia edirlər. Kimlərsə şərh yazdı, kimlərsə qınadı, kimlərsə də poster düzəldib onu geniş kütləyə yaymağa çalışdı. İşin əsli necədir?
Əvvəla, “pulsuz” təhsil dünyanın heç yerində yoxdur. Təhsil həmişə ödənişlidir. Misal kimi göstərilən Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10,000-18,000 avro (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) təşkil edir. Avstriyada və ya Fransada tələbənin ödədiyi 500-1000 avro məbləğ isə 1 semestr üçün qeydiyyat haqqıdır, yəni təhsil haqqı deyil. Başqa sözlə, bu ölkələrdə təhsil haqqı (və ya xərci) aşağı deyil, bu xərc müəyyən sayda vətəndaş üçün dövlət tərəfindən qarşılanır. Sadəcə, vətəndaşların heç də hamısı ali təhsilli olmaq istəmir. Təxminən 40-60% məzun peşə təhsili alır. Yazdıqlarımın təsdiqi və daha ətraflı məlumat üçün aşağıdakı linkə baxa bilərsiniz.
Mənbə: https://www.oecd.org/en/publications/education-at-a-glance-2025_1c0d9c79-en/full-report/how-is-tertiary-education-financed_2845d742.html#section-d1e2880-d22498ead6
Bəs ölkəmizdə bu məsələlər necədir? Azərbaycanda da müəyyən sayda vətəndaş (hər il bakalavr pilləsi üzrə qəbul olunanların yarıdan çoxu, təxminən 30,000 nəfərdən çox tələbə) təhsilini dövlət hesabına alır və ya başqa sözlə pulsuz oxuyur. Bu say dövlət sifarişi əsasında maliyyələşdirilir. Başqa sözlə, dövlət iqtisadiyyatın gələcək ehtiyaclarını təhlil edərək zəruri sayda vətəndaşın təhsilini öz üzərinə götürür. Bəzi ixtisaslar (məs: tibb, kənd təsərrüfatı ixtisasları) tamamilə dövlət sifarişi əsasında maliyyələşir, çünki bu ixtisaslara ciddi ehtiyac görünür. Eyni zamanda tədricən keyfiyyət artımına nail olmaq üçün hər il SABAH proqramı çərçivəsində bir sıra ixtisaslar üzrə dövlət sifarişi məbləği qədər vəsait də təhsil xərcinə əlavə olunur. İkili diplom proqramları, digər ölkələrlə birgə universitetlərdə tədris edilən proqramlar da dövlət sifarişi ilə müqayisədə daha yüksək xərclərə başa gəlir. Məlumat üçün qeyd edim ki, bu tip proqramlarda təhsil xərcləri inkişaf etmiş ölkələr ilə müqayisə edilə biləndir.
Sual verə bilərsiniz ki, bəs Azərbaycanda niyə ödənişli təhsil də mövcuddur? Bu məqam daha çox ali təhsilə olan tələbatla bağlıdır – ölkədə az qala hamı ali təhsil almaq istəyir və ya hüquqşünas olmaq istəyənlərin sayı əmək bazarında ehtiyac olan hüquqşünasların sayından çoxdur. Dövlət isə yalnız zəruri hesab etdiyi sayda vətəndaşı maliyyələşdirir. Nümunə olaraq hüquqşünaslıq ixtisası ilə davam edək: dövlət sifarişi əsasında hər il 600 nəfər tələbə maliyyələşdirilir və ya “pulsuz” oxuyur. Bununla belə hüquqşünaslıq ixtisasına əlavə olaraq 895 nəfər də ödənişli əsasda qəbul olunur.

❤6👏1
🌞💻 RƏQƏMSAL YAY MƏKTƏBİ BAŞLAYIR!
Yay tətilini həm əyləncəli, həm də faydalı keçirə bilərsiniz. 🚀
📢 Rəqəmsal Yay Məktəbinə qeydiyyat artıq açıqdır!
Proqram çərçivəsində iştirakçılar:
✅ Kompüter və rəqəmsal bacarıqlar
✅ Süni intellekt və yeni texnologiyalar
✅ Komanda işi və layihə hazırlığı
mövzularında bilik və bacarıqlar əldə edəcəklər.
📅 Başlanma tarixi: 1 iyul 2026-cı il
Müraciət üçün son tarix: 29 iyun 2026-cı il
📍 Məkan: Rəqəmsal Məktəb
📝 Qeydiyyat: https://tinyurl.com/3usr4b5t
🌟 Gələcəyin texnologiyalarını bu gündən öyrən, yeni dostlar qazan və öz potensialını kəşf et!
📌 Yerlər məhduddur. Qeydiyyatdan keçməyə tələsin!

İyunun 24-də elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək “Birincilərin birincisi” adına layiq görülən şagirdlərlə görüşüb.
Görüş zamanı olimpiadaçılar beynəlxalq yarışlara hazırlıq prosesi, əldə etdikləri nailiyyətlər və gələcək hədəfləri barədə danışıblar.
Elm və təhsil naziri Emin Əmrullayev şagirdləri qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edərək onların uğurlarını ölkənin intellektual potensialının və təhsil sistemində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm göstəricilərindən biri kimi qiymətləndirib.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23182-1

Prezident İlham Əliyev 26 iyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib.
🔗 https://www.facebook.com/share/p/1XnckU2h81/z

Elm və təhsil naziri Emin Əmrullayev iyulun 24-də Saatlı şəhərində vətəndaşları qəbul edəcək.
📍 Qəbula kimlər yazıla bilər?
Saatlı, Sabirabad, İmişli sakinləri
📌 Qəbula necə yazılmaq olar?
📞 Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
💻 Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
📲 “WhatsApp” vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək
⏰ Qeydiyyat üçün son tarix: 12 iyul 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.