N A M A Z • Ə H L İ 💚³¹³
8.02K subscribers
2.24K photos
545 videos
8 files
340 links
بِسْــــمِ اللهِ الرَّحْمَٰنِ الرَّحِيمِ.(ərəbcə)

Mərhəmətli Və Rəhimli Allahın Adı İlə

✍🏻Kanalımızda İslam Təbliği üçün Dini postlar paylaşılır 🕋

🇦🇿🤲🏻Qrupumuzun linkini paylaşın: https://t.me/+OeaqnXSMkzk4NjIy
Download Telegram
✍ İmam Kazim (ə) buyurur:

“Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).”
👍10❤2
😢17👍6👏2
✍Allahın Peyğəmbəri (s)

Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.
❤7👍3
👍14❤3🥰1
🚩🚩 Şübhəsiz, İslamın həqiqi tarixi İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün başlayır. Elə bir gün ki, İslam Peyğəmbəri (s) insanların hidayəti, doğru yola yönəlməsi, təkamül və səadətə yetməsi üçün seçildi və vəhy mələyi Cəbrail-Əminin "İnnəkə Rəsulullah!" (Həqiqətən, sən Allahın Rəsulusan!) - nidası ilə böyük vəzifə və ağır məsuliyyəti öhdəsinə aldı.

🖇 Qeyd edək ki, İslam Peyğəmbərinə (s) iman gətirən və o həzrətin dəvətini qəbul edən ilk qadın Peyğəmbərin (s) həyat yoldaşı Xədicə, ilk kişi isə imam Əli (ə) olur. Məkkədə şərait münasib olmadığı və bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan Peyğəmbər (s) dəvətini məhdud və gizli şəkildə başlayır. Bu müddətdə bir dəstə o həzrətə iman gətirir.
❤12👍4
🚩Məbəs gününün əməlləri:

📌 Məbəs günü aşağıdakı əməlləri etmək tövsiyə olunur:

1. Qüsl vermək.
2. Oruc tutmaq (70 il orucun savabı vardır)
3. Çoxlu salavat demək.
4. 6 ədəd iki rükətli namaz qılınır. Bitirdikdən sonra 4 dəfə Fatihə, Fələq və Nas surələri oxunur, sonra bu dua 4 dəfə deyilir -“La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim, Allahu Allahu Rəbbi la uşriku bihi şəy’a, La uşriku bi Rəbbi əhəda”. Tərcüməsi: (Allahdan başqa bir tanrı yoxdur, Allah ən böyükdür, Allah nöqsansızdır, bütün təriflər Allaha aiddir, əzəmətli və uca Allahdan başqa güc və qüdrət yoxdur. Allahdır, Allahdır rəbbim, Ona heçnəyi şərik bilmirəm.  Rəbbimə heçkəsi şərik bilmirəm).

📌 Qeyd: (Bu əməllər müstəhəbdir və insan gücü çatanları edə bilər, hamisini etmək vacib deyil)
👍10❤5
✍İmam Həsən (ə) buyurub:

"Ağlı olmayanın ədəbi, himməti olmayanın isə mürüvvəti yoxdur".
❤18👍1
✍ Məhəmməd Peyğəmbər (s) buyurub:

Mən yalnız ən üstün əxlaqi dəyərləri tamamlamaq üçün göndərildim.
❤8
👍12👏2😢1
✍ İmam Cavad (ə) buyurub

Nә çох оlаcаq ki, dünyаdа bihudә gülәnlәr ахirәtdә аğlаyаcаq vә nә çох оlаcаq ki, günаhlаrınа görә dünyаdа аğlаyаnlаr ахirәtdә şаdlаnıb-gülәcәklәr.
👍13❤6
✍ İmam Səccad (ə) buyurub:
"Təqva ilə yanaşı olan heç bir əməl az deyildir. Axı Allah qatında qəbul olunan bir əməl necə az ola bilər?".
👍3❤1🤔1
🌹Şaban ayının birinci gününün əməlləri.

Bu günün orucunun böyük fəziləti var. İmam Sadiq (ə) buyurmuşdur: "Şaban ayının birində oruc tutan şəxsə şübhəsiz ki, cənnət vacib olar". Seyid bin Tavus "İqbal" kitabında Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir: "Allah Şaban ayının ilk üç gününü oruc tutan və gecələrini iki rəkət namaz qılan (hər rəkətdə "Həmd" surəsindən sonra 11 dəfə "Tövhid" surəsi oxunur) insanı yer və göy əhlinin, iblis və hər bir zülmkarın şərrindən amanda saxlayar və onun bir çox günahlarını bağışlayar".
👍6❤2
✍ Əziz Peyğəmbərimiz (s) buyurub:

"Şaban mənim ayımdır. Kim mənim ayımda oruc tutsa, Qiyamət günü ona şəfaət edərəm".
❤11👍5