Hal-hazırda izləyicilərimizin 32 faizi cihazının dil seçimi olaraq türk dili seçib, Azərbaycan dili isə dördüncü sırada qərarlaşıb. Sizcə, smartfonlarda Azərbaycan dilinin populyar olmamasının və ilk üçlükdən kənarda qalmasının səbəbləri nələrdir?
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
❤17🤣2👎1
Azərbaycan dilində qrammatik normanın tələbinə görə, cümlədə mübtəda və xəbər kəmiyyətcə uzlaşır. Məsələn: Sən Azərbaycan dilini yaxşı bilirsən. Mən sabah gələrəm. Uşaqlar oynayırlar.
III şəxsdə mübtəda və xəbər arasında kəmiyyətə görə uzlaşma pozulsa, qrammatik norma pozulur. Məsələn: Şagirdlər əyləşib.
Lakin mübtəda III şəxsdə olan cansız əşyalarla ifadə olunarsa, xəbər mübtəda ilə uzlaşmamalıdır. Məsələn: Dağlar görünür. Buludlar çoxalıb. Cümlələrdə "görünürlər", "çoxalıblar" yazılsaydı, qrammatik norma pozulardı.
#qaydadəftəri #qrammatika

👍38❤16
Hansı söz düzgün yazılıb?
Anonymous Quiz
7%
ədliyə
16%
tövsiyyə
10%
maliyə
46%
mərsiyə
5%
hədiyə
17%
ehtiyyat
❤15
Hər birinizi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təbrik edirik, əziz dil daşıyıcıları! Dilimizdə ən çox sevdiyiniz söz hansıdır?
❤50👏7👍4
Hansı söz doğru yazılıb?
Anonymous Quiz
8%
texnikom
27%
heykəltəraş
7%
niskil
7%
linqofon
43%
arbitraj
8%
heyyət
Dilimizdəki bir sıra mürəkkəb isimlər eyni feil kökünün təkrarı və a, ə, ha bitişdiriciləri vasitəsilə yaranır. Məsələn: qaçaqaç, gəlhagəl, tutatut, vurhavur və s.
Belə sözlərdə təkrarlanan feilin kökü kar samitlə bitdikdə a, ə (ahəng qanununa uyğun olaraq), cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. Lakin "gethaget" sözü istisnadır.
#hərehtimalaqarşı #qrammatika
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
Belə sözlərdə təkrarlanan feilin kökü kar samitlə bitdikdə a, ə (ahəng qanununa uyğun olaraq), cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. Lakin "gethaget" sözü istisnadır.
#hərehtimalaqarşı #qrammatika
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
❤25👍7
Dilimizdə söz yaradıcılığının əsas vasitələrinə aşağıdakılar aid edilə bilər:
1. Leksik üsul: söz əvvəlki məzmunundan fərqlənərək yeni mənalı söz əmələ gəlir. Məsələn: əqrəb – quyruğunun ucunda zəhərli iynəsi olan onurğasız həşərat; əqrəb – saat, kompas və bənzər əşyalarda öz oxu ətrafında fırlanıb müəyyən işarəni göstərən mil.
2. Morfoloji üsul: leksik şəkilçilər vasitəsilə düzəltmə sözlərin yaranması. Məsələn: çörəkçi, oxutmaq, şərqşünas və s.
3. Sintaktik üsul: iki və daha artıq sözün birləşməsindən mürəkkəb sözlərin əmələ gəlməsi. Məsələn: qızılgül, gec-tez, heç kim və s.
#qaydadəftəri #Language

👍15❤6
Bəs siz necə tələffüz edirsiniz?
#danışmaqqızıldır #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
#danışmaqqızıldır #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
👍20❤3🔥2
Müəyyən sözlər var ki, onlar cümlədə müxtəlif rollarda çıxış edə bilir. Bu isə onların vergül tələbini dəyişir, çünki hər şey kontekstdən asılı olur.
"Məncə" sözü:
• Məncə (modal söz), sabah yağış yağacaq.
• O məncə (əvəzlik+qoşma) yorulmadı.
Gördüyünüz kimi, ikinci cümlədəki "məncə" sözündən sonra vergül qoyulmayıb, çünki "məncə" sözü "mən qədər" mənasında işlənib.
"Demə" sözü:
• Demə (modal söz), şagird özünü pis hiss edirdi.
• Bu sözlərimi heç kimə demə (feil).
"Doğrudan" sözü:
• Onlar, doğrudan ("həqiqətən" modal sözü kimi), çox xoşbəxtdirlər.
• Doğrudan (sifət) qorxmaq lazım deyil.
"Düzü" sözü:
• Düzü (modal söz), bu haqda məlumatım yox idi.
• Düzü (sifət) həmişə üzə demək lazımdır.
• Bu düzü (isim), bu dərəni tanıyıram.

❤21👍10✍2
🕵️♂️ Bizim kanalın moderatoru Azərbaycan kanallarının birində göründü. 🤫
Bəs siz başqa hansı kanallarda nəzarət aparmağımızı istəyirsiniz?
Grammar Azi #qrammatika
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
Bəs siz başqa hansı kanallarda nəzarət aparmağımızı istəyirsiniz?
Grammar Azi #qrammatika
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
👍20❤3🤣2