Azərbaycan Cüdo Federasiyası
✔
3.58K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
Fransanın paytaxtı Parisdə beynəlxalq təlim-məşq toplanışı başlayıb.

Hazırlıq prosesinə 23 cüdoçumuz (16 kişi, 7 qadın) qatılıb. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov ilə Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edir.

Qeyd edək ki, təlim düşərgəsi fevralın 12-də başa çatacaq.
👍7👏3
🗓️ 14–15 fevral tarixlərində cüdo üzrə U-16 yeniyetmələr arasında “İstedadların seçimi” yarışının I turu keçiriləcək.

🥋 Turnirdə 73 klub və idman cəmiyyətindən 358 idmançı (302 oğlan, 56 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.

⚡ “İstedadların seçimi” yarışının keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.

📌 Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.

📍 Məkan: Abşeron Olimpiya İdman Kompleksi
🔖 Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
❤10👍5👏3
Yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Orxan Səfərov "İstedadların seçimi" yarışı barədə təəssüratlarını bizimlə bölüşüb. 🥋🎙️ Buradan İzlə👈
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍16👏1
Namusunu hifz etməyə, bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır. 🇦🇿✊ Buradan izlə 👈
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8👏2❤1
🗓️ 14–15 fevral tarixlərində Sloveniyanın paytaxtı Lyublyanada cüdo üzrə Avropa Açıq Turniri keçiriləcək.

🥋 Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək. İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

👥 Beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq.

📌 Qeyd edək ki, turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə ədalət təmsilçiləri arasında yer alacaq.

Heyəti təqdim edirik:

Qadınlar

-48 kq
Şəfəq Həmidova

-52 kq
Aydan Vəliyeva
Leyla Əliyeva
Könül Əliyeva

-57 kq
Fidan Əlizadə

-70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova

İdmançılarımıza uğurlar arzulayırıq!
👍8❤2
Cüdoya başlamaq faydalıdır! 🥋

Qızlar üçün cüdo təhlükəsizdir, özünəinam yaradır, güclü xarakter
formalaşdırır, sağlam gələcəyin əsasını qoyur ✅

Sən də vaxt itirmədən, cüdoya başla, özünü kəşf et! ✌️

📞 8558
🌐 judo.az
#JudoAzerbaijan #Cüdo #ÖzünüKəşfEt
👍11
Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək 📣

🗓️ 9–13 mart tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.

🥋 Seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır.

📌 Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir.

⏰ Qeydiyyat üçün son tarix: 5 mart
📍 Məkan: Milli komandaların Təlim-Məşq Mərkəzi
🏛️ Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 128

💳 İmtahan ödənişlidir.
📞 Ətraflı məlumat üçün: +994 10 236 29 39
👏7👍3
Bu yarış böyük bir yolun başlanğıcıdır… 🌟

Yeniyetmə qızlardan ibarət milli komandanın məşqçisi Tərlan Kərimov “İstedadların seçimi” turnirindən milliyə qədər uzanan prosesdən və valideynlər üçün vacib tövsiyələrdən bəhs edib. 🎙️🥋 Buradan izlə
👍16❤2
Fevralın 16-da böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək. 📣

🥋 Yarışda 38 klub və idman cəmiyyətini təmsil edən 242 cüdoçu (211 kişi, 31 qadın) 12 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

📌 Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.

📍 Məkan: Abşeron Olimpiya İdman Kompleksi
🆓 Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
👍6👏1