Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri start götürüb. Azərbaycan cüdoçuları ilk yarış günündə 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Nazir Talıbov (-66 kq), Kamran Süleymanov (-73 kq), Fəridə Mirzəyeva (-52 kq) və Ülviyyə Bayramova (-57 kq) finaladək irəliləyərək turnirin gümüş medallarına sahib olublar.

Rəşad Yelkiyev (-66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi -73 kq) və Gülnarə Bayramova (-57 kq) isə bürünc medal qazanıblar.

İki gün davam edən Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.
👍7❤4
🇦🇿 18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür!

Müstəqilliyimiz və birliyimiz əbədi olsun! ✊
👍6❤2
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb.

Yarışın ikinci günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Südabə Ağayeva (-70 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Madina Kaisinova (+78 kq) turniri gümüş medalla başa vurub.

Canpolad Əliyev və Elmar Qasımov (hər ikisi -100 kq), Sübhan Axundov (+100 kq) və Alina Kuqayeva (-70 kq) isə bürünc medala yiyələniblər.

Xatırladaq ki, yarışın ilk günündə Nazir Talıbov (-66 kq), Kamran Süleymanov (-73 kq), Fəridə Mirzəyeva (-52 kq) və Ülviyyə Bayramova (-57 kq) gümüş, Rəşad Yelkiyev (-66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi -73 kq) və Gülnarə Bayramova (-57 kq) isə bürünc medal əldə etmişdilər.

Beləliklə, Azərbaycan cüdoçuları iki gün davam edən Asiya Açıq Turnirini 1 qızıl, 5 gümüş və 8 bürünc olmaqla ümumilikdə 14 medalla tamamlayıblar.
👍5❤2