N A M A Z • Ə H L İ 💚³¹³
8.02K subscribers
2.24K photos
545 videos
8 files
340 links
بِسْــــمِ اللهِ الرَّحْمَٰنِ الرَّحِيمِ.(ərəbcə)

Mərhəmətli Və Rəhimli Allahın Adı İlə

✍🏻Kanalımızda İslam Təbliği üçün Dini postlar paylaşılır 🕋

🇦🇿🤲🏻Qrupumuzun linkini paylaşın: https://t.me/+OeaqnXSMkzk4NjIy
Download Telegram
✍ İmam Əli (ə) buyurur:

"Sən axirətindən muğayət ol, dünya özü zəlilcəsinə arxanca gələcək".
❤17👍2
Sevdiynə qovuşan sevdiklərindən ayrı düşən dəyərli,əzəmətli, Allahın mömin bəndəsi Əzizimiz Hacı Şahin Həsənli.

🏴 Alim öldü Aləm öldü .
😢74👍2
_İnsanlarla elə yaşayın ki, siz ölsəniz sizin üçün ağlasınlar, yaşasanız sizinlə yaşamaq istəsinlər_

_İmam Əli (ə)_
😢55❤2
😢36❤12👍2
Övliya necə olur ki???

Deyim siz də bilin.
Günlərin bir günü cibimdə bir qəpik yox, oturub fikirləşirəm ki, görəsən nə edim, necə edim? Birdən votsapıma mesaj gəlir. Baxıram Hacı Şahin yazır :
Salam, Hacı necəsiz?
Şükür, Hacı. Siz necəsiz?
Hacı, sizdə kart var?
Deyirəm həə, var.
Deyir göndər mənə, bir əmanət var sizə çatacaq.
Göndərdim və əmanəti çatdırdı.
Öz-özümə deyirəm bu nə sirdir, İlahi???
Üstündən çox uzun müddət keçir Zirədən bir Qazi qardaşımız mənə zəng vurub təşkil etdiyi Əli süfrəsinə də'vət edir. Tərslikdən yenə cibimdə pul yox, vəziyyət çox gərgin. Dedim əşşi nəyin bahasına olur olsun gedimee, eyibdir. Qazi dəvət edib. Durdum getdim. Çadıra girirəm və görürəm Hacı Şahin oturub yuxarı başda. Görüşdük, söhbətləşdik. Məclis qurtardı çıxdıq bayıra. Qazi dedi gəlin şəkil çəkdirək. (statusdakı şəkil) Çəkdirdik. Sağollaşanda görürəm Hacının əli ilə öz əlimin arasında nəsə var. Deyirəm Hacı bu nədir? Deyir səs eləmə. Görüşərik inşaallah.
Və sonuncu bu yaxınlarda Məşədi Dadaşa getmişəm Cüməyə ( Elçin Ağazadə şahiddir) Elçinlə. Yenə maddi vəziyyət yaxşı deyil. Hava da biraz soyuqdur. Elçin qayıdasan ki, kaş Hacı qısa surələrdən oxuyaydı. Hacı da Kövsər surəsini oxudu. Namaz qurtardı Elçin zarafata deyir ki, bilsəydim hacətim qəbul olacaq 1000 manat istiyərdim Allahdan. Mən də qayıtdım ki, 1000 istəmirəm elə 100 manat olsaydı əla olardl. Namazdan sonra Hacı Atamoğlanı gördük və darvazanın ağzında biraz yubandıq. Bir də gördüm Hacı arxadan tutdu əlimdən. Salmlaşdıq. Görüşəndə yenə əlimdə nəsə hiss elədim. Özü də pulu elə balaca bükürdü ki, heç bilinməsin nəsə verdiyi. Yenə dedim ay Hacı bu nədir? Yenə dedi ki, səs eləmə...
Sağollaşdıq. Gəldim evə. Ona mesaj yazdım. Dedim, Hacı camaat gedib orda-burda övliya axtarır amma gözləri önündə olanı görmürlər, diqqət yetirmirlər. Əksinə gecə-gündüz tə'nələrlə, iynəli sözlərlə artıq-əskik sözlərlə yara vururlar. Dedi : Hacı, elə demə. Nə övliya, nə bir şey. Biz qardaşıq və mən sənin qulluğundayam. Sonuncu da bir neçə gün əvvəl kartımı istədi və əl tutdu mənə...

