𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
9.01K subscribers
1.14K photos
216 videos
2.69K files
219 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
Salam hər kəsə❤️

Kanalda nələr haqda paylaşımlar edilməsini istəyərdiniz?
İmtahan stressi☄

İndiki dövrümüzdə əksər şagird/tələbələrin əsas problemi stress olub. Lakin stressdən dırnağını, barmağının kənarlarını yeyən, dişləyənləri; su az içən əvəzində ya spirtli içkilər ya da digər zərərli içkiləri çox tükədənlər; həddən artıq çox yemək yeyənlər; diqqətsizlik, yuxusuzluq problemi yaşayanlar və həyatından həzz ala bilməyən insanlar da çoxdur. Bu sadaladıqlarım əlbəttə başqa problemin də əlaməti ola bilərlər...

Biz stress yönümdə yanaşırıq bu gün mövzuya. Və sizə "stresslənmə, həyəcanlanma, yaxşı olacaq" kimi sözlər deməyəcəm.

Praktiki yönümlü həll yolları deyəcəm.🧠

Əsasən imtahan stressi üzərindən məsələyə fokuslanıram.

-İmtahan öncəsi yoxda imtahanda stress yaşayırsan?
-Stress hansı düşüncələrdən yaranır?
-Stress keçirdiyinin fərqində olduğun zaman nə edirsən?
-İmtahanın önəmi nədir sənin üçün?

Öncəliklə bu sualların cavablarını dəftərin bir tərəfinə yaz.
Daha sonra cavabların qarşısında məntiqli cavabları yaz.😊

Bəli, məntiqli cavabları yaz..çünki stress yaradan düşüncələr məntiqli deyil, məntiqsiz əsassız düşüncələr olur. Daha çox düşüncə xətaları adlandırdığımız düşüncələrdən yaranır. Nəticədə məntiqli düşüncələrini təkrarla və əvvəlki düşüncələrinin sənə gülünc gələcək. 😅👍🏻
❤3
Forwarded from Just Breath 🌵
İlk paylaşımımı düşüncələr haqqında edəcəm.
Düşünürəm ki, bir insan özünü, yəni davranışlarını, vərdişlərini, xüsusiyyətlərini daha yaxşıya doğru dəyişmək istəyirsə, düşüncələrini analiz etməkdən başlamalıdır. Çünki hər şey burda-🧠 baş verir.

▪️Düşüncələri dəyişmək nə üçün önəmlidir?
Çünki düşüncə-duyğu-davranış sistemi mövcuddur. Bu sistemə görə, bizim davranışlarımız hisslərimizdən, eləcə də hisslərimiz düşüncələrimizdən asılıdır.

▫️Bundan dolayı ilk addım davranışlarımıza səbəb olan düşüncələri müəyyənləşdirməkdir.
Sizi narahat edən davranışlarınızı yaradan düşüncələri vərəqə yaza bilərsiniz. Daha sonra düşüncələrinizi analiz edin.📗
👍1
"Bir insana sirrinizi verdiyiniz zaman, azadlığınızı da vermiş olursunuz."

— Elif Şafak.✨
👍5
Hədəflərinə çatmaq üçün - enerjini, vaxtını boş yerə sərf etmə.Özünü sev və həyatdan zövq almağı bacar.Komplekslərindən azad ol. Gülümsə. Doğruları söyləməkdən və onunla yaşamaqdan çəkinmə.Özünü bir növ müalicə etmək üçün yeni standartlar təyin et. Görəcəksən həyatından nə qədər insanın yoxa çıxdığını... Bu, sosial ətrafını təmizləmək üçün əla yoldur.Ən əsası özünə inan..Başqalarının fikri onsuz hər gün dəyişir...💆🏻‍♀
Bəzən əhvalın pis olanda,interneti söndür... qulaqcığı tax....ən sevdiyin mahnını qoş və öz dünyana get✨
🪴
"İnsanı ən çox üzən şey; ummadığı şəxslər adam olarkən, adam sandıqlarının insan belə olmamış olmasıdır."✨

— Adam Fawer.
👍4❤1
Bir gün arzuladığım yerdə olacağam. O zaman dönüb geriyə baxmayacağam. Nə özümlə qürura zaman həsr edəcəyəm, nə də kənarların qibtə baxışlarından zövq alacağam. Mən o xəyallarımı yaşayanda sadəcə o anın ləzzətini alacağam ..  Bütün hal və vəziyyətlərdə dözümlü qəlbimə  afərin🌸🦋🫀...
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dərin hüzn hissi ilə anırıq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!🥀🖤
𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
Video
https://www.instagram.com/reel/CnoZvwIpYXZ/?igshid=YmMyMTA2M2Y=

