Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
Qəbələ rayonunun Vəndam qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə Qəbələ Rayon Təhsil İdarəsinin müdiri Arifə Bayramova, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, dünya çempionu, ACF İcraiyyə Komitəsinin üzvü Elxan Məmmədov, "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov və yerli sakinlər iştirak ediblər.

ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunmuş zalın ümumi ölçüsü 150 kvadratmetrdir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 150 idmançı cüdo ilə məşğul ola biləcək.

Qeyd edək ki, 2022–2026-cı illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 195 idman zalına ümumilikdə 14 min tatami paylanılıb.
👍14❤3
Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışı start götürüb.

Hazırlıq prosesinə 19 cüdoçumuz (12 kişi, 7 qadın) qatılıb. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif başçılıq edir.

13 ölkənin iştirak etdiyi təlim düşərgəsi martın 6-da başa çatacaq.
👍7❤1
5–6 mart tarixlərində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək. 📣

🥋 İmtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

📌 Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

🏛️ Abşeron Olimpiya İdman Kompleksi

💳 İmtahana qeydiyyat ödənişlidir. İştirak etmək istəyənlər təmsil etdiyi idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilər.

☎️ Daha ətraflı məlumat üçün: 010-232-98-77
👍4❤2
🥋 Martın 6-da cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçiriləcək.

Turnirdə 51 klub və idman cəmiyyətini təmsil edən 301 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. ✅

Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.

🏛️ Abşeron Olimpiya İdman Kompleksi
🆓 Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Gəlin, idmançılarımıza birgə dəstək olaq! 💪
👍8❤1
🥋 Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 6–8 mart tarixlərində Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

🇦🇿 Azərbaycan yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.

👥 Dünya Cüdo Turuna daxil olan turnirdə 62 ölkədən 509 idmançı iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq
Murad Muradlı

-66 kq
Ruslan Paşayev
İslam Rəhimov

-81 kq
Ömər Rəcəbli
Vüsal Qələndərzadə

+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri

İdmançılarımıza uğurlar arzulayırıq!
👍11❤5
🥋 7–8 mart tarixlərində cüdo üzrə U-17 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək.

Turnirdə 67 klub və idman cəmiyyətindən olan 351 idmançı (297 oğlan, 54 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. ✅

✨ "İstedadların seçimi" turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.

📌 Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.

📍 Məkan: Abşeron Olimpiya İdman Kompleksi
🆓 Yarışları izləmək üçün arenaya giriş sərbəstdir
👍7
Kim sevirsə idmanı,
bir, iki, üç, dörd 💪

İdmanı sevmək lazımdır, çünki bizə daha iradəli, daha hərəkətli və daha sağlam olmağa kömək edir. 🔥

5 Mart Bədən Tərbiyəsi və İdman Günündə idmanı həyat tərzinə çevirən hər kəsi təbrik edirik🥋 🇦🇿

📞 8558
🌐 judo.az
#JudoAzerbaijan #Cüdo #ÖzünüKəşfEt
👍9🥰2❤1
🥋 7–8 mart tarixlərində Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

🇦🇿 Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 10 çəki dərəcəsində 22 cüdoçu (3 oğlan, 19 qız) ilə təmsil olunacaq. Milli komandamıza yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

📌 Turnirdə 22 ölkədən 578 idmançı (342 oğlan, 243 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.

Heyəti təqdim edirik:

Oğlanlar

-50 kq
Fərid Rzazadə
Ülvi Cəlilzadə

-81 kq
Mehdi Məhəmmədəli

Qızlar

-40 kq
Sunay Salamova
Zəhra Quliyeva

-44 kq
Nigar Heydərzadə
Pərvin Sevxanlı
Fatimə Abdullayeva
Ayan Həsənli

-48 kq
Könül Eyvazlı
Fatimə Fərmanzadə

-52 kq
Tövsiyyə Babayeva
Məleykə Mürsəliyeva

-57 kq
Səma Vəlizadə
Yağmur Əhmədzadə
Səmayə Yusifli

-63 kq
Zilan Hüseynli
Pəri Məmmədli
Türkan Məmmədli

-70 kq
Məsumə Məmmədli
Rəna Əhmədova

+70 kq
Zemfira Əliyeva

İdmançılarımıza uğurlar arzulayırıq!
👍9❤3🔥2
🥋 Martın 5-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

İmtahanda 425 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bilik və bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub. 📜

📌 Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyasının yüksəlməsinə xidmət edir. Kəmər dərəcəsi idmançının hazırlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi tanınması baxımından mühüm göstəricidir, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruri şərtlərdən biridir.
👍9❤1