Faktlarla - Operativ Xəbərlər 🇦🇿
21.8K subscribers
21.2K photos
16.6K videos
10 files
441 links
🇦🇿 Ən son xəbərlər, Qarabağ və dünya xəbərləri, eksklüziv siyasi və iqtisadi icmallar.

Kanalın chatı https://t.me/faktlarlachat

Əlaqə @Lineboot maraqlı məlumat və xəbər göndərə bilərsiz
Download Telegram
🇦🇿🇦🇿Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Xatırladır ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.

1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan edildi. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyasının işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qalıb. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤93🙏5❤‍🔥2👍1👌1
🔴Goranboyda anasını qətlə yetirib, arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😱21👍1
❗️Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
🇺🇸❗️ Epişteynin açıqlanan yeni sənədlərində Trampın 13-15 yaşlı qıza təcavüz etdiyi iddia edilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎10🤬4👌1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴Azərbaycan və BƏƏ hərbçilərinin “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍6
🚑“Azərbaycanda donor olmaq istəyən deputatlar var”, - Milli Məclisin Səhiyyə komitəsi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣45👍4🤮3🤡2❤1
📣📣Xameneinin müşaviri Əli Şamxani:

· Yaxın Şərqdə istənilən münaqişə böyük regional nəticələr doğuracaq.

· İstənilən qığılcım tez bir zamanda nəzarətdən çıxan yanğına çevrilə bilər.

· İrana qarşı qeyri-dost mövqe tutan ölkələrə də effektiv və çəkindirici cavab veriləcək.

· Mümkün eskalasiya ilə bağlı geniş və texnoloji baxımdan inkişaf etmiş ssenarilər artıq hazırlanıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤮7👍4🤣4❤1
🔴Bakıda Xalq artisti Yuri Balıyevin oğlu Artur Balıyev döyülüb

İnsidentlə bağlı ərazi Polis Şöbəsində zərərçəkən A.Balıyevin izahatı alınıb.

Şübhəli bilinən T.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN başçıs: Rejim dəyişikliyi sadəcə bir xəyaldır. Bəzi insanlar bu illüziyaya qapılıblar.

Sistemimiz o qədər dərin kök salıb və o qədər güclü təməllərə malikdir ki, fərdlərin dəyişdirilməsi heç nəyi dəyişmir. Sistem yerində qalır və fəaliyyətini davam etdirir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤮21👍8👎2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Qızıl almaq istədiyini deyərək soyğunçuluq edən şəxs saxlanılıb

Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
🇦🇿Ötən il Azərbaycanda mobil operatorlar 1,3 mlrd. manat gəlir qazanıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬54👎2
📣📣Fevralın 1-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
⚠️Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman Vaşinqtona səfəri zamanı ABŞ-ın İrana zərbə endirməkdən imtina edəcəyi təqdirdə bu ölkənin daha da güclənəcəyini bildirib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍7👎4😁3
🔴🔴ABŞ-nin Türkiyədəki səfirliyi büdcə problemləri səbəbindən müəyyən paylaşımlar edilməyəcəyini bildirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤔5❤2👍2
❗️❗️ Rusiya hökuməti benzin, dizel və digər yanacaq növlərinin ixracına qoyduğu müvəqqəti qadağanın müddətini iyul ayının sonuna qədər uzadıb. Baş nazir Mixail Mişustin bununla bağlı müvafiq fərman imzalayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤮3❤2👍1
Forwarded from Newshub.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️⚠️"Oğluma ömürlük verin, gedib orada çürüsün"

Ağdamda ər həyat yoldaşına balta ilə xəsarətlər yetirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎6😢5🤬3❤1
🇮🇷🚫İranda ard-arda partlayışlar: Ölənlər və yaralılar var
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7👎5🤣4🤔2❤1
❗️❗️ UFC döyüşçüsü Rafael Fiziyev növbəti yarışa çıxacaq.

Yüngül çəki dərəcəsində mübarizə aparan Fiziyev braziliyalı Maurisiu Ruffi ilə döyüşəcək.

Bu qarşılaşma ABŞ-də keçiriləcək UFC 325 turniri çərçivəsində baş tutacaq. Turnir Bakı vaxtı ilə saat 06:00-dan etibarən start götürəcək.

Qeyd edək ki, R.Fiziyev sonuncu dəfə UFC-də ötən ilin iyununda Bakıda keçirilmiş turnirdə iştirak edib və İqnasio Bahamondesə qalib gəlib.


Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🎉3
🔴🔴Zelenski: Putinlə görüşmədən ərazi məsələlərini həll etmək mümkün deyil

"Rusiya Federasiyası və bilavasitə Rusiya lideri ilə bu və ya digər formatda əlaqə saxlamaq imkanımız olmalıdır. Belə bir format olmadan komandalarımız üçüncü dərəcəli məsələlər üzrə razılığa gələ bilməyəcək"
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1
❗️❗️Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib.

İlham Əliyev bildirib ki, Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍17❤5🔥1