🕋💞İBADƏT 313💞🕋
5.3K subscribers
1.94K photos
576 videos
14 files
3.52K links
Heç bir şey əvvəlki vəziyyətə qayıtmır. Buna görə, bir şeyi sındırmazdan öncə yaxşı fikirləşək ..
Download Telegram
Həsəd aparan insan başqalarının uğur və nemətlərinə görə sevinməyən insandır.

Sən elə biri olmalısan ki, biri yeni paltar alanda, sən sevinəsən. Başqası birincilik qazansa, elə bil sən qazanmış kimi hiss edəsən.
Bəs niyə qonşunun övladının uğuruna, öz övladının uğuru qədər sevinmirsən?

Qibtə etmək həsəd aparmaq deyil. Qibtə odur ki, sən başqasının sahib olduğuna baxıb, "kaş mənim də olardı" deməyəsən, əksinə, elə bil sənin öz uğurundur.
Məsələn, sənin övladın namaz qılırsa, mən də elə hiss etməliyəm ki, sanki mənim övladım da namaz qılır.

Elə olmalısan ki, hər axşam evə xoş bir xəbər aparasan. "Nə baş verib?" "Qonşumuz övladına maşın alıb? "Biz almışıq ki?"
"Yox, fərqi yoxdur, elə bil biz almışıq."

İndi biz belə davranırıqmı? "Yox..." Deməli, biz həsəd aparırıq. Özünü elə tərbiyə etməlisən ki, harada bir kəsin uğurunu, bir xoş xəbərini görsən, sevinəsən".

Şeyx İsmayıl Ramazani

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
👍3❤2
✍ Ayətullah Seyyid Cavad Heydəri (r.ə) buyururdu;

👉 "Cavanlar deməsinlər ki, Biz pəhləvanıq, qüvvətliyik, Pəhləvanlıq odur ki bir namazın belə qəza olmasın. Pəhləvanlıq odur ki, ata və anasına mərhəmət etsinlər, dünyasını dəyişən valideyinlərinin qəza namazların qılsınlar."

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤6
✨﷽✨

Namazına qarşı diqqətli ol!

✍ Ustad Qəraəti:
Bəzən problem özümüzdə olur. Bir nəfər gəlib dedi:
– Ağa Qıraəti, sürücüyə dedim ki, saxla, namaz qılım. O saxlamadı və namazım qəza oldu. Günah qazandım?
Dedim:
– Bəli.
Dedi:
– Axı mən dedim saxla.
Dedim:
– Necə dedin?!
Dedi:
– Getdim, sakitcə dedim: "Cənab sürücü, zəhmət olmasa bir yerdə saxlayın, namaz qılım." Sürücü isə cavab verdi: "Otur, səni çağıraram." Mən də oturdum, amma çağırmadı.

❓ Dedim: Əgər çamadanın düşsəydi, nə edərdin?!
Onda belə deyərdin: "Cənab sürücü, lütfən saxlayın, çamadanım düşdü! Dayan! Dayan!... Çamadanım düşdü!"

Dedim: Çamadanın üçün bu qədər qeyrət göstərirsən, amma namazın üçün göstərmirsən!
Problem səndədir. Çamadanın üçün hay-küy salırsan, amma namaz üçün yox!

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤8👍1
✍ Dinin sütunu

🔹Həzrət İmam Baqir (ə):
"Bəndədən ilk soruşulacaq şey namazdır. Əgər o qəbul olsa, digər əməllər də qəbul olar."

📘Əl Kafi, c 4 səh 268

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤9
✍ Ayətullah Şeyx Həsən Eli Nəcabət (r.ə)

👉 Aləmdə olan bütün bərəkətlər, həmin namazdır ki, biz onun qiymətini bilib dəyərləndirmirik.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤9👍2
✍ İmam Sadiq (ə) buyurub:

Hər kim dəstəmaz alıb yatağına girsə, həmin gecə onun yatağı məscidi hökmündə olar.

Əgər dəstəmazı yoxdursa, elə öz yorğanı ilə təyəmmüm etsin. Əgər belə edərsə, daim namaz və Allahın zikrində sayılar.

