N A M A Z • Ə H L İ 💚³¹³
8.02K subscribers
2.24K photos
545 videos
8 files
340 links
بِسْــــمِ اللهِ الرَّحْمَٰنِ الرَّحِيمِ.(ərəbcə)

Mərhəmətli Və Rəhimli Allahın Adı İlə

✍🏻Kanalımızda İslam Təbliği üçün Dini postlar paylaşılır 🕋

🇦🇿🤲🏻Qrupumuzun linkini paylaşın: https://t.me/+OeaqnXSMkzk4NjIy
Download Telegram
26 Fevral Xocalı qurbanlarının anım günüdür🥀
😢15
✍ İmam Səccad (ə) buyurur:

“Bir möminin öz mömin qardaşının üzünə məhəbbətlə baxması ibadətdir”
👍13❤3
💠 İMAM SƏCCAD BARƏDƏ QISA MƏLUMAT.


*Ləqəbləri: Zeynül-Abidin,*
*Səccad, Zeynüs-Salihin,* *Varisu elmin-nəbiyyin, Mütəhəccid, Zəkiyy, Əmin,* *Zahid, Abid, Ədl, Bəkka.*
*Künyəsi: Əbu Muhəmməd.*
*Atası: Peyğəmbərin (s) nəvəsi Hüseyn (əleyhissalam).*
*Anası: Yəzdgirdin qızı Şəhrəbanu (Qadınlar şahı).*
*Doğulduğu gün: 4 şəban.*
*Doğulduğu yer: Mədineyi-Münəvvərə.*
*Doğulduğu il: 36-cı hicri ili.*
*Şəhid olduğu gün: 25 Məhərrəm.*
*Şəhid olduğu il: 95-ci hicri ili.*
*Ömrü: 57 il.*
👍6😢2
✍ İmam Səccad (ə) buyurub:

"(Övladın haqqı budur ki) Biləsən, dünyada o səndən olub və sənə bağlıdır. Xeyiri və şəri səninlədir. Ona yaxşı tərbiyə verməkdə və yol göstərməkdə, Allah-təalaya və sənə itaət etməkdə, məsul və öhdədarsan. Bu vəzifəni yerinə yetirdiyin halda, savab qazanarsan. Əgər səhlənkarlıq etsən, əzaba düçar olarsan. Elə isə, onun barəsində yaxşı əməl et ki, dünyada bəhrəsini alasan. Axirətdə, ona yaxşı himayə etdiyinə və nəticə aldığına görə Allah dərgahında üzrün olmasın. Allah tərəfindən başqa heç bir güc və qüvvə yoxdur.
👍7❤3
✍ İmam Əli (ə) buyurur:

Səbr iki növdür: Sənin xoşuna gəlməyən şeylərə səbr etmək və sevdiyin şeylərin müqabilində səbr edib, özünü saxlamaq (məsələn, haram ləzzətlərdən).

📚 Nəhcül-Bəlağə, hikmət 55.
👍8❤3
✍ Zürarə İmam Baqirdən (ə) belə nəql edir:

"Allah-taalanın hökmündə bütün xeyirlər möminə məxsusdur".
❤13👍3
✍ İmam Əli (ə) buyurur:

"Sən axirətindən muğayət ol, dünya özü zəlilcəsinə arxanca gələcək".
❤17👍2
Sevdiynə qovuşan sevdiklərindən ayrı düşən dəyərli,əzəmətli, Allahın mömin bəndəsi Əzizimiz Hacı Şahin Həsənli.

🏴 Alim öldü Aləm öldü .
😢74👍2
_İnsanlarla elə yaşayın ki, siz ölsəniz sizin üçün ağlasınlar, yaşasanız sizinlə yaşamaq istəsinlər_

_İmam Əli (ə)_
😢55❤2
😢36❤12👍2
Övliya necə olur ki???

Deyim siz də bilin.
Günlərin bir günü cibimdə bir qəpik yox, oturub fikirləşirəm ki, görəsən nə edim, necə edim? Birdən votsapıma mesaj gəlir. Baxıram Hacı Şahin yazır :
Salam, Hacı necəsiz?
Şükür, Hacı. Siz necəsiz?
Hacı, sizdə kart var?
Deyirəm həə, var.
Deyir göndər mənə, bir əmanət var sizə çatacaq.
Göndərdim və əmanəti çatdırdı.
Öz-özümə deyirəm bu nə sirdir, İlahi???
Üstündən çox uzun müddət keçir Zirədən bir Qazi qardaşımız mənə zəng vurub təşkil etdiyi Əli süfrəsinə də'vət edir. Tərslikdən yenə cibimdə pul yox, vəziyyət çox gərgin. Dedim əşşi nəyin bahasına olur olsun gedimee, eyibdir. Qazi dəvət edib. Durdum getdim. Çadıra girirəm və görürəm Hacı Şahin oturub yuxarı başda. Görüşdük, söhbətləşdik. Məclis qurtardı çıxdıq bayıra. Qazi dedi gəlin şəkil çəkdirək. (statusdakı şəkil) Çəkdirdik. Sağollaşanda görürəm Hacının əli ilə öz əlimin arasında nəsə var. Deyirəm Hacı bu nədir? Deyir səs eləmə. Görüşərik inşaallah.
Və sonuncu bu yaxınlarda Məşədi Dadaşa getmişəm Cüməyə ( Elçin Ağazadə şahiddir) Elçinlə. Yenə maddi vəziyyət yaxşı deyil. Hava da biraz soyuqdur. Elçin qayıdasan ki, kaş Hacı qısa surələrdən oxuyaydı. Hacı da Kövsər surəsini oxudu. Namaz qurtardı Elçin zarafata deyir ki, bilsəydim hacətim qəbul olacaq 1000 manat istiyərdim Allahdan. Mən də qayıtdım ki, 1000 istəmirəm elə 100 manat olsaydı əla olardl. Namazdan sonra Hacı Atamoğlanı gördük və darvazanın ağzında biraz yubandıq. Bir də gördüm Hacı arxadan tutdu əlimdən. Salmlaşdıq. Görüşəndə yenə əlimdə nəsə hiss elədim. Özü də pulu elə balaca bükürdü ki, heç bilinməsin nəsə verdiyi. Yenə dedim ay Hacı bu nədir? Yenə dedi ki, səs eləmə...
Sağollaşdıq. Gəldim evə. Ona mesaj yazdım. Dedim, Hacı camaat gedib orda-burda övliya axtarır amma gözləri önündə olanı görmürlər, diqqət yetirmirlər. Əksinə gecə-gündüz tə'nələrlə, iynəli sözlərlə artıq-əskik sözlərlə yara vururlar. Dedi : Hacı, elə demə. Nə övliya, nə bir şey. Biz qardaşıq və mən sənin qulluğundayam. Sonuncu da bir neçə gün əvvəl kartımı istədi və əl tutdu mənə...

Mən şəhadət verirəm ki, Hacı Şahin Həsənli içimizdə olan Allah dostudur (idi deməyə dilim gəlmir). Salam olsun sənə ey Allah dostu!
Ruhun şad, məqamın ali olsun!


© Samir Salam
👍27😢14❤8