Salamm🙋🏻‍♀️
Yanvar ayında heç əlimdən düşürmədiyim kitab
▫️İyi hissetmek▫️
Normalda belə adlı kitablar motivəedici olur. Lakin qətiyyən elə deyil. Elmi əsaslara dayanaraq çox maraqlı məlumatlar var. Xüsusilə də, psixiatrın gerçəkləşdirdiyi diaqloqlar, rol dəyişmə oyunları daha çox diqqəti cəlb edir.
Kitaba öncə duyğularımız, düşüncələrimiz barədə məlumat verib, sonra depressiya testini etmək tam da terapiyada olduğun kimi hissi verir😅
Və praktiki həll yollarını tətbiq etdikcə insan düşüncələrindəki müsbətə doğru dəyişikliyin fərqinə varır.💗

🖋Alıntılar həddən çoxdur amma ən sevdiklərimi burda qeyd edirəm..

🌿 Hissleriniz tamamen olaylara bakışınız ile ilgilidir.

🌿 Duygularınız genellikle, hayatınızda olanlardan çok nasıl düşündüğünüz ile ilgilidir.

🌿 Ya beklentilerinizi gerçeklerle uyumlu duruma getirmeniz gerekir, ya da insanların davranışları yüzünden hayal kırıklığına uğramaya devam ederiz.

🌿 Depresyondakı bireylerin büyük bir çoğunluğu aslında çok sevilen insanlardır, fakat bu hiç işe yaramaz çünkü kendilerini sevmezler ve kendilerine güvenleri eskikdir.

🌿 Başarıyı gözünüzde canlandırın.

🌿 Mükemmel olmak zorunda olmadıklarımı fark ettim. Hatta yapabilirim. Peki ne olur? Hatalarımdan öğrenebilirim! Öyleyse endişelenecek bir şey yok.

🌿 Kendinize zarar veren bu düşünce sisteminizle yüzleştikçe ve mücadele ettikçe geçerli ve kendi yaşamınızı kolaylaştıran kişisel felsefe için bir temel oluşturabileceksiniz.

#iyihissetmek #drdavidburns
#kitab #şəxsiinkişaf #kişiselgelişim #terapikitap
👍1
Gün üçün məsləhətlər👀

1. Heç vaxt özünüzü pis hiss etdiyiniz yerlərə qayıtmayın.  Bir dəfə imtina edənlərdən heç vaxt soruşmayın.  Və bir vaxtlar səni incidənlərin artıq yaxın olmasına imkan verməyin.

2. Sizi xoşbəxt edən şey mütləq başqasını xoşbəxt etmir.

3. Problemləriniz varsa, günahkarları axtarmayın.  Güzgüyə baxsanız yaxşı olar.

4. Bir dəhşətli günü və ya ayı dəhşətli həyatla eyniləşdirməyin.  Unutmayın ki, qarşıda çox gözəl anlar var.

5. Nə baş verdiyinin və nə olacağı önəmli deyil.  Yalnız indiki məqam önəmlidir.  Onu qaçırmayın və həyatı əldən verməyin.

6. Bəzən sırf düzgün olduğu üçün bir şey etməli olursan.  Bu, demək olar ki, həmişə əlverişsizdir.  Amma bunu etmək lazımdır.

7. Bəzən başqasının nöqteyi-nəzərinə etiraz etmək daha yaxşıdır.  Deyilməyən fikirlər və incikliklər daha pisdir.
Sabahınız xeyiirr😍❤️
❤3
Netflixdə izləyə biləcəyiniz çox maraqlı 1 sezon-8 bölümlük serialdır.👍✨

#film
Bunu qəti şübhəsiz qəbul et🤔 Heç kimsə çətinliklər olmadan uğur qazanmadı. Heç kimsə! Sadəcə qəbul et. Əgər çətin olmasaydı, hamı uğurlu olardı🙄 Əgər çətin olmasaydı o zaman qazandığın uğurun bir qiyməti qalmazdı😞 Əgər çətin olmasaydı güclü insanlar bilinməzdi😢 Daha doğrusu kimsənin nələrə qadir olduğu aşkar olmazdı. Əgər çətin olmasaydı... Əgər çətin olmasaydı, o zaman həyat maraqsız olardı🌑  Hamının uğurlu olduğu bir həyat düşün. Hamı xoşbəxt yaşayır🌚 Hər şey sadəcə monotonluq təşkil edir. Sizcə dünyada seçilmişlər tanına bilərdi? Xeyr. Əgər çətin olmasaydı SƏN xəyalların üçün çalışaraq hamıdan öndə olmağa can atmazdın...🌝 Çətin olmasaydı sənin uğurunla hamıdan öndə olmaq şansın olmayacaqdı!😓 Indi isə qalx!⚡️ Çətinlikləri məğlub elə!🔥 Və uğurunla hamıdan öndə olmağa çalış!💥