Hansı söz doğru yazılıb?
Anonymous Quiz
11%
gülləboran
30%
boxça
5%
sayqı
16%
yeknəsək
21%
əhvali-ruhiyyə
16%
aidiyyat
👍11🤷♂5❤1
Mürəkkəb adların tərkibində "adına", "üzrə", "və", "yanında", "qarşı" və s. bu kimi yardımçı sözlər kiçik hərflə yazılır. Məsələn: Nəsimi adına Dilçilik İnstitutu, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və s.
#qaydadəftəri #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
#qaydadəftəri #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
👍17❤13
👍15
Təkhecalı qoşmalar olan -tək, -ca², -dək, -can², o cümlədən ilə qoşmasının şəkilçiləşmiş forması (-la,-lə) qoşulduğu sözlərə bitişik yazılır. Məsələn: Onuntək dostu çətin taparam. Avtomobil yarıyacan palçığa batmışdı. Evə çatanadək bunu müzakirə etdik.
İlə qoşması samitlə bitən sözlərə qoşulduqda [-nan], [-nən], saitlə bitən sözlərə qoşulduqda isə [-ynan], [-ynən] şəklində tələffüz olunur. Məsələn: Balaca Zaur həyətdə uşaqlarla [uşaxlarnan] oynayırdı. Dünən məktəbə Əli ilə [Əliynən] getmişdim.
#qaydadəftəri #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
İlə qoşması samitlə bitən sözlərə qoşulduqda [-nan], [-nən], saitlə bitən sözlərə qoşulduqda isə [-ynan], [-ynən] şəklində tələffüz olunur. Məsələn: Balaca Zaur həyətdə uşaqlarla [uşaxlarnan] oynayırdı. Dünən məktəbə Əli ilə [Əliynən] getmişdim.
#qaydadəftəri #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
❤12👍9
Bəs siz hansı mənbədən istifadə edirsiniz? :)
#Language #Azerbaijan
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
#Language #Azerbaijan
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
🤣27👍7❤6
"Prezident" sözünün kiçik hərflə yazılması:
• Eldəniz böyüyəndə prezident olmaq istəyir.
• MDB ölkələrinin prezidentlərinin görüşü baş tutdu.
"Prezident" sözünün böyük hərflə yazılması:
• ABŞ-nin Prezidenti seçicilərin suallarını cavablandırdı.
• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya səfər edib.
#qaydadəftəri #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
• Eldəniz böyüyəndə prezident olmaq istəyir.
• MDB ölkələrinin prezidentlərinin görüşü baş tutdu.
"Prezident" sözünün böyük hərflə yazılması:
• ABŞ-nin Prezidenti seçicilərin suallarını cavablandırdı.
• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya səfər edib.
#qaydadəftəri #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
❤22👍19
Saitlə bitən sözlər mənsubiyyətə görə dəyişdikdə, əsasən, "n" və "s" bitişdirici samitlərindən istifadə olunur. Lakin dilimizdəki ərəb mənşəli "mənbə", "mövqe", "mənşə", "mənafə", "tale" sözlərinə mənsubiyyət şəkilçisi artırılarkən "y" bitişdirici samitinin əlavə olunması tələb edilir. Eyni qayda milli mənşəli sözlər olan "su" və "nə" sözlərinə də aiddir. Məsələn: mənbəyi, mövqeyim, mənafeyin, taleyi, mənşəyi, suyu, nəyin.
#qaydadəftəri #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
#qaydadəftəri #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
❤14👍8
Hansı söz doğru yazılıb?
Anonymous Quiz
25%
ahu-zar
30%
kineskop
15%
debutant
5%
makiaj
25%
akkumlyator
👍10
Hansı söz düzgün yazılmayıb?
Anonymous Quiz
22%
nəbatat
18%
gülləbaran
24%
roket
21%
qayınana
15%
emulsiya
👍8
Bildiyimiz kimi, say ümumi qrammatik mənasına görə əşyanın miqdarını və sırasını bildirir. Lakin dilimizdəki bəzi sözlərin məzmunu kəmiyyət anlayışı ifadə etsə də, say hesab olunmur. Məsələn, həftə (7 gün), ay (30 gün), il (365 gün), qərinə (33 il), əsr (100 il), arşın (71 santimetr), çərək (dörddə bir hissə) və s. kimi sözlərin məzmununda ölçü, miqdar anlayışı olsa da, onlar say deyil, isimdir.
#qaydadəftəri #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
#qaydadəftəri #Language
Grammar Azi
Daha çoxu üçün bildirişləri aç! 🔔🔥
👍30❤5