Mən şəhadət verirəm ki, Hacı Şahin Həsənli içimizdə olan Allah dostudur (idi deməyə dilim gəlmir). Salam olsun sənə ey Allah dostu!
Ruhun şad, məqamın ali olsun!


© Samir Salam
👍27😢14❤8
✍️ Peyğəmbər (s) buyurur:

"Ani ölüm mömin üçün rəhmətdi."

Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız.

Ənbiya surəsi/35.
❤26👍2😢1
✍🏻İslam Peyğəmbəri (s) buyurur:

💎Allah-təala zərrə qədər riya ilə qarışıq olan əməli qəbul etməz.
👍6❤1
👍6❤2😢2👏1
...İmam Əli (ə) öz Rəbbinə and içib belə buyurur:

...“Əlinin Rəbbinə and olsun ki, Höccət mövcud olub yer üzünün yollarında gəzəcək, evlərə, qəsrlərə daxil olacaq, bu yer üzünün şərqi və qərbində dolaşacaq, sözləri eşidəcək, camaata salam verəcək... camaatı görəcək, lakin özü görülməyəcək”. Məgər bu söz Qaimin (ə) barəsində bütün şəkk və şübhəni aradan aparmırmı?.....
👍15❤1
Xanım Zəhra (s) İmam Əliyə (ə) xitabən buyurub: "Ey Əbəl-Həsən, mən sənin gücün çatmayan bir şeyi səndən istəməyə Allahdan həya edirəm".
❤13👍2
💡 *"QURANSIZ və ƏHLİ-BEYTSİZ (ə.s) GÜNÜMÜZ OLMASIN."*

📌 *"Nimeyi-Şəban (15 şəban, yəni Şəbanın ortası) gününün və gecəsinin əməlləri"*

🍂 Uzun da olsa oxuyaq və nə bacarsaq, əməl edək.

✍️ *"Nimeyi-Şəban (“şəbanın ortası”) gecəsi Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həzrət Rəsuləllah (s) buyurub ki, bu gecə (gələn il üçün) ruzi payı və ömür müddəti təyin edilər, qismətlərə Həcc yazılar."*

✍️ Bu gecə əziz İmamımızın (ə.f) mövlud gecəsidir ki, Yer üzünü ədalətə bürüyəcək və hər yeri napak insanlardan pak edəcəkdir. Bu gecənin ilk əməli – qüsldur. Bu gecənin əməllərindən biri də budur ki, insan bu gecə dünya nemətlərinə gözünü bağlasın və belə fərz etsin ki, dünya ilə xudahafizləşir. Bu gecənin başqa əməlləri - müstəhəb namazlardır.

📌 Həmçinin bu gecənin ən mühüm əməli Həzrət Peyğəmbərin (s) hədisinə əməl etməkdir. 

📌 Həzrət (s.a.s) buyurur: *“Nimeyi-Şəban gecəsində yatmışdım və Cəbrayil (ə) gəldi və dedi: “Muhəmməd! Bu gecədə niyə yatmısan?”. Dedim: “Cəbrayil, məgər nə gecədir ki?”. Dedi: “Nimeyi-Şəban gecəsidir. Muhəmməd! Ayağa qalx!” Məni ayağa qaldırıb Bəqiyə apardı. Sonra dedi: “Başını qaldır, bu, o gecədir ki, səmanın qapıları onda açılar. Rəhmət qapıları rizvanda, fəzldə, tövbədə, nemətdə, səxavətdə, ehsanda. Allah qoyun və inəklərin yunları və saçlarının sayı qədər insanları cəhənnəm atəşindən azad edər. Ölüm zamanını onda qeyd edər və bir il müddətində ruziləri bölər. Bir il ərzində baş verənləri yerə endirər."*

🧷 Ya Muhəmməd! (s.a.s) Hər kim bu gecəni “Allahu Əkbər”, “Sübhənallah”, “Lə İlahə İlləllah” deyərək, dua oxuyaraq, namaz qılaraq, Quran oxuyaraq, müstəhəb əməlləri yerinə yetirərək, istiğfar edərək əhya saxlayar - behişt onun mənzil və istirahət yeri olar. Keçmiş və gələcək günahları bağışlanar.
Ona görə də bu gecəni oyaq qal və əhya saxla. Bu gecənin əməllərini ümmətinə göstəriş ver, çünki şərəfli gecədir.
Sənin yanına o halda gəlmişəm ki, səmada olan bütün mələklər ayaqlarını cütləşdiriblər. Bəziləri təsbih deyir, bəziləri rüku, bəziləri səcdə və bəziləri də zikr deyirlər. Bu, elə gecədir ki, dualar yerinə yetər. Hər kim bir şey istəyərsə - ona verilər. Hər kim bu gecənin xeyirindən məhrum olar - böyük xeyirdən məhrum olar.”

