Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
Milli komandaların baş həkimi Ramil Vəliyevin təqdimatında məşqçilər üçün kəllə-beyin travmalarının profilaktikası mövzusunda maarifləndirici seminar təşkil olunub. Seminarın əsas məqsədi idman mühitində baş verə biləcək travmaların qarşısının alınması, erkən əlamətlərin tanınması və düzgün ilkin müdaxilə mexanizmlərinin məşqçilərə çatdırılması olub.

Tədbir zamanı iştirakçılara kəllə-beyin travmalarının yaranma səbəbləri, risk faktorları və onların uzunmüddətli təsirləri barədə ətraflı məlumat verilib. Xüsusilə vurğulanıb ki, idman zamanı baş nahiyəsinə zərbə hallarında ilkin simptomların vaxtında müəyyən edilməsi və idmançının dərhal tibbi qiymətləndirilməsi həyati əhəmiyyət daşıyır.

Bu təşəbbüs milli komandalarda sağlamlıq və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərin tərkib hissəsidir. Gələcəkdə də məşqçilər və idman mütəxəssisləri üçün bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsi planlaşdırılır.
👍7
Cüdo texnikaları imtahanı start götürüb. 🥋

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən imtahanda bu gün 60 cüdoçu iştirak edib. U-14 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmələr baza hərəkətlərini, eləcə də ağ-sarı, sarı və narıncı kəmər dərəcələri üzrə texnikaları nümayiş etdiriblər. İmtahan zamanı hər biletdə 10 sual təqdim olunub və hər sual maksimum 10 xalla qiymətləndirilib.

Qeyd edək ki, idmançının yarışda topladığı xalın 70%-i, imtahan göstəricisinin isə 30%-i toplanaraq ümumi balını formalaşdırır. Bu yanaşma yeniyetmə cüdoçuların həm texniki hazırlığını, həm də rəqabət səviyyəsini paralel şəkildə inkişaf etdirməyə xidmət edir.
👍6