İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
508 videos
406 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
🚀 V “TUSİ” İnkubasiya Proqramının infosessiyaları davam edir 👨‍🏫

Proqram çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Ali Neft Məktəbində görüşlər təşkil olunub.

Tələbələrə inkubasiya proqramının məqsədi, startap ideyasının formalaşdırılması, komanda quruculuğu və proqramın təqdim etdiyi imkanlar barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Keçirilən infosessiyalarda ümumilikdə 400-dən çox tələbə iştirak edərək startap ekosistemi və innovativ ideyaların inkişafı haqqında məlumat əldə edib.

💡 Siz də inkubasiya proqramına qoşulmaq üçün qeydiyyatdan keçə bilərsiniz:
➡️ https://gub.icenter.az/home

#Gələcəküçünbacarıqlar #Startap #İnkubasiya
❤1
Media is too big
VIEW IN TELEGRAM
“İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi” və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, "Expressbank"ın sponsorluğu ilə həyata keçirilən “RoboCode III” robotik kodlama düşərgəsinə start verilib
#Qvineya Respublikasının inzibati modernləşdirmə və dövlət xidməti naziri Faya Fransua Burunonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.