Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
Martın 5-də Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 59 ölkədən 479 idmançı mübarizə aparacaq.

Sabah start götürəcək Avstriya Qran-Prisinin təsnifat mərhələsi saat 12:00-dan etibarən "Judo TV"də, final bloku isə saat 20:00-dan "CBC Sport" telekanalında canlı yayımlanacaq. Yarış martın 8-də başa çatacaq.

Kişilər

-60 kq, 1/8 final
Murad Muradlı – Maksim Taran (Almaniya)

-66 kq, 1/16 final
Ruslan Paşayev – Eran Fiks (İsrail) / Yusuf Nurkoviç (Monteneqro) cütünün qalibi ilə
İslam Rəhimov – Andreas Prokop (Avstriya) / Alessio De Luka (İtaliya) cütünün qalibi ilə

-81 kq, 1/32 final
Vüsal Qələndərzadə – Takahiro Yamaşina (Yaponiya)
-81 kq, 1/16 final
Ömər Rəcəbli – Yohan Silot (ABŞ) / Benedek Tot (Macarıstan) cütünün qalibi ilə

+100 kq, 1/16 final
Camal Qamzatxanov – Uesli Qriniç (Böyük Britaniya)
Uşanqi Kokauri – Yakub Sordil (Polşa)
👍7🔥1
Qaradağ rayonunun Sahil qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən açılış tədbirində Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunan zalın ümumi sahəsi 100 kvadratmetrdir. Zalda həmçinin məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Yeni zalda 100 idmançının cüdo ilə məşğul olması üçün şərait yaradılıb.

Qeyd edək ki, 2022–2026-cı illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Zaqatalanın Mosul kəndi və Qəbələnin Vəndam qəsəbəsində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 198 idman zalına ümumilikdə 14180 tatami paylanılıb.
👍10👏3
🥋 Bu gün Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək. İlk yarış günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq.

Kişilər

-60 kq, 1/8 final
🇦🇿 Murad Muradlı – Maksim Taran 🇩🇪

-66 kq, 1/16 final
🇦🇿 Ruslan Paşayev – Eran Fiks 🇮🇱 / Yusuf Nurkoviç 🇲🇪 cütünün qalibi ilə

🇦🇿 İslam Rəhimov – Andreas Prokop 🇦🇹 / Alessio De Luka 🇮🇹 cütünün qalibi ilə

⏰ Təsnifat mərhələsi – 12:00-dan etibarən “JudoTV”də
⏰ Final bloku – 20:00-dan etibarən “CBC Sport”da

İdmançılarımıza uğurlar arzulayırıq! ✊
👍9
🥋 Bu gün Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışnın I turu keçiriləcək.

Turnirdə 49 klub və idman cəmiyyətini təmsil edən 223 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. ✅

📺 Kişilər arasında Liqa yarışının I turu Azərbaycan Cüdo Federsaiyasının "YouTube" kanalından canlı yayımlanacaq.

Tatami 1: https://www.youtube.com/watch?v=N6h8eUMm-aQ&pp=0gcJCa4KAYcqIYzv

Tatami 2: https://www.youtube.com/watch?v=OC0uvRUaOn4

Tatami 3: https://www.youtube.com/watch?v=3r1kv_SWe3U
👍8