İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.51K photos
507 videos
404 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, tabeliyində olan qurumlarda və “ASAN xidmət” mərkəzlərində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.

Dövlət Agentliyinin kollektivi Bakıda Zəfər parkında şəhidlərimizin əziz xatirəsini yad edib.

Ətraflı: https://www.facebook.com/share/p/1M4yWT7gAF/?mibextid=wwXIfr
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri və tələbələri ilə görüş keçirilib. 🤝

Görüş zamanı universitetlərdə innovasiya ekosisteminin inkişafı, mövcud boşluqlar və onların aradan qaldırılması istiqamətində görülə biləcək işlər müzakirə olunub. Eyni zamanda, V “TUSİ” inkubasiya proqramı çərçivəsində AZMİU tələbələrinin formalaşdırdığı komandaların ideyaları və növbəti inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

#İnnovasiya #GələcəkÜçünBacarıqlar #GÜB #TUSİ #Startap
“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti “Türkiyə Texnologiya Komandası” – T3 Fondunun dəvəti ilə Şanlıurfa şəhərində keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edib.

Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov finala yüksələn və ölkəmizi təmsil edən komandalarla görüşüblər, onların uğurlarını yüksək qiymətləndiriblər və iştirakçıları təbrik ediblər. 41 komandada təmsil olunan gənclərin bu sahədə əldə etdikləri nailiyyətlərin ölkəmizin texnoloji inkişafına mühüm töhfə olduğu diqqətə çatdırılıb.
Fərqli brendlər, vahid ekosistem, ortaq məqsəd.

“İnnovasiyalar Mərkəzi” innovasiya, süni intellekt, təhsil, startap və rəqəmsal inkişaf sahələrində fəaliyyət göstərən brendləri vahid ekosistem ətrafında birləşdirir.

Hər bir brend öz istiqamətində dəyər yaradır, birlikdə isə innovativ və dayanıqlı gələcəyin formalaşmasına töhfə veririk.

📞 Əlaqə: +994 12 444 74 33
📧 E-mail: info@icenter.az
🌐 icenter.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sentyabr ayı ərzində olan fəaliyyətimiz barədə statistik rəqəmləri təqdim edirik. 📊
Müəllimlərin əməyi dünyamızın dayağıdır, bu günümüzü formalaşdırır, sabahımıza işıq salır. 🌟


5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bilik öyrədən, gələcəyə yol göstərən bütün müəllimləri təbrik edirik! 💙
❤2
🚀 V “TUSİ” inkubasiya proqramının təlimlərinə start verildi.

Proqram çərçivəsində ilk təlim “İnvestor təqdimatlarına hazırlıq” mövzusuna həsr olunub. Təlimi Azərbaycanda ilk oyun inkubatoru və oyun tərtibatı mərkəzi olan “Gamepons” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vüsal Kərimli keçirib.

İştirakçılar investor qarşısında təqdimata hazırlıq, layihənin effektiv təqdim edilməsi və investorlarla düzgün ünsiyyət qurulması ilə bağlı praktiki bilik və dəyərli tövsiyələr əldə ediblər.

Növbəti təlimlərdə onları yeni mövzular, praktiki biliklər və yeni imkanlar gözləyir. 💡
Lazım olan məlumatları ayrı-ayrı platformalarda axtarmağa ehtiyac yoxdur.

📌 Cərimə məlumatları və foto/video görüntüləri
📌 Cərimə tarixçəsi
📌 Cərimə balı məlumatları
📌 Texniki baxış məlumatları
📌 Elektron qərarlar
və digər xidmətlər bir ünvanda – «ASAN ödəniş» sistemində. 📲

📲 Bütün bu imkanlardan yararlanmaq üçün «ASAN ödəniş» tətbiqini yükləyin: https://asanpay.az/app
Birləşmiş Millətlər Təşkilatının (#BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Ətraflı: https://www.facebook.com/share/p/1CzyaJFLan/?mibextid=wwXIfr