📚 Təhzibül-Əhkam, c. 2, səh. 116

🌸🍃🌸🍃🌸

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤9👍4🕊2
Ayətullah Nasiri:

"Əgər keçmişin qüsurlu və pis olubsa, bil ki, Kərim olan Allah səni əfv edər. Keçmişinə bir tövbə et. Gecə-gündüz, fürsət düşdükcə iki rükət namaz qıl və de:

“Pərvərdigara! Mən səhv etdim, günah etdim, anlamadım. İndi Sənin qapına gəlmişəm.”

Mümkün deyil ki, Allah səni rədd etsin.O qəbul edər.
Çünki özü buyurub ki:
Allahın rəhmətindən ümidsiz olmaq böyük günahlardandır".

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤9👍2😍2
Ayətullah Seyyid Əli Qazi(r.ə):

" Elə bir zaman gələcək ki,
bir "La ilahə illəllah" deməyə, bir "Əstəğfirullah" söyləməyə möhtac olacağıq,
amma bizə bu fürsət verilməyəcək!
Fürsətləri əldən verməyin".

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤8👍2🕊2😢1
Ayətullah Behcət (r.ə) :
"Şeytan uzun səcdədən qorxur və deyir:
"Mən bu səcdə ucbatından bu günə düşdüm, bunlar isə ondan əl çəkmirlər və bu qədər uzadırlar."

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤7👍1😍1
Əllamə Cəfəri:

"Əgər bir insanın nə qədər dəyərli olduğunu bilmək istəyirsinizsə, baxın o, nəyə maraq göstərir və nəyi sevir. Əgər insanın sevdiyi şey maşınıdırsa, onun dəyəri də o qədərdir. Amma əgər onun sevgisi Allahdırsa, onun dəyəri Allah qədərdir".

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤7👍1
İmam Əli (əleyhissalam) buyurur:

“Bir şəxsin hikmətli bir söz eşidib ona əməl etməsi və ya başqalarına danışması bir illik ibadətdən daha yaxşıdır”.

“Nəhcül-Bəlağə”

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤7👍3🕊2
Ayətullah Ənsari Həmədani(r.ə):

"Məkruh əməllər günaha açılan qapıdır. O insanı cəhənnəmin kənarına qədər gətirər və kim bilir, bəlkə içəri də atar.
🔹 Ona görə də, çalışın məkruhlardan uzaq durasınız".

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤6👍2🕊2
✍ Ayetullah Şücayi:

👉 "Eger Allah Teala bizi bendeliye qebul elese, ibadetde olan eyb ve nöqsanlarımızı başa düşerik."

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤5👍1🕊1
Ayətullah Behcət (r.ə):
" İnsan bu dünyada ən çoxu arzularının yalnız on faizinə çata bilir. Az adam tapılar ki, həyatı tam istədiyi kimi keçsin.

Dünyadakı hər cür ləzzətin ,rahatlığında min bir acı və məşəqqəti var.
Əgər kimsə dünyanı bu cür qəbul etsə və tanısa, həyat yoldaşı, qonşuya dözmək və s. bu kimi dünyanın başqa çətinliklərə daha az əsəbləşər. Çünki bilir ki, bu dünya bəla evidir, ondan artıq bir şey gözləmək olmaz!"

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤5
✍Bir cavan Şeyx Həsənəli Noxudəki İsfəhaninin yanına gəlir və deyir:

👉 “Mənim həyatımda üç qıfıl vardır. Sizdən onu açmaq üçün üç açar istəyirəm. Birinci qıfıl budur ki, istəyirəm ki, sağlam bir evliliyim olsun. İkinci qıfıl budur ki, istəyirəm ki, işim bərəkətli olsun. Üçüncü qıfıl budur ki, istəyirəm ki, aqibətim xeyirli olsun”. Alim buyurur: “Birinci qıfıl üçün namazını əvvəl vaxtda qıl, ikinci qıfl üçün namazını əvvəl vaxtda qıl, üçüncü qıfıl üçün namazını əvvəl vaxtda qıl”. Cavan deyir: “Üç qıfılı bir açarla?”. Şeyx Noxudəki buyurur: “Namazı əvvəl vaxtda qılmaq açarların şahıdır!”

