İnnovasiyalar Mərkəzi
✔
285 subscribers
3.56K photos
509 videos
412 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ölkəmizə rəsmi səfəri çərçivəsində ASAN Xidmət mərkəzini ziyarət edib.

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.


Ətraflı: https://www.facebook.com/share/p/1DWyC5xMeX/?mibextid=wwXIfr
“ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” “Dövlət - özəl tərəfdaşlığında lider qurum” nominasiyasına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” 2025-ci ilin nəticələrinə əsasən “Azerbaijan Business Award” Milli Mükafatı çərçivəsində “Dövlət - özəl tərəfdaşlığında lider qurum” nominasiyasına layiq görülüb.

Mükafat “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmova təqdim olunub.

“Azerbaijan Business Award” Milli Mükafatı Azərbaycan Respublikasında dövlət və özəl sektor nümayəndələrinin biznes sahəsində əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi, işgüzar etikanın inkişaf etdirilməsi və milli biznes mühitinin müasir imicinin formalaşdırılması məqsədilə keçirilən nüfuzlu mükafat layihəsidir.
Media is too big
VIEW IN TELEGRAM
“İnnovasiyalar Mərkəzi” “Dövlət - özəl tərəfdaşlığında lider qurum” nominasiyasına layiq görülüb
❤2
Baharın nəfəsini alovun istiliyi ilə hiss etdiyimiz Od çərşənbəniz mübarək! 🔥
#icenter #odçərşənbəsi
❤1
🚀 V “TUSİ” inkubasiya proqramı Milli Aviasiya Akademiyasında 👨‍🏫

İnfosessiya zamanı tələbələrə ideyanı formalaşdırmaq, komanda qurmaq və startap ekosisteminə inteqrasiya olmaq yollarını ətraflı izah etdik. ✅

💡 Siz də inkubasiya proqramına qoşulmaq üçün elə indi qeydiyyatdan keçin:
➡️ https://gub.icenter.az/home

✨ Nə qazanacaqsınız?
• Yeni bacarıqlar və praktiki təcrübə
• Bir-birindən maraqlı təlimlər və mentor dəstəyi
• Startap ideyanı reallığa çevirmək imkanı
• Şəbəkələşmə imkanları

Gələcəyinizi öz əllərinizlə qurmaq istəyirsinizsə, bizə qoşulun!

#Gələcəküçünbacarıqlar #Startap #İnkubasiya
❤1