N A M A Z • Ə H L İ 💚³¹³
8.02K subscribers
2.24K photos
545 videos
8 files
340 links
بِسْــــمِ اللهِ الرَّحْمَٰنِ الرَّحِيمِ.(ərəbcə)

Mərhəmətli Və Rəhimli Allahın Adı İlə

✍🏻Kanalımızda İslam Təbliği üçün Dini postlar paylaşılır 🕋

🇦🇿🤲🏻Qrupumuzun linkini paylaşın: https://t.me/+OeaqnXSMkzk4NjIy
Download Telegram
✨İmam Əli (ə)buyurur:✨

«Allah-taala bəndəyə bir nemət verəndə və bəndə öz qəlbində o nemətin şükrünü edəndə, şükrünü dilinə gətirməmişdən qabaq, həmin nemətin onun üçün artması vacib olur.»

📚Əmali-Tusi,səh. 580, hədis 1197
❤13👍2
👍15❤4👏4
*🚩🚩Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin sevimli qızı Xanım Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı Hüseynin (ə) mübarək mövlud günüdür.*
*Üçüncü mə’sum İmamımız Həzrət Hüseyn (ə) hicrətin dördüncü ili Şə’ban ayının üçü  Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli (ə) və Fatimeyi- Zəhranın (s.ə) ikinci övladı idi.*


*🚩Başda İmam Zaman(ə.f) olmaqla bütün dünya müsəlmanlarını İmam Hüseynin(ə) mübarək mövludu münasibəti ilə təbrik edirik.*
❤5👍2
✍️ Peyğəmbəri Əkrəm (s) buyurub:

«Həqiqətən mö’minlərin qəlbində Hüseynin (ə) gizli bir məhəbbəti vardır.»
❤7👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚩🚩 Həzrəti Fatimə (s) buyurub:

Allahın Rəsulu (s) Hüseynin anadan olduğu gün mənim yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda həzrətə verdim. Allahın Rəsulu (s) sarı parçanı açıb kənara qoydu və ağ parça ilə Hüseyni bükdü. Sonra dedi: «Ey Fatimə, al (bu) uşağı. O, imam və imam övladıdır. Bu, doqquz pak və mə’sum imamların atasıdır, onların doqquzuncusu qaim (Həzrəti Məhdi əleyhis-salam) olacaqdır.»
❤18🥰2👍1
💙 Nüdbə duasından

Atam-anam sənə qurban olsun! Qada-balan mənə gəlsin! Ey Allaha yaxın sərvərlərin oğlu! Ey Allahın əziz tutduğu nəciblərin oğlu! Ey Allahın yönəltdiyi hidayətçilərin oğlu! Ey Allahın saf yaratdığı xeyirxahların oğlu! Ey Allahın ucaltdığı izzətlilərin oğlu! Ey Allahın pak yaratdığı məsumların oğlu! Ey Allahın seçdiyi mərd-mərdanələrin oğlu! Ey Allahın uca tutduğu comərdlərin oğlu! Ey bədrlənib nur saçan ayların oğlu! Ey alovlanan məşəllərin oğlu! Ey işıqlanan çırağların oğlu! Ey parıldayan ulduzların oğlu! Ey aydın yolların oğlu! Ey aşkar nişanələrin oğlu! Ey kamil biliklərin oğlu! Ey məhşur sünnənin oğlu! Ey tanınan nişanələrin oğlu! Ey xəbər verilən əlamətlərin oğlu!

🌺Cümə günün zikri 100 salavatdır.
❤8
İmam Baqir (ə)  hər cümə günü Mədinə yoxsullarına bir dinar sədəqə verib buyurardı:

“Cümə günü sədəqə verməyin fəziləti başqa günlərdə verilən sədəqənin fəzilətindən çoxdur.”

(“Əyanuş-şiə”, c.4, səh.471.)
👍11❤2
🚩 İmam Sadiq (ə) buyurur:

"Həzrət Abbas (ə) təlim görməmiş alimdir. Çünki o, ilahi elmin mənbəyi, Həzrəti Peyğəmbərin Vəlisi Həzrət Əlinin (ə), həmçinin behiş cavanlarının ağaları olan Həsənin (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır."
❤15👍3
⚪✍İmam Hüseyn (ə) buyurur:

"Allaha görə mömin olan heç bir gözə rəva deyil ki, Allaha itaətsizlik edildiyini görsün və göz yumsun, həmin vəziyyəti dəyişməsin."
👍4😢1
✍Sabit ibn Əbu Səfiyyə Əli ibn Hüseyndən (ə) belə nəql edir:

“Allah-taala Abbasa (yəni Əlinin oğluna) rəhmət etsin, çünki o, öz qardaşını özündən tərcih etdi, ona görə imtahan olundu və qardaşına gələn bəlanın qarşısında sipər oldu. Hətta onun iki əli kəsildi. Allah da bunun əvəzinə Cəfər ibn Əbu Talibə əta etdiyi kimi, ona da Cənnətdə mələklərlə birgə uça biləcək iki qanad əta etmişdir. Qiyamət günü Abbasın Allah yanında bütün şəhidlərin qibtə edəcəyi bir məqamı var”
👍5😢2
İmam Əli (ə):

“Sənə əsəbiləşdiyi halda heç bir pislik etməyən adamla dost ol. Çünki əsəb insanın xarakterini üzə çıxarır”.
❤6👍2