Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
Oktyabrın 13-də Bakının Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yenilənmiş cüdo zalı Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir tatami və məşq prosesinin təşkili üçün zəruri olan digər avadanlıqlarla təchiz edilib. Burada yaradılan şərait liseydə təhsil alan gənc cüdoçuların hazırlıq prosesinin daha müasir tələblərə uyğun qurulmasına imkan verəcək.

Gənclər və idman naziri Fərid Qayıbov zalda yaradılmış şəraitlə tanış olub, şagirdlərlə söhbət edib və məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb.

Tədbir çərçivəsində Bakı-2026 cüdo üzrə dünya çempionatında -60 kq çəki dərəcəsində qızıl medal qazanan Əhməd Yusifova dünya çempionları üçün nəzərdə tutulan qırmızı bel yazısı təqdim olunub. Bel yazısını cüdoçumuza gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, Respublika Olimpiya İdman Liseyində inzibati bina, sinif və yataq otaqları, yeməkxana, eləcə də digər idman zalları da təmirdən sonra istifadəyə verilib.
👍8❤4
17–18 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri keçiriləcək.

Beynəlxalq yarışda Azərbaycanı 11 çəki dərəcəsində 28 cüdoçu (7 qadın, 21 kişi) təmsil edəcək.

Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və məşqçi Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Asiya Açıq Turnirində 7 ölkədən 230 idmançı mübarizə aparacaq.

Azərbaycan millisinin heyətini təqdim edirik:

Qadınlar

-52 kq
Fəridə Mirzəyeva

-57 kq
Gülnarə Bayramova
Ülviyyə Bayramova

-70 kq
Alina Kuqayeva
Südabə Ağayeva

-78 kq
Nərmin Əmirli

+78 kq
Madina Kaisinova

Kişilər

-60 kq
Məhəmməd Rüstəmli
Babərahim Mirzəyev
Murad Əliyev
Fərid Qarayev
Kənan Hüseynov
Amin İsmayılov

-66 kq
Nazir Talıbov
Rəşad Yelkiyev
Zahir Ağazadə
Yaşar Nəcəfov
Kənan İsmayılov

-73 kq
Səlim Sultanov
Kamran Süleymanov
Rüfət Şövlətov
Nəriman Mirzəyev

-90 kq
Xəyyam Əliyev
Əli Qazıməmmədov

-100 kq
Canpolad Əliyev
Elmar Qasımov

+100 kq
Eldar Əliyev
Sübhan Axundov
👍5🙏5
Oktyabrın 23-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək. 📣

🥋 İmtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

📌 Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

🏛️ Abşeron Olimpiya İdman Kompleksi

💳 İmtahana qeydiyyat ödənişlidir. İştirak etmək istəyənlər təmsil etdiyi idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilər.

☎️ Daha ətraflı məlumat üçün: 010-232-98-77
👍4
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri start götürüb. Azərbaycan cüdoçuları ilk yarış günündə 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Nazir Talıbov (-66 kq), Kamran Süleymanov (-73 kq), Fəridə Mirzəyeva (-52 kq) və Ülviyyə Bayramova (-57 kq) finaladək irəliləyərək turnirin gümüş medallarına sahib olublar.

Rəşad Yelkiyev (-66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi -73 kq) və Gülnarə Bayramova (-57 kq) isə bürünc medal qazanıblar.

İki gün davam edən Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.
❤3👍3