Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
Qaradağ rayonunun Sahil qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən açılış tədbirində Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunan zalın ümumi sahəsi 100 kvadratmetrdir. Zalda həmçinin məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Yeni zalda 100 idmançının cüdo ilə məşğul olması üçün şərait yaradılıb.

Qeyd edək ki, 2022–2026-cı illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Zaqatalanın Mosul kəndi və Qəbələnin Vəndam qəsəbəsində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 198 idman zalına ümumilikdə 14180 tatami paylanılıb.
👍10👏3
🥋 Bu gün Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək. İlk yarış günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq.

Kişilər

-60 kq, 1/8 final
🇦🇿 Murad Muradlı – Maksim Taran 🇩🇪

-66 kq, 1/16 final
🇦🇿 Ruslan Paşayev – Eran Fiks 🇮🇱 / Yusuf Nurkoviç 🇲🇪 cütünün qalibi ilə

🇦🇿 İslam Rəhimov – Andreas Prokop 🇦🇹 / Alessio De Luka 🇮🇹 cütünün qalibi ilə

⏰ Təsnifat mərhələsi – 12:00-dan etibarən “JudoTV”də
⏰ Final bloku – 20:00-dan etibarən “CBC Sport”da

İdmançılarımıza uğurlar arzulayırıq! ✊
👍9
🥋 Bu gün Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışnın I turu keçiriləcək.

Turnirdə 49 klub və idman cəmiyyətini təmsil edən 223 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. ✅

📺 Kişilər arasında Liqa yarışının I turu Azərbaycan Cüdo Federsaiyasının "YouTube" kanalından canlı yayımlanacaq.

Tatami 1: https://www.youtube.com/watch?v=N6h8eUMm-aQ&pp=0gcJCa4KAYcqIYzv

Tatami 2: https://www.youtube.com/watch?v=OC0uvRUaOn4

Tatami 3: https://www.youtube.com/watch?v=3r1kv_SWe3U
👍8
🥋 Yuxarı Avstriya Qran-Prisini "CBC Sport"dan canlı izləyə bilərsiniz.

🔗 https://www.youtube.com/watch?v=58LqG4j3VNk
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yuxarı Avstriya Qran-Prisində bu gün tatamiyə çıxacaq cüdoçularımız isinmədə ⚡️🥋
👍8❤2
Gözoxşayan ippon, 👈🏻inamlı başlanğıc! 🔥

Mehdi Abbasov kişilər arasında Liqa yarışının I turuna uğurlu start verir. ⚡🥋
👍5
🏆 Yuxarı Avstriya Qran-Prisi

🇦🇿 Murad Muradlı (-60 kq) ilk qarşılaşmada Almaniya idmançısı Maksim Taranı mübarizədən kənarlaşdırdı. Cüdoçumuzun növbəti rəqibi Çanad Fetsko (Macarıstan) olacaq.
👍8