Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
İki cüdoçumuz, bir bürünc medal — qalib Azərbaycandır! 🇦🇿
❤12❤‍🔥2👍2
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib.

Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, IJF-in baş katibi doktor Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanyşbek Yesekeyev iştirak ediblər.

IJF bayrağı arenadakı bayraq dirəyindən endirilərək əsas səhnəyə gətirilib. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli bayrağı IJF-in baş katibi Lisa Allana təqdim edib.

Daha sonra Lisa Allan bayrağı 2027-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi Kuanyşbek Yesekeyevə təhvil verib.

Bununla dünya çempionatına ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib. Tədbirin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.
👍5❤3
🥋 Bakıda keçirilən cüdo üzrə dünya çempionatının sonuncu günündə qarışıq komanda yarışı baş tutacaq.

🏆 Qarışıq komanda yarışı
⚔️ 1/16 final

🇦🇿 Azərbaycan – Avstriya 🇦🇹

🆚 Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (kişilər: - 73 kq, -90 kq, +90 kq; qadınlar: -57 kq, - 70 kq, +70 kq) görüşlər təşkil olunacaq. Mübarizəyə 18 yığma (192 cüdoçu) qatılacaq.

⏰ Təsnifat mərhələsi – 09:30
⏰ Final bloku – 18:00

📺 Canlı yayım: CBC Sport, Judo TV

🔖 Biletlər: iTicket.az

Komandamıza uğurlar arzulayırıq! 🩷
👍3
Azərbaycan - Avstriya qarşısında rəqiblər bəllidir. 🥋⚔️
👍3
Madina Kaisinova rəqibinə qalib gəlir. Azərbaycan millisi Avstriya ilə görüşdə önə keçir - 1:0.
👍2
Zelim Kotsoyev Avstriya idmançısı Movli Borçaşvilini ipponla məğlub etdi. Üstünlüyümüzü artırırıq - 2:0.
👍3
Avstriya ilə görüşdə hesabı 3:0 edirik. Xədicə Qədəşova da görüşdən qalib ayrıldı.
👍4❤1
Rəşid Məmmədəliyev rəqibi Firas Ben Saadı məğlub etdi.

Azərbaycan millisi Avstriya üzərində 4:0 hesablı qələbə qazanaraq 1/8 finala vəsiqə qazandı. Komandamızın bu mərhələdə rəqibi Yaponiya olacaq.
❤5👍3