Yeniyetmələrdən ibarət milli komandanın üzvləri Heydər Əliyev Mərkəzi və Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.
Cüdoçular əvvəlcə Heydər Əliyev Mərkəzində olublar. Yığma üzvlərinə mərkəzin memarlıq konsepsiyası, burada təşkil olunan beynəlxalq sərgilər və Azərbaycanın müasir inkişaf mərhələsini əks etdirən ekspozisiyalar barədə ətraflı məlumat verilib.
İdmançılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən bölmələrlə tanış olub, Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti və incəsənətini nümayiş etdirən eksponatlara böyük maraq göstəriblər. Ekskursiya çərçivəsində gənc idmançılar üçün maarifləndirici təqdimat da təşkil olunub.
Daha sonra millinin üzvləri Azərbaycan xalçaçılıq sənətinin incilərini özündə birləşdirən Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər. İdmançılar burada qədim dövrlərdən bu günə qədər uzanan xalçaçılıq ənənələri, müxtəlif bölgələrə aid ornament və kompozisiyalar haqqında məlumatlandırılıblar.
Ziyarətin əsas məqsədi yeniyetmə idmançıların dünyagörüşünün artırılması, onların milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması və Azərbaycan mədəni irsi ilə yaxından tanış edilməsidir.

👍6❤1
🥋 Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 27 fevral – 1 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Böyük Dəbilqə turniri keçiriləcək.
🇦🇿 Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.
👥 Üç gün davam edəcək turnirdə 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.
📌 Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Heyəti təqdim edirik:
Kişilər
-60 kq
Əhməd Yusifov
Balabəy Ağayev
-66 kq
Nizami İmranov
Turan Bayramov
-73 kq
Kamran Süleymanov
Hidayət Heydərov
-81 kq
Ömər Rəcəbli
-90 kq
Murad Fətiyev
-100 kq
Zelim Kotsoyev
Əjdər Bağırov
+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov
Qadınlar
-48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
-52 kq
Aydan Vəliyeva
Leyla Əliyeva
-63 kq
Fidan Əlizadə
-70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
İdmançılarımıza uğurlar arzulayırıq!

👍10❤5🔥2❤🔥1
Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Cüdo Federasiyası (ACF) arasında əməkdaşlıq çərçivəsində cüdo məşqçilərinin səviyyə üzrə sertifikatlarının təqdimetmə mərasimi keçirilib.
Mərasimdə çıxış edən ASA-nın rektoru Fuad Hacıyev ölkədə idman təhsilinin keyfiyyətinin artırılması, məşqçi hazırlığı sisteminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun kadrların yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu federasiya ilə Akademiya arasında səmərəli əməkdaşlığın cüdo idman növünün inkişafına mühüm töhfə verdiyini bildirib, sertifikatlaşdırma prosesinin məşqçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində xüsusi rol oynadığını qeyd edib.
Akademiyanın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva çıxışında ASA və ACF arasındakı bu əməkdaşlıq modelinin həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasına müsbət təsir edəcəyini bildirib.
ASA-nın Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova isə sertifikatlaşma proqramı çərçivəsində həyata keçirilən müxtəlif istiqamətli təlimlərin ümumi icmalını bölüşüb.
Daha sonra cüdo məşqçiləri üçün I və III səviyyələr üzrə, eləcə də “Təlimçi təlimi” proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

👍7❤2