230 gəncin iştirakı ilə V “TUSİ” inkubasiya proqramına start verildi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində V “TUSİ” inkubasiya proqramına start verilib.
Proqramın ilk günü iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Açılış tədbirində 230-a yaxın gəncin iştirakı qeydə alınıb.
Proqram çərçivəsində ilk təlim “Fikrin inkişaf etdirilməsi və təsdiqlənməsi” mövzusunda təşkil olunub. Təlim zamanı iştirakçılara ideyaların formalaşdırılması, inkişaf potensialının qiymətləndirilməsi, düzgün istiqamətin müəyyənləşdirilməsi və ilkin mərhələdə yaranan çətinliklərin aradan qaldırılması ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib.

Media is too big
VIEW IN TELEGRAM
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümüdür. Hörmətlə anırıq!
15 fərqli AI+ təlim proqramına 15% endirim!
ASAN AI Hub və Leadership Force Academy əməkdaşlığı çərçivəsində, AI CERTs proqramlarını əhatə edən xüsusi təklif təqdim olunur.
Bu AI+ təlim proqramları süni intellekt sahəsində biliklərinizi gücləndirmək və karyeranızı növbəti mərhələyə daşımaq üçün hazırlanıb.
15% endirimdən yararlanmaq üçün asanhub.ai platforması üzərindən qeydiyyatdan keçə bilərsiniz.
Kampaniya yalnız platforma istifadəçiləri üçün keçərlidir.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Aprel ayı ərzində olan fəaliyyətimizi barədə statistik rəqəmləri təqdim edirik. 📊
#icenter #hesabat #statistika
#icenter #hesabat #statistika
“ASAN kommunal” - 10 il
“ASAN kommunal” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanına əsasən yaradılıb.
Fərmanda əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovativ yanaşmalar əsasında həyata keçirilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin olunması əsas məqsəd kimi müəyyən edilib.
Hazırda Bakı şəhərində 3 “ASAN kommunal” mərkəzi fəaliyyət göstərir. Həmçinin kommunal xidmətlər ölkəmizin müxtəlif regionlarında yerləşən “ASAN xidmət” mərkəzlərində də təqdim olunur. Mərkəzlərdə elektrik enerjisi, təbii qaz, su və digər kommunal istiqamətlər üzrə xidmətlər vahid məkanda həyata keçirilir.
Ötən 10 il ərzində “ASAN kommunal” mərkəzlərində 60-a yaxın xidmət göstərilib və ümumilikdə 4 milyon 425 mindən çox müraciət daxil olub.

❤2
“İnnovasiyalar Mərkəzi” “III Beynəlxalq Aqrar İnnovasiya Forumu”nda təmsil olunub
Forum çərçivəsində keçirilən “Regionlarda aqrar inkişafın artırılması istiqamətində dövlət, özəl sektor, peşə və ali məktəblər arasında əməkdaşlıq imkanları” mövzusunda panel müzakirəsində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov spiker qismində iştirak edib.
Vüsal Rüstəmov çıxışı zamanı Mərkəzin süni intellekt istiqamətində həyata keçirdiyi layihələr, xüsusilə “ASAN AI Hub”, ASAN İnnovativ İnkişaf Mərkəzinin süni intellekt savadlılığı proqramı, bu istiqamətdə həyata keçirdiyi təlimlər, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, startap ekosisteminin inkişafına dəstək mexanizmləri və innovativ ekosistemin inkişafına yönəlmiş təşəbbüslər barədə ətraflı məlumat verib.
Ətraflı: https://www.facebook.com/share/p/18gEVUsPh2/?mibextid=wwXIfr

❤1👍1
"ASAN xidmət" kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib.
8 may 2026-cı il tarixində Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdən sonra “ASAN xidmət”in kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib və gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Bundan başqa ASAN Könüllüləri tərəfindən də Heydər Əliyevin siyasi kursunun, azərbaycançılıq ideologiyasının və dövlətçilik irsinin gənclər arasında təbliği məqsədilə könüllülük dəyərlərinin təşviqinə yönəlmiş silsilə tədbirlər – sənədli film nümayişi, konfrans, sərgi, ziyarətlər, intellektual və idman yarışları, ekskursiyalar və görüşlər təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti qarşı tərəfin dəvəti əsasında #Venesuela Bolivar Respublikasına səfər edib.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Venesuelanın aidiyyəti qurumlarının rəhbər şəxsləri, eləcə də xarici işlər nazirinin müavini Andrea Korao ilə görüşlər keçirilib.
Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modeli haqqında ətraflı təqdimat edilib və ölkəmizin müvafiq təcrübəsinin ixracı istiqamətində Amerika qitəsi də daxil olmaqla 30-dan çox ölkə ilə əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Venesuela tərəfi “ASAN xidmət”in tətbiqində maraqlı olduqlarını və bu istiqamətdə əməkdaşlıq etmək istədiklərini ifadə edib.

“Bilim Quba” mərkəzi - 1 il
14 may 2026-cı il tarixində “Bilim Quba” mərkəzinin fəaliyyətə başlamasının 1 ili tamam olur.
Mərkəz “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”nin “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.
Quba “ASAN Həyat” kompleksində yerləşən mərkəzdə təbiət elmləri laboratoriyası, riyaziyyat laboratoriyası, astronomiya, kosmos və aviasiya laboratoriyası və dizayn laboratoriyası fəaliyyət göstərir. Hər bir laboratoriyada eyni vaxtda 20 nəfər olmaqla, ümumilikdə 80 şagird təlimlərdə iştirak edə bilər.
Ötən müddət ərzində mərkəzdə təşkil olunan müxtəlif istiqamətli tədbirlərdə fərdi olaraq 3000-ə yaxın uşaq, məktəblərdən isə 2000-dən çox şagird iştirak edib. 20-dən çox fərqli layihəyə isə 6000-ə yaxın şagird və valideyn qoşulub.
Ümumilikdə “Bilim Quba” mərkəzinin fəaliyyətlərindən yararlanan şagird sayı 11 300 nəfərdən çoxdur.

👍1