AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Zəfər tariximiz – Laçın Şəhəri Günü! 🇦🇿
❤18
Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Yardımlı, Masallı, Cəlilabad sakinləri

📌 Qəbula necə yazılmaq olar?
📞 Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
💻 Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
📲 “WhatsApp” vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 08 sentyabr 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
❤3👍3
🎓 2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunan tələbələr təhsil tələbə krediti üçün müraciət edə bilərlər.
❤3👍1
📢 Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır

🗓️ Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.

📌 Qeyd edək ki, 3 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq.

❗️ Nəzərinizə çatdırırıq ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
❤6
🇦🇿🇹🇷 Azərbaycan – Türkiyə ali təhsil əməkdaşlığında yeni mərhələ

Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında mühəndislik istiqamətində əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm qərar imzalanıb.

Qərara əsasən, Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında mühəndislik istiqaməti üzrə əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası və mühəndislik istiqamətində infrastrukturun yaradılması nəzərdə tutulub.

📌 Qeyd edək ki, bu təşəbbüs Azərbaycan-Türkiyə qardaşlığının elm və ali təhsil sahəsində institusional əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, iki ölkənin akademik və elmi potensialının Qarabağın bərpası və gələcək inkişafına yönəldilməsinin növbəti mühüm nümunəsidir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23284-1
❤3
📢 Orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı prosesi 2 sentyabr 2026-cı il tarixinədək uzadıldı!

📌 Qeydiyyat my.gov.az platforması üzərindən həyata keçirilir.
❤2
📰🗞️ “Azərbaycan müəllimi” qəzetinin ilk nəşrindən 92 il ötür.

92 ildir maarifçilik ənənələrinə xidmət edən “Azərbaycan müəllimi” qəzetinin kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
❤6
📢 I sinfə elektron qəbul prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq.

ℹ️ Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

📌 Üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.
❤2
📸 “FotoBax” milli fotomüsabiqəsinə müraciətlər davam edir!

Məqsəd uşaqlar və gənclər arasında ekoloji şüuru artırmaq, təbiətə marağı gücləndirmək və fotoqrafiya vasitəsilə öz fikirlərini ifadə etmələrinə imkan yaratmaqdır.

📌 18 yaşadək iştirakçılar 20-yə qədər fotoşəkli 21 sentyabradək “FotoBax” saytına təqdim edə bilərlər.
❤1
📢 Dövlət dəstəyi ilə seçilən özəl bağçaların siyahısı açıqlanıb.

Müsabiqə nəticəsində 124 özəl bağça qalib seçilib.

🔗 Ətraflı məlumat: https://edu.gov.az/az/news-and-updates/23286-1
❤1
8 sentyabr saat 11:30-da PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbir keçiriləcək.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələri ilə bağlı çıxış edəcək.

Təqdimatı Elm və Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsindən və "Youtube" kanalından canlı izləyə bilərsiniz.
❤1
📊 Canlı yayımda PISA 2025 nəticələri açıqlanır!

Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələri ilə bağlı çıxış edir.

👉 Canlı yayıma keçid: https://www.facebook.com/share/v/19HVFABKFh/?mibextid=wwXIfr
❤1
PISA 2025 nəticələri açıqlanıb: Azərbaycan ən yüksək irəliləyiş göstərən 2-ci ölkədir.

✅ PISA 2025 nəticələrinə əsasən bu qiymətləndirmə dövründə iştirak etmiş 91 ölkənin yalnız bir qismi əvvəlki dövrlə müqayisədə irəliləyiş göstərib.

✅ Azərbaycan hər üç istiqamət üzrə dünyada ən böyük irəliləyiş əldə edən ölkələr sırasında yer alıb:
➡️ riyaziyyat üzrə 63, təbiət elmləri üzrə 60, oxu üzrə 40 bal.

🇦🇿 Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə ölkə üzrə genişmiqyaslı şəkildə iştirak edib.

ℹ️ Əvvəlki PISA tədqiqatlarında iştirak yalnız Bakı şəhərini əhatə etdiyi halda, 2025-ci ildə ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri prosesə cəlb olunub.
❤2👍1
Bu gün Elm və təhsil naziri Emin Əmrullayev İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında qonaq olacaq.

Verilişdə PISA 2025 nəticələri və Azərbaycanın göstəriciləri müzakirə ediləcək.

📍 İctimai TV
🕙 22:00
📢 Dövlət məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə başlanılır

🗓 10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Qəbul prosesi 🌐 "mygov" portalı vasitəsilə elektron formada həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
❤1
Bakı şagirdlərinin riyaziyyat üzrə göstəricisi son qiymətləndirmə ilə müqayisədə 63 bal yüksələrək 460 bala çatıb.

Azərbaycan üzrə riyaziyyat göstəricisi isə 422 bal təşkil edib.
❤1👍1
Elm və təhsil nazirinin müavini Həsən Həsənli 23 sentyabr tarixində Qazax şəhərində vətəndaşları qəbul edəcək.

✅ Qəbulda Qazax rayon sakinləri iştirak edə bilərlər.

Adı çəkilən rayonun sakinləri 16 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
❤3
📢 Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır

👨‍👩‍👧‍👦 Valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.

💻 Elektron qeydiyyat prosesinin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə məlumatlandırıcı videoçarxı diqqətinizə çatdırırıq.
❤3
🔬Təbiət elmləri nəticəsi PISA 2025-də yüksələrək 📈 2022-ci illə müqayisədə 60, 2018-ci illə müqayisədə isə 42 bal artıb.

🇦🇿 Azərbaycan üzrə təbiət elmləri göstəricisi 409 bal təşkil edib.
❤4👍1
Bakı şagirdlərinin oxu savadlılığı üzrə nəticəsi 2022-ci illə müqayisədə 40 bal yüksəlib. Bununla da 2018-ci ilin nəticəsi 16 bal üstələnib.

Azərbaycan üzrə oxu savadlılığı isə 374 bal təşkil edib.

❗ Oxu savadlılığı PISA çərçivəsində irəliləyiş əldə olunması ən çətin sahələrdən biridir. Ötən dövrdə də iştirak edən 77 ölkədən 60-nın nəticəsi aşağı düşüb. Bu bacarıq yalnız fənn biliyi ilə deyil, uzunmüddətli mütaliə vərdişləri, mətnlə işləmə və məlumatı təhliletmə bacarıqları ilə bağlıdır.
❤3👍2