İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
509 videos
406 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" tərəfindən icra olunan “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib.

Ətraflı: https://lnkd.in/dr2CWyNP
❤1
Media is too big
VIEW IN TELEGRAM
“Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib
🚀 V “TUSİ” İnkubasiya Proqramına start verilir!

“İnnovasiyalar Mərkəzi”nin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində növbəti inkubasiya proqramına qeydiyyat başladı. Bu dəfə sizi daha güclü və praktiki yönümlü proqram gözləyir.

📚 10 əsas mövzu və 34 alt moduldan ibarət intensiv təlimlər sayəsində startapınızı qurmaq, ideyanızı inkişaf etdirmək və ekosistemə qoşulmaq fürsəti əldə edəcəksiniz.

💡 Əgər siz də gələcəyinizi startap ekosistemində qurmaq istəyirsinizsə, bu fürsəti dəyərləndirin.

İndi müraciət edin və gələcəyinizi qurmağa bizimlə başlayın! 🤝

➡️ Qeydiyyat üçün aşağıdakı sayta daxil olaraq V "TUSİ" İnkubasiya proqramına qoşul formunu doldura bilərsiniz:

https://gub.icenter.az/home

Son tarix: 12.04.2026

#Gələcəküçünbacarıqlar
Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💧

#icenter #suçərşənbəsi
❤1
ASAN AI Hub innovatorları aşağıdakı imkanlara malik intellektual sistem yaratmağa dəvət edir:
• Vətəndaşlar tərəfindən göndərilən şəkil və videoları analiz etmək
• Müraciətləri avtomatik olaraq təsnif etmək və prioritetləşdirmək
• Bildirilən problemlərin həqiqətən həll olunub-olunmadığını yoxlamaq

Qalib həll 5000 AZN məbləğində mükafat qazanacaq!

Son müraciət tarixi: 20 aprel 2026
Ətraflı məlumat və müraciət tələbləri: https://asanhub.ai/challenges/c5e35091-183f-4b0b-7e0e-08de705c6dd1
❤1
Media is too big
VIEW IN TELEGRAM
“İnnovasiyalar Mərkəzi”nin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində həyata keçirilən IV “TUSİ” inkubasiya proqramı müddətində iştirakçılar öz ideyalarını inkişaf etdirərək startaplarını formalaşdırdı, mentor dəstəyi aldı və ekosistemdə ilk uğurlarını qazandı. 🎉

🎥 Videomuzda proqramın gedişatını, iştirakçıların təcrübələrini və startapların əldə etdiyi nailiyyətləri izləyə bilərsiniz.

İndi isə növbəti fürsət sizindir!

V “TUSİ” inkubasiya proqramına qeydiyyat artıq açıqdır. Əgər siz də ideyanızı reallaşdırmaq, startap dünyasında yerinizi almaq və uğur qazanan iştirakçılarımızdan biri olmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın.
➡️ Qeydiyyat: https://gub.icenter.az/home
📅 Son tarix: 12.04.2026
🔥1
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidənin önünə gül dəstələri qoyulub.
❤2