✔️ İmam Hüseyni (ə) ziyarət etmək bəyənilir.

✔️ Bu gecə səcdə halında “Kumeyl” duasını oxumaq müstəhəbdir. Bu gecə əməlləri hesaba çəkməyin böyük əcri vardır.

✔️ İmam Zaman ağanın (ə.f) ziyarətnaməsini oxumaq. (Google-da yazsanız gələcək)

📌 *"Nimeyi-Şəbanın gündüzünün əməlləri."*

✍️ Həzrət Məhdinin (ə.f) zühurunun təcilini dua etmək və Həzrəti (ə.f) hər bir halda və hər bir yerdə ziyarət etmək. Xüsusilə də Samirranın sərdabında.

✔️ Bu gecə İmam Hüseyni (ə) ziyarət etməyin ən bərəkətli gecələrindəndir ki, yüz min peyğəmbər (ə) həmin gecədə Həzrəti (ə) ziyarət edərlər. Bu həmin gecənin əzəmətindən xəbər verir. Bu gecəni oyaq qalmaq və əhya saxlamaq çox tövsiyə edilmişdir.

📌 *"Həmin gecənin bəzi əməlləri barədə Sizə məlumat vermək istərdik:"*

1️⃣. *"Qüsl almaq. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar."*

2️⃣ *"Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq."*

3️⃣. "İmam Hüseynin (ə) ziyarəti. *Üstüaçıq* dama çıxııb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə İmam Hüseynə (ə) salam etmək lazımdır:

💬 *"Əssəlamu ələykə, yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh."*

“Salam olsun sənə ey Əba Abdillah. Allahın salamı, rəhməti və bərəkəti olsun sənə”

☝️ *"Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Həzrə İmam Hüseyni (ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar."*

4️⃣.  *"Kumeyl" duasını oxumaq."*

5️⃣. *"Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək:"*,

🧷 «Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».

6️⃣. *"Quran oxumaq. Xüsusi ilə 3 dəfə “Yasin” surəsinin oxunması tövsiyə olunur. Bu əməl gələn il müddətində fəqirlik, bəla və xəstəlikləri dəf edər, ömrü uzadar."*

7️⃣. *"Cəfər Təyyarın namazını qılmaq."*
👍2
💬 *"Bu namaz 4 rükətdir (2 dəfə 2 rəkət). Birinci iki rükətlik namazın 1-ci rükətində “Həmd”dən sonra “Zəlzələ” surəsi, 2-ci rükətində isə “Həmd”dən sonra “Adiyat” surəsi oxunur. İkinci iki rükətlik namazıən 1-ci rükətində “Həmd”dən sonra “Nəsr” surəsi, 2-ci rükətində isə “Həmd”dən sonra “İxlas” surəsi oxunur."*

☝️ *"Hər rükətdə qiraətdən sonra (yəni Həmd-surəni dedikdən sonra və rükuya getməmişdən öncə) 15 dəfə, hər rükuda 10 dəfə, hər dəfə rükudan qalxdıqdan sonra 10 dəfə, hər rükətdə hər iki səcdədə 10 dəfə, hər rükətdə hər iki səcdədən sonra 10 dəfə “təsbihati-ərbəbə” deyilir."*

[Subhanallahi vəl-həmdu lil-lahi və la ilahə illəl-lahu vəl-lahu əkbər]

*“Allah bütün nöqsanlardan pakdır və həmd olsun Allaha və Allahdan başqa məbud yoxdur və Allah ən böyükdür."*

💬 Bayramınız mübarək. Allah bizə İmamımızla (ə.f) birgə *"Nimeyi-Şəban"* keçirməyi nəsib etsin.
👍6