İnnovasiyalar Mərkəzi
✔
287 subscribers
3.51K photos
507 videos
404 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
ASAN Xidmətin Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kambocanın müvafiq qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində Kamboca Krallığının Poçt və Telekommunikasiya Nazirliyinin ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edib.

Məqsəd “ASAN xidmət” təcrübəsi ilə yerində tanış olmaq və müvafiq təcrübənin Kambocada tətbiqi üzrə konkret fəaliyyətlərin müəyyən edilməsi olub.

Nümayəndə heyəti müxtəlif “ASAN xidmət” mərkəzləri, ASAN Süni İntellekt Mərkəzi (#ASANAIHub) ilə tanış olub. Həmçinin onlar üçün Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən təlimlər keçirilib, təqdimatlar edilib.

Qonaqlar INNOLAND Incubation & Acceleration Center, Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin və ASAN Radionun fəaliyyəti ilə də yaxından tanış olublar.
🏠 İnnovasiya yalnız yenilik yaratmaq deyil.

İnnovativ yanaşma mövcud xidmətlərin daha rahat, əlçatan və səmərəli təşkilinə də imkan yaradır. Su, qaz, işıq və digər kommunal xidmətlərlə bağlı müraciətlərin vahid məkanda həyata keçirilməsi bu
yanaşmanın nümunələrindən biridir.

Bu istiqamətdə fəaliyyətimizlə vətəndaşların kommunal xidmətlərdən daha rahat yararlanmasına töhfə veririk.
Oman Sultanlığının Kiçik və Orta Bizneslərin İnkişafı İdarəsinin sədri Halima Bint Rəşid Al Zarinin rəhbərlik etdiyi nümayəndə heyəti ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə məlumat verib.

Sonra ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qonaqlara təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş təqdimat edib.

Səfər çərçivəsində nümayəndə heyəti INNOLAND Incubation & Acceleration Center, Səyyar ASAN xidmətin və Bilim Azərbyacan mərkəzinin fəaliyyəti ilə də tanış olub
Bizim ekosistemdə ideyalar INNOLAND-də böyüyür.🚀

İdeyadan inkişafa, inkişafdan real dəyərə gedən yolda startaplara bilik, ekspert dəstəyi və əməkdaşlıq imkanları təqdim olunur.

INNOLAND innovativ ideyaların inkişaf etdiyi, startapların böyüdüyü və yeni həllərin formalaşdığı ekosistemin bir hissəsidir.

💡İdeyanızı böyüdün, gələcəyə dəyər qatın.
Media is too big
VIEW IN TELEGRAM
"Ruslanın ən sevdiyi yemək düşbərə idi, onun vəfatından sonra nə bu yeməyi bişirirəm, nə də yeyirəm"

Bu sözləri 44 günlük Vətən müharibəsində şəhid olan Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva ASAN TV-yə müsahibəsində qeyd edib
Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. 🇦🇿