İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
508 videos
405 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
Birləşmiş Millətlər Təşkilatının (#BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (#WUF13) iştirak məqsədilə ölkəmizə səfər edən Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Prezident Agentliyinin və BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin rəhbərləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib.

Həmçinin vurğulanıb ki, BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
Birləşmiş Millətlər Təşkilatının (#BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (#WUF13) iştirak məqsədilə ölkəmizə səfər edən Suriyanın ictimai işlər və mənzil inşaatı naziri , Dəməşq şəhərinin qubernatoru və Ruandanın paytaxtı Kiqali şəhərinin meri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib.

Suriya tərəfi “ASAN xidmət” təcrübəsinin qısa müddət ərzində Suriya Ərəb Respublikasında tətbiqində maraqlı olduğunu və bu istiqamətdə Azərbaycan tərəfinin dəstəyini xahiş edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ötən həftə “Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” İnkubasiya proqramı çərçivəsində görüşlərimiz başa çatdı. 🚀

Bu müddətdə ideyalar müzakirə olundu, komandalar formalaşdı və inkişaf etdi.✨

Görüşlərdən qısa anları videoda izləyə bilərsiniz. ⤵️

#Gələcəküçünbacarıqlar #Startap #İnkubasiya
“Gələcək üçün bacarıqlar” layihəmizin V “TUSİ” İnkubasiya proqramı çərçivəsində “Sahibkarlıq və sənaye tərəfdaşlığı” mövzusunda təlim keçirilib. 💼

👨‍🏫 “Özbahçeci İnvest Club”un İdarə Heyətinin sədri Turan Özbahçeci və klubun CEO-su Doğan Tomris tərəfindən keçirilən təlimdə iştirakçılar:
▪️ sənaye müəssisələri ilə düzgün əlaqələrin qurulması
▪️ effektiv tərəfdaşlıq modellərinin yaradılması
▪️ sahibkarlıq ekosistemində güclü sinerjinin formalaşdırılması istiqamətində praktiki yanaşmaları öyrəniblər.

Bu görüş iştirakçılar üçün maraqlı müzakirələrə, faydalı fikir mübadiləsinə və yeni perspektivlərin formalaşmasına şərait yaratdı. 🚀

#Gələcəküçünbacarıqlar #Startap #İnkubasiya
Birləşmiş Millətlər Təşkilatının (#BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (#WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mavriki Respublikasının Prezidenti Daramber Qoxul “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Mavriki Prezidenti Azərbaycanın “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqində maraqlı olduğunu, əməkdaşlıq sazişinin imzalanmasını və bununla bağlı işlərə başlanmasını təklif edib.
👍1