Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
🥋 Martın 6-da Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib.

▫️ Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan imtahanda 286 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

📌 Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyasının yüksəlməsinə xidmət edir. Kəmər dərəcəsi idmançının hazırlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi tanınması baxımından mühüm göstəricidir, həmçinin nüfuzlu daxili yarışlarda iştirak üçün zəruri şərtlərdən biridir.
👍8
Linzdə Ruslan Paşayevin qələbə fotolenti 📸

🇦🇿 Cüdoçumuz 2026-ci ildə medal kolleksiyanı zənginləşdirməyə davam edir:

Paris Böyük Dəbilqəsi 🥉
Yuxarı Avstriya Qran-Prisi 🥇
👏9❤4👍2
🥋 Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ikinci günündə 2 idmançımız tatamiyə çıxacaq.

Kişilər

-81 kq, 1/32 final
🇦🇿 Vüsal Qələndərzadə – Takahiro Yamaşina 🇯🇵

-81 kq, 1/16 final
🇦🇿 Ömər Rəcəbli – Yohan Silot 🇺🇸 / Benedek Tot 🇭🇺 cütünün qalibi ilə

⏰ Təsnifat mərhələsi – 12:30-dan etibarən “JudoTV”də
⏰ Final bloku – 20:00-dan etibarən “CBC Sport”da

Cüdoçularımıza uğurlar arzulayırıq! ✊
👍9👏5❤1❤‍🔥1
Bu gün cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların seçimi” yarışının II turu start götürəcək.

Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək turniri Azərbaycan Cüdo Federasiyasının rəsmi "YouTube" kanalında canlı yayımlanacaq.

Tatami 1: https://www.youtube.com/watch?v=TrVWZp4csEU

Tatami 2: https://www.youtube.com/watch?v=qlxbYmOyZ1E

Tatami 3: https://www.youtube.com/watch?v=6ABgdYZjIg0

Yarış barədə ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

🔗 https://portal.judomanager.com/competition/u_17_yeniyetm_q_z_v_oglanlar_aras_nda_istedadlar_n_secimi_2_ci_tur2026
👍6