Cüdo texnikaları imtahanı start götürüb. 🥋
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən imtahanda bu gün 60 cüdoçu iştirak edib. U-14 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmələr baza hərəkətlərini, eləcə də ağ-sarı, sarı və narıncı kəmər dərəcələri üzrə texnikaları nümayiş etdiriblər. İmtahan zamanı hər biletdə 10 sual təqdim olunub və hər sual maksimum 10 xalla qiymətləndirilib.
Qeyd edək ki, idmançının yarışda topladığı xalın 70%-i, imtahan göstəricisinin isə 30%-i toplanaraq ümumi balını formalaşdırır. Bu yanaşma yeniyetmə cüdoçuların həm texniki hazırlığını, həm də rəqabət səviyyəsini paralel şəkildə inkişaf etdirməyə xidmət edir.

👍6
Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti nəzəri seminar keçirilib.
Seminar ACF prezidentinin müşaviri Natiq Bağırov, ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və Hakimlər Komitəsinin üzvü Abbas Şahverdiyevin rəhbərliyi ilə təşkil olunub.
Tədbirdə bu il yenilənmiş Beynəlxalq Cüdo Federasiyasının “İdman və təşkilatçılıq qaydaları” (SOR) kitabı üzrə müddəalar təkrar edilib, qaydalar ətrafında geniş müzakirələr aparılıb.

👍5