Sifət düzəldən "-ı⁴" və "-i (-vi)" şəkilçiləri bənzərliklərinə görə bir sıra hallarda qarışdırılır. Nəzərə alınmalıdır ki, "-ı⁴" milli mənşəli, "-i (-vi)" isə alınma sözlərə qoşularaq düzəltmə sifət əmələ gətirir. Məsələn: "Qızıl" sözü milli sözdür və "qızılı" sözünə "-ı⁴" şəkilçisi əlavə olunmuşdur. "Elmi", "mülki", "inqilabi", "dairəvi" kimi sözlərdə isə "-i (vi)" şəkilçisindən istifadə olunub.
Əlavə olaraq, bəzən "-i (-vi)" şəkilçisi sözə qoşulduqda düzəltmə söz meydana gəlmir, əksinə, sözün kökü dəyişir. Məsələn: "Əşya" və "dünya" sözlərinə "-i (vi)" şəkilçisi artırıldıqda sözlərin əvvəlki köklərində hərf dəyişikliyi olduğundan yeni köklər elə "əşyəvi" və "dünyəvi" sözləri olur.
#qaydadəftəri

👍23🥰2
"Bircə" sözü cümlədə işlənmə yerinə görə həm say, həm də ədat (qüvvətləndirici, məhdudlaşdırıcı, arzu) ola bilir. Məsələn:
• Müsabiqənin bitməyinə bircə (say) gün qalıb.
• Bircə (qüvvətləndirici ədat) bu çatmırdı.
• Bu işi bircə (məhdudlaşdırıcı ədat) sən bacarırsan.
• Bircə (arzu ədatı) sabah yağış yağmayaydı.
#qaydadəftəri
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç!🔔 🔥
• Müsabiqənin bitməyinə bircə (say) gün qalıb.
• Bircə (qüvvətləndirici ədat) bu çatmırdı.
• Bu işi bircə (məhdudlaşdırıcı ədat) sən bacarırsan.
• Bircə (arzu ədatı) sabah yağış yağmayaydı.
#qaydadəftəri
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍26❤9💯2
Dilimizdə elm, fəhm, həcm, hökm, rəhm, rəsm, sehr, səhm, sədr, üzr, üzv, zəhm, zülm kimi müxtəlifcinsli samitlərlə bitən ərəb mənşəli təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda, tələffüz zamanı söz kökündəki samitlər arasına qapalı sait əlavə edilir: elmli [elimli], hökmdar [hökümdar], hökmsüz [hökümsüz], rəhmli [rəhimli], sehrli [sehirri], sədrlik [sədirrix′], səhmdar [səhimdar], üzrsüz [üzürsüz], üzvlük [üzüvlüx'], zəhmli [zəhimli] və s.
#danışmaqqızıldır
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
#danışmaqqızıldır
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
❤19👍8
Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və birinci sözü böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Tərəqqi” medalı, “Danabaş kəndinin əhvalatları” povesti, "Qız qalası” baleti, “Ögey ana” filmi, “Azərbaycan” qəzeti, “Abşeron” mağazası, “Sirab” mineral suyu və s.
#qaydadəftəri
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
#qaydadəftəri
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
👍26❤8
Azərbaycan dilində xəbərlik (şəxs) şəkilçiləri vurğusuz tələffüz olunur: oxuyúram, azádsan, baxmalídır və s. Lakin feilin şərt şəkli, xəbər şəklinin şühudi keçmiş zamanı şəxsə görə təsriflənərkən (qaçsalár, çatdín, soruşsám və s.), əmr şəkli isə şəxsə görə dəyişdikdə 1-ci və 3-cü şəxslərdə şəxs sonluğu vurğulu tələffüz olunur (tapím, axtarsínlar və s.).
#danışmaqqızıldır
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
#danışmaqqızıldır
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
👍11❤5🤔1
Hansı söz doğru yazılıb?
Anonymous Quiz
10%
məhfum
11%
əsginaz
56%
lokomotiv
11%
töyşümək
12%
debutant
🤔5👏2
Rus dilində tərkibində "ц" hərfi olan alınma sözlərin dilimizdəki yazılışında ümumi isimlər "s" hərfi ilə yazılır: sement, lisey, dosent və s. Lakin "metso", "vitse" morfemləri, o cümlədən "blits", "ratsiya" və s. sözlər istisnadır.
Xüsusi isimlərdə isə adıçəkilən hərf sözün əvvəlində "s" (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə "ts" (Motsart, Muromets, Vorontsov və s.) şəklində yazılır.
#hərehtimalaqarşı
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
Xüsusi isimlərdə isə adıçəkilən hərf sözün əvvəlində "s" (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə "ts" (Motsart, Muromets, Vorontsov və s.) şəklində yazılır.
#hərehtimalaqarşı
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
👍19❤4🔥3
Söz ortasında qoşa "s" samiti olan bir sıra alınma sözlər bir "s" ilə yazılır: aksesuar, kaset, masaj, pasaj, şose.
Söz sonunda qoşa "s" samitli aşağıdakı alınma sözlər bir "s" ilə yazılır: stres, konqres, ekspres və s. Lakin press (mətbuat) sözü istisnadır.
#hərehtimalaqarşı
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
Söz sonunda qoşa "s" samitli aşağıdakı alınma sözlər bir "s" ilə yazılır: stres, konqres, ekspres və s. Lakin press (mətbuat) sözü istisnadır.
#hərehtimalaqarşı
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
👍25❤4👏3
Hansı söz doğru yazılıb?
Anonymous Quiz
12%
qastroentoloq
13%
qövsi-qüzeh
8%
paraşut
45%
ismarıc
7%
məshəkə
16%
kortec
❤2
Hansı söz düzgün yazılmayıb?
Anonymous Quiz
15%
kilovat
17%
veb-sayt
9%
antivirus
48%
abu-hava
11%
yaşıltəhər
Leksik şəkilçilər olan "-laş²" və "-la²+ş" şəkilçiləri ilə düzələn feilləri bir-birindən fərqləndirmək lazımdır. Məsələn: baha-laş-maq, ağır-laş-maq, salam-la-ş-maq, qucaq-la-ş-maq və s.
Bəzən eyni kökə həm "-laş²", həm də "-la²+ş" şəkilçisi artıraraq söz düzəltmək mümkün olması sözün kök və şəkilçiyə ayrılması zamanı dil istifadəçilərində çaşqınlığa səbəb olur. Bu zaman şəkilçilərdən əvvəlki və sonrakı versiya arasındakı leksik mənaya fikir vermək lazımdır. Məsələn, "ayaqlaşmaq" feili "-la²+ş" şəkilçiləri ilə yox, "-laş²" şəkilçisi ilə, yəni "ayaqla" feilindən yox, "ayaq" ismindən yaranmışdır. Dilimizdə "ayaqlamaq" feili mövcuddur, lakin bu söz "tapdalamaq" mənasına gəlir və ayaqlaşmaq (uyğunlaşmaq) sözü ilə məna yaxınlığı yoxdur.

👍14❤8🔥3