Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
🥋 21–22 fevral tarixlərində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək.

✅ Yarışda 93 klub və idman cəmiyyətindən olan 653 cüdoçu (550 oğlan, 103 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

📌 Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.

📍 Məkan: Abşeron Olimpiya İdman Kompleksi
🆓 Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
👍8
Yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri üçün art-terapiya seminarı təşkil olunub. Məşğələnin əsas məqsədi cüdoçuların emosional dayanıqlığını gücləndirmək, stress səviyyəsini azaltmaq və onların psixoloji rifahını dəstəkləməkdir.

Bu təşəbbüs yığmada sağlam psixoloji mühitin formalaşdırılması və uzunmüddətli idman uğurlarının təmin edilməsi istiqamətində atılan vacib addımlardan biridir. Gələcəkdə də yeniyetmə idmançıların psixoloji hazırlığına yönəlmiş oxşar fəaliyyətlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.
👍8