Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10❤1💯1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10💯2❤1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13🤣3❤1💯1
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb.
Bildirilib ki, telefon danışığı zamanı liderlər Türkiyə–İran ikitərəfli münasibətlərini və bölgədə artan hərbi gərginliyi müzakirə ediblər.
Prezident Ərdoğan görüş zamanı gərginliyin azaldılması və problemlərin həllinə nail olunması üçün Türkiyənin İran ilə ABŞ arasında vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi də hazırda Türkiyədə səfərdədir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👎4👍2
Forwarded from Newshub.az
Masallı rayonunda gənc oğlanın azyaşlı ilə qurduğu münasibət ağır cinayət işi ilə nəticələnib.
Parkda təsadüfi tanışlıqdan sonra nişanlanan cütlüyün münasibəti 24 yaşlı Rəvanın (adlar şərtidir) həbsxanaya düşməsi ilə yekunlaşıb.
Hadisə ötən ilin fevral ayında, tərəflər bir evdə yaşamağa başladıqdan sonra baş verib və hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə böyük bir ailə dramının üstü açılıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Rəvan 2024-cü ilin dekabrında parkda gənc Vüsaləni görərək ona yaxınlaşıb. İlkin etirazlara baxmayaraq, sosial şəbəkələr üzərindən davam edən yazışmalar tərəflər arasında “sevgi” münasibətinə çevrilib. İş o yerə çatıb ki, ailələr razılaşıb və azyaşlı qızın yaş həddi nəzərə alınmadan onlar üçün rəsmi olmayan nişan mərasimi təşkil edilib.
Lakin hadisələrin gedişatı daha mürəkkəb hal alıb. Qızın hamilə olması xəbəri ortaya çıxdıqda, Rəvan uşağı öz üzərinə götürərək onu Bakıya qaçırıb. Yalnız istintaq prosesində üzə çıxıb ki, 13 yaşlı qızın hamiləliyinin səbəbkarı Rəvan deyil, onun əvvəlki tanışı olub. Buna baxmayaraq, Rəvan qızın 14 yaşına çatmadığını bildiyi halda onunla cinsi əlaqədə olduğunu etiraf edib.
İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə Rəvan tanış olmaq üçün Heydər Əliyev adına olan parkda ona yaxınlaşıb:
“Lakin razı olmadım. Sonra “Tik-tok”da videolara baxarkən Rəvanın videoları və şəkilləri qarşıma çıxdı. Mən onları bəyəndim. Rəvandan xoşum gəldiyi üçün ona “Tik”tok”da yazdım. Oradan tanış olaraq sevgili olduq. Daha sonra isə “votsap”da danışmağa başladıq. Bir müddət sonra Rəvanın ailəsi elçi gəldi və mən nişanlanmağa razılıq verdim. Rəvan məni istədiyi üçün könüllü olaraq onunla qaçmışam. Onunla iyulun 15-ə kimi birlikdə yaşamışıq.
Rəvanla onun evində bir dəfə fevralın 14-də cinsi əlaqədə olmuşuq. Rəvanla tanış olarkən əvvəlki sevgilim Faiqdən hamilə olduğumu bilməmişəm və xarici görünüşümdən hamilə olduğum bilinməyib. Faiqlə də “Tik-tok”da tanış olmuşam və ondan xoşum gəlib. Faiqlə ümumilikdə 3-4 dəfə cinsi əlaqədə olmuşam. Faiq hamilə olduğumu biləndən sonra məni bloka atdı və uşağın onun olmadığını dedi. Hazırda anam ilə birlikdə yaşayıram. Rəvana qarşı şikayətim yoxdur”.
Məhkəmədə zərərçəkmiş qız Rəvandan şikayətçi olmadığını, hər şeyin könüllü baş verdiyini desə də, qanunvericilik 14 yaşına çatmayan şəxslərlə bağlı belə hallarda “könüllülük” prinsipini tanımır.
Masallı Rayon Məhkəməsinin qərarı ilə Rəvan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə cinsi toxunulmazlıq yaşı 16 hesab olunur. Bu yaşdan aşağı şəxslərlə hər hansı cinsi xarakterli hərəkət, qarşı tərəfin razılığı olub-olmamasından asılı olmayaraq, ağır cinayət məsuliyyəti yaradır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤮30😱8❤5🤣4👎1
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤1
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5
Sayt üzərindən kredit ödənişləri zamanı “Yelo Bank”ın müştərilərindən komissiya tutulacaq.
Qərar fevralın 1-dən etibarən qüvvəyə minəcək.
Belə ki, sayt üzərindən kredit ödənişləri zamanı 0,5 % komissiya tətbiq ediləcək. Həmçinin ödəniş terminallarında komissiya tətbiqi də davam edəcək.
Yalnız bankın ödəniş terminalları və kassalarında komissiyasız ödəniş etmək mümkün olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎17🤬6👍3❤1
Türkiyənin tanınmış müğənnisi Yıldız Tilbe müğənni Vəfa Şərifova barədə açıqlama yayıb.
Bu barədə onun vəkili Handan Bakbak mətbuata rəsmi açıqlama hazırlayıb. Açıqlamada sosial mediada yayılan və əsassız olduğu bildirilən iddialara aydınlıq gətirilib.
Bildirilib ki, azərbaycanlı müğənni Vəfa Şərifova həm televiziya proqramlarında, həm də sosial media hesablarında Yıldız Tilbe ilə duet oxumaq üçün 100 min dollar ödəniş etdiyini, lakin duet baş tutmadığı üçün çətin vəziyyətdə qaldığını iddia edib. Vəkilin sözlərinə görə, bu iddialar həqiqəti əks etdirmir.
Açıqlamada qeyd olunub ki, Yıldız Tilbenin adı çəkilən şəxslə indiyədək heç bir əlaqəsi, yazışması, işbirliyi və ya görüşü olmayıb.
Vəkil Handan Bakbak yayılan məlumatların tamamilə uydurma, hüquqa zidd və Yıldız Tilbenin nüfuzuna xələl gətirməyə yönəlmiş olduğunu bildirib. Həmçinin vurğulanıb ki, məsələ ilə bağlı müvafiq hüquqi tədbirlər görüləcək.
Açıqlama ictimaiyyətin diqqətinə çatdırılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁13❤6👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😁🍿 Paşinyan xalqa konsert verir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍28🤣21❤2🤮2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤27👍10🙏4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8🙏4
"Ümid edirəm, razılığa gələcəyik, əks halda, nə olacağını görəcəyik" - Tramp qeyd edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👎7
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda, bütün tablolarda "dumanlı hava" xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🕊50😢5
— [Adı gizlədilmiş şəxs] təxminən 35 il əvvəl Nyu-Cersidə şəxsiyyəti müəyyən edilməyən bir qadın dostunun Prezident Tramp tərəfindən oral əlaqəyə məcbur edildiyini deyib.
— Həmin qadın dost hadisə baş verən zaman təxminən 13–14 yaşlarında olduğunu və hadisə zamanı Prezident Trampı dişlədiyini iddia edib.
— Həmin şəxs, həmçinin Epstein tərəfindən də istismar edildiyini bildirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬12❤4😁1