Azərbaycan Cüdo Federasiyası
✔
3.58K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
U-17 yeniyetmələr arasında “İstedadların seçimi” yarışında I turun son günü — gərginlik yüksək, mübarizə əzmi pikdədir. 📸⚡
👍7
🥋 Fevralın 8-də cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin I turu başa çatıb.

📍Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə 7 çəkidə 135 cüdoçu tatamiyə çıxıb. Qızlar -44 kq, -52 kq, -63 kq; oğlanlar isə -55 kq, -66 kq, -81 kq və +90 kq çəki dərəcələrində mübarizə aparıb.

✅ Turnirdə 71 klub və idman cəmiyyətindən 285 idmançı (244 oğlan, 41 qız) iştirak edib.

📌 “İstedadların seçimi” yarışının keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.

🏅 Mükafatçıları təqdim edirik:

Qızlar

-44 kq
1. Ayşən Hüseynzadə (Qara Bəbir Sumqayıt)
2. Lətifə Alıyeva (Ordu İdman Klubu)
3. Fidan İbrahimli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

-52 kq
1. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Gülnarə Qasımova (Şahin 313 İK)
3. İlahə Xəlilova (RKİM)
3. Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)

-63 kq
1. Zilan Hüseynli (Şağan OİK)
2. Nəzrin Məmmədova (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Nərmin Sadulova (Sərhədçi İM)

Oğlanlar

-55 kq
1. Fərid Xudiyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Ülvi Əlizadə (Sumqayıt şəhəri İOEUGİM)
3. Vaqif Məcidov (Günəşli İK)
3. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

-66 kq
1. Hüseyn Şıxəliyev (Sərhədçi İM)
2. Dünyamalı Asdanlı (Judo Club 2020 İK)
3. İbrahim Cəfərov (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

-81 kq
1. Ayxan Həsənli (Neftçi İK)
2. Ömər Atayev (Judo Club 2012)
3. Ömər Hacıyev (Atilla İK)
3. Şahbaba Cəbrayılov (AHİTA)

+90 kq
1. Ruslan Kazımov (Gəncə şəhəri 1 nömrəi UGİŞM)
2. İdris Xanbalayev (Ordu İdman Klubu)
3. Zakir Tağızadə (Neftçi İK)
3. Əlihüseyn Abdullayev (Şağan OİK)
❤7👍4
🏆 Paris Böyük Dəbilqəsi

🇦🇿 Zelim Tçkayev (-81 kq) finalda!

İdmançımız qızıl xal bölümündə Qazaxıstan təmsilçisini yuko ilə məğlub edərək həlledici görüşdə iştirak hüququ qazandı.
👍18❤4