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤6
✍ Əllamə Təbatəbai (r.ə)

👉 Əksər kəslər ki, müvəffəq olublar, mərifət ki onlara şəfəq saçıb, Quran oxumaqla və ya İmam Hüseyn (ə.s) təvəssül etməklə olub.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤6
✍ Həzrəti Ayətullah Seyyid Rza Bahauddini (r.ə)

👉 Əgər isdəyirsiz bərəkətlər sizə nəsib olsun, əvvəl vaxtda Namazı tərk etməyin.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤7
✅ Nəfsin zənginliyi

Quran buyurur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.” (“Nur” surəsi, ayə 37)

«رِجالٌ لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّه»

Elə insanlar vardır ki, onlar ticarət ardınca deyil və alış-veriş onları doyuzdurmur, ticarətlər var, amma bu ticarət onları Allahı zikr etməkdən yayındıra bilmir. Hədisdə deyilir: “Allahla zəngin olmaq ən böyük zənginlikdir.” (“Qürərül-hikəm və dürərül-kəlam”, səh. 97)

«الْغِنَى بِاللَّهِ أَعْظَمُ الْغِنَى»

Başqa bir hədisdə də gəlmişdir: “Mömin Subhan Allahla ehtiyacsız olur.” (“Təsnifu-qürəril-hikəm və dürəril-kəlam”, səh. 91)

«غِنَى الْمُؤْمِنِ بِاللَّهِ سُبْحَانَه‏»

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤4
✍ İmam Sadiqdən(ə) "Niyə axırzamanda yaşayanlar ruzi baxımdan korluq çəkərlər?" deyə sual edirlər. İmam buyurur: "Buna görə ki, adətən namazları qəzaya gedir".

Mərhum Ayətullah Hacı Şeyx Həsənəli Noxudəki İsfəhani oğluna vəsiyyətində yazır: "Əgər insan qırx gün riyazət çəkib, ibadətlə məşğul olub, lakin bir dəfə sübh namazını qəzaya verərsə, qırx günlük ibadətinin səmərəsi puç olar".

"Övladım, sənə namazı ilk vaxtda qılmağı tövsiyə edirəm, mümkün qədər gecə namazı qıl".

Sübh namazı vaxtı yatıb qalmayasız deyə yatmazdan qabaq "Kəhf" surəsinin axırıncı ayəsini oxuyun və oxuyarkən oyanmaq istədiyiniz vaxtı zehnizdən keçirin.

"Kəhf" surəsinin axırıncı ayəsi:

◈ بسم الله الرحمن الرحیم ◈
«قُلْ إِنَّما أَنَا بَشَرٌ مِثْلُکُمْ یُوحی إِلَیَّ أَنَّما إِلهُکُمْ إِلهٌ واحِدٌ فَمَنْ کانَ یَرْجُوا لِقاءَ رَبِّهِ فَلْیَعْمَلْ عَمَلاً صالِحاً وَ لا یُشْرِکْ بِعِبادَةِ رَبِّهِ أَحدا»

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤6🥰2❤‍🔥1
🔹 Namazda xəyal quşunu cilovlamaq

Bir çox insanlar elə düşünürlər ki, namaz zamanı fikri və xəyalı nəzarətdə saxlamaq mümkün deyil. Halbuki, nəfsi tərbiyə etmək, davamlı məşq etmək və vaxt ayırmaqla xəyalı ram etmək mümkündür. Bunun əsas yolu isə onun istəklərinin əksinə hərəkət etməkdir.

Yəni insan namaza başlamazdan əvvəl qəti qərara gəlsin ki, namaz boyu fikrini qoruyacaq və qəlbini yalnız Allaha yönəldəcək. Nə vaxt xəyalı başqa tərəfə yönəlmək istəsə, onu dərhal geri qaytarıb namaza cəmləsin.

İnsan namazın hər bir hərəkətinə, sükutuna, zikrinə və əməlinə diqqət yetirməli, fikrinin başıboş gəzməsinə imkan verməməlidir.

İlk vaxtlarda bu iş çox çətin görünə bilər. Lakin insan bir müddət səbir, diqqət və davamlı məşqlə buna riayət etsə, xəyal tədricən ram olar və namazda hüzuri-qəlb əldə etmək asanlaşar.

Bu yol tədricən, səbir və davamlılıqla qət edilməlidir.

📚 Mənbə: İmam Xomeyni (r.ə), *Adabus-Salat (Namazın ədəbləri)*, s. 44.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤6👍1🕊1