İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçirilib.
Yığmamız beynəlxalq yarışı bir medalla başa vurub. -57 kq çəki dərəcəsində çıxış edən Vüsalə Hacıyeva gümüş medal qazanıb.
Qeyd edək ki, yarışda ölkəmiz 6 cüdoçu ilə təmsil olunub.

👍11🔥2❤1❤🔥1👏1
Qəbələ rayonunun Vəndam qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə Qəbələ Rayon Təhsil İdarəsinin müdiri Arifə Bayramova, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, dünya çempionu, ACF İcraiyyə Komitəsinin üzvü Elxan Məmmədov, "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov və yerli sakinlər iştirak ediblər.
ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunmuş zalın ümumi ölçüsü 150 kvadratmetrdir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 150 idmançı cüdo ilə məşğul ola biləcək.
Qeyd edək ki, 2022–2026-cı illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 195 idman zalına ümumilikdə 14 min tatami paylanılıb.

👍14❤3
Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışı start götürüb.
Hazırlıq prosesinə 19 cüdoçumuz (12 kişi, 7 qadın) qatılıb. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif başçılıq edir.
13 ölkənin iştirak etdiyi təlim düşərgəsi martın 6-da başa çatacaq.

👍7❤1