Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Cüdo Federasiyası (ACF) arasında əməkdaşlıq çərçivəsində cüdo məşqçilərinin səviyyə üzrə sertifikatlarının təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən ASA-nın rektoru Fuad Hacıyev ölkədə idman təhsilinin keyfiyyətinin artırılması, məşqçi hazırlığı sisteminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun kadrların yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu federasiya ilə Akademiya arasında səmərəli əməkdaşlığın cüdo idman növünün inkişafına mühüm töhfə verdiyini bildirib, sertifikatlaşdırma prosesinin məşqçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində xüsusi rol oynadığını qeyd edib.

Akademiyanın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva çıxışında ASA və ACF arasındakı bu əməkdaşlıq modelinin həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasına müsbət təsir edəcəyini bildirib.

ASA-nın Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova isə sertifikatlaşma proqramı çərçivəsində həyata keçirilən müxtəlif istiqamətli təlimlərin ümumi icmalını bölüşüb.

Daha sonra cüdo məşqçiləri üçün I və III səviyyələr üzrə, eləcə də “Təlimçi təlimi” proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
👍7❤2
Beynəlxalq Cüdo Federasiyasının (BCF) təhsil direktoru, BCF Akademiyasının idman direktoru Daniel Laskaunun təqdimatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri üçün seminar təşkil olunub.

Məşğələnin əsas məqsədi hakimlərin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, beynəlxalq qaydalardakı son yeniliklərin izahı və yarışların idarə olunmasında vahid yanaşmanın təmin edilməsi olub. Tədbir çərçivəsində , qiymətləndirmə meyarları, video-təkrar (VAR) sisteminin tətbiqi və mübahisəli epizodların düzgün şərhi ətrafında geniş müzakirələr aparılıb.

Daniel Laskau çıxışında beynəlxalq turnirlərdə hakimliyin keyfiyyətinin artırılmasının vacibliyini vurğulayaraq bildirib ki, milli federasiyalarda təşkil olunan bu cür maarifləndirici seminarlar hakimlərin peşəkar inkişafında mühüm rol oynayır. O, interaktiv təqdimatlar və praktiki nümunələr vasitəsilə iştirakçıların suallarını cavablandırıb, real yarış situasiyaları üzərində təhlillər aparıb.

Seminarda respublika dərəcəli və beynəlxalq kateqoriyalı hakimlər iştirak ediblər. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
👍6
🥋 28 fevral – 1 mart tarixlərində İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

🇦🇿 Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 3 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

📌 Milli komandamıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

✅ Turnirdə 23 ölkədən 532 idmançı mübarizə aparacaq.

Heyəti təqdim edirik:

Qızlar

-52 kq
Çinarə Sadıqova
Fəridə Mirzəyeva
Aysun Məmmədova
Nuranə Hacızadə

-57 kq
Vüsalə Hacıyeva

-63 kq
Nilgün Rzayeva
🔥4❤2👍2
Xocalı soyqırımının 34-cü ildönümündə faciə qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
❤4
Fevralın 26-da Özbəkistanın paytaxtı Daşkənddə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 12 çəki dərəcəsində 18 cüdoçu ilə (12 kişi, 6 qadın) təmsil olunacaq. Turnirdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq.

Sabah start götürəcək Daşkənd Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 09:30-dan etibarən "Judo TV"də, final bloku isə saat 16:00-dan "CBC Sport"un “YouTube” kanalında canlı yayımlanacaq.

Kişilər

-60 kq, 1/16 final
Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)
Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)

-66 kq, 1/16 final
Nizami İmranov – Minhao Canq (Çin)
Turan Bayramov – Matan Kokolayev (İsrail)

-73 kq, 1/32 final
Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)
-73 kq, 1/16 final
Hidayət Heydərov – Arun Kumar (Hindistan)

-81 kq, 1/16 final
Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya)

-90 kq, 1/16 final
Murad Fətiyev – Vlad Vişan (Rumıniya)

-100 kq, 1/16 final
Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)
-100 kq, 1/8 final
Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi ilə

+100 kq, 1/8 final
Camal Qamzatxanov – Ritik Kumar (Hindistan)
Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan) cütünün qalibi ilə

Qadınlar

-48 kq, 1/16 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)
Şəfəq Həmidova – Venna Cuanq (Çin)

-52 kq, 1/16 final
Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)

-63 kq, 1/16 final
Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan)

-70 kq, 1/16 final
Südabə Ağayeva – Kamila Badurova (Rusiya)

+78 kq, 1/16 final
Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan)
👍7❤2🙏1