𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
9.01K subscribers
1.14K photos
216 videos
2.69K files
219 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
Bu gün istəyirəm "xoşbəxt olmaq" haqqinda kiçik məqalə yazim
Təəssüfki,çoxumuz xoşbəxtliyimizi təxirə salırıq.Ne vaxtsa xoşbəxt olacam deyib yasayiriq.... Bəs ne vaxt O "ne vaxtsa" dediyimiz vaxt ne zaman olacaq ?
Ilk Universiteti arzulayırıq ora daxil olsam xoşbəxt olacam deyirik sonra İş heyati ve yaxud Aile heyati secim hansidisa ona nail olduqmu xoşbəxt olacaqimizi dusunuruk.
Usaqimiz olur deyirik birce boyuse idi... sonra yeniyetmelik dovrunun kecib gedende xoşbəxt olacaqimizi dusunuruk.
Biz ele bilirikki bunlar bitenden sonra heyat başlayır onda xoşbəxt olacaqiq.Amma sonra basa dusdumki bu başımiza gelen olaylar maneələr hamisi ele heyatin ozu imis....
Xoşbəxtliye geden yol yoxdur Xoşbəxtlik o yolun özüdür.🌺🌺🌺
👍5
• "Tolstoy diyor ki:“ Belki de her şeyi kabullenip hayatı akışına bırakmak lazım. Zorlamak bazen çözüm değildir. Ve zorla olan hiçbir şey güzel değildir.”🫧🪷
👍7
Fırtınanın gücü nə olursa olsun, qağayı sevdiyi dənizdən əsla imtina etməz.🌪
👍5
Nələri verməzdim bircə saatlıq
Yan yana səninlə əyləşmək üçün
Ömrümün qalanın qurban verərdim,
Bilsəm səni görmək olacaq mümkün
Qeydinə qalardım bircə saatlıq,
Sənlə dərdləşəydim,maraqlanaydım
Kim üzüb,xətrinə kim dəyib mənsiz,
Səssizcə içimdə acıqlanaydım ..
İzin istəyəydim,ətrindən ötrü, İzninlə ətrini içə çəkəydim ..
Bir qucaq xətrinə,on illik dərdi
Üstümdən sıyırıb,yerə tökəydim ..
👍3❤2⚡1
Xəyalların səni gözləyir, sən isə onu gözlətməyə davam edirsən. Hər gün bir bəhanə uydurur və xəyallarına getmək üçün çalışmırsan. Elə düşünmə ki sən belə tənbəllik etdiyin müddətcə xəyalların baş tutacaq, bu heç vaxt olmayacaq. Əgər bir şeyi həyata geçirmək  istəyirsənsə o zaman onun üçün çalışmalısan. Qıraqdan insanların boş-boş sözlərinə fikir vermə və bütün bəhanələri qırağa qoy. Özünə dürüst ol və istəyini həyata keçirmək üçün çalışmağa başla. Başlayaram yox, indi başla...🍀

Yeni həftəyə, yeni günə xoş başlamaq ümidi ilə ❤️
👍1
*📌Hiss etdiyiniz amma adını bilmədiyiniz duyğular..*

Jouska : Öz beyninizