Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
🥋Fevralın 16-da böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçirilib.

🆚 Abşeron Olimpiya İdman Kompleksi baş tutan yarışda 33 klub və idman cəmiyyətini təmsil edən 157 cüdoçu (137 kişi, 20 qadın) 11 dəst medal uğrunda mübarizə aparıb.

📌 Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.

🏅 Mükafatçıları təqdim edirik:

Qadınlar

-48 kq
1. Nərgiz Əhmədova (Champion 74)
2. Xumar Qasımzadə (Judo Club 2012)
3. Nuray Quluyeva (Abşeron Olimp İK)
3. Gövhər Hüseynova (Judo Club 2012)

-52 kq
1. Leyla Əliyeva (Judo Club 2012)
2. Xədicə Namazlı (Neftçi İK)
3. Gülay Haqverdiyeva (Neftçi İK)

-57 kq
1. Şəfiqə Əhmədova (Neftçi İK)
2. Sonaxanım Rzayeva (Judo Club 2012)

-63 kq
1. Aydan Bağırlı (Azəri-Cüdo İKİB)
2. Elmira Mustafayeva (DİN İC)
3. Lalə Pənahova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

Kişilər

-60 kq
1. Murad Əliyev (Ordu İdman Klubu)
2. Yusif Hüseynov (RKİM)
3. Sahib Babayev (RKİM)
3. Sadiq Qurbanov (Naftalan UGİM)

-66 kq
1. Elşən Əsədov (Atilla İK)
2. Nihad Rəhimov (RKİM)
3. Zeyd Ələsgərov (Sərhədçi İM)
3. Nicat Süleymanlı (RKİM)

-73 kq
1. Musaxan Gülməmmədov (Judo Club 2012)
2. Kənan Məmmədli (RKİM)
3. Elton İmranov (FHN İSK)
3. Fəqan Məmmədli (Judo Club 2012)

-81 kq
1. Asim Qulamzadə (Aydın Gənclər İK)
2. Kənan Məmmədli (Judo Club 2012)
3. İslam Abbasov (Judo Club 2012)
3. Cahandar Haqverdiyev (Atilla İK)

-90 kq
1. Rəsul Quliyev (Azəri-Cüdo İKİB)
2. Xəyyam Əliyev (Azəri-Cüdo İKİB)
3. Muhamməd İsmayılov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Tunar Abdullayev (Azəri-Cüdo İKİB)

-100 kq
1. Nihad Şıxəlizadə (FHN İSK)
2. Elşən Fərzəliyev (Jud Club 2012)
3. Elşən Nəbiyev (Aydın Gənclər İK)

+100 kq
1. Camal Feyziyev (Sərhədçi İM)
2. Murad Hüseynquliyev (AHİTA)
👍8❤1
Yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri üçün sağlam qidalanma və performans mövzusunda maarifləndirici seminar keçirilib.

Seminar Azərbaycan Cüdo Federasiyasının tədris proqramı çərçivəsində təşkil olunub və gənc cüdoçuların idman inkişafında düzgün qidalanmanın roluna həsr edilib. Təlim zamanı yeniyetmə yaş dövründə qidalanmanın niyə kritik olduğu, enerji səviyyəsi, diqqət və bərpa proseslərinə təsiri, karbohidratların düzgün istifadəsi, hidratasiya və bərpa pəncərəsinin əhəmiyyəti sadə və praktik nümunələrlə izah edilib.

Beynəlxalq turnir təcrübələrindən real nümunələr təqdim olunaraq, səhv qidalanma və plansız çəki salmanın performansa mənfi təsirləri vurğulanıb.
👍9👏2
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbov bu il U-14 və U-17 Liqa yarışları üçün ilk dəfə tətbiq ediləcək cüdo texnikaları imtahanı barədə ətraflı məlumat verir. 🎙️🥋
👍10❤2👏1
Cüdo texnikaları imtahanı keçiriləcək 📣

🥋 19–22 fevral tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo texnikaları imtahanı keçiriləcək.

👥 İmtahanda U-14 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə bilərlər.

📌 Qrafik:
🗓️ 19–20 fevral: Bakı və Abşeron–Xızı regionları
🗓️ 21–22 fevral: yalnız region klubları

✅ Vacib qeydlər:
- İmtahanda iştirak könüllüdür;
- İmtahan xalının hesablanması üçün idmançı yarışda və ya rəsmi çəkidə mütləq iştirak etməlidir;
- Rəsmi çəki limitini 5%-dən çox aşaraq kəsilən idmançının imtahan xalı nəzərə alınmayacaq;
- Yarış nəticəsinə görə verilən xalların 70%-i, imtahanda toplanan xalların isə 30%-i ümumi balda nəzərə alınacaq.

📍 Məkan: Abşeron Olimpiya İdman Kompleksi
👍5
🥋 21–22 fevral tarixlərində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək.

✅ Yarışda 93 klub və idman cəmiyyətindən olan 653 cüdoçu (550 oğlan, 103 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

📌 Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.

📍 Məkan: Abşeron Olimpiya İdman Kompleksi
🆓 Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
👍8
Yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri üçün art-terapiya seminarı təşkil olunub. Məşğələnin əsas məqsədi cüdoçuların emosional dayanıqlığını gücləndirmək, stress səviyyəsini azaltmaq və onların psixoloji rifahını dəstəkləməkdir.

Bu təşəbbüs yığmada sağlam psixoloji mühitin formalaşdırılması və uzunmüddətli idman uğurlarının təmin edilməsi istiqamətində atılan vacib addımlardan biridir. Gələcəkdə də yeniyetmə idmançıların psixoloji hazırlığına yönəlmiş oxşar fəaliyyətlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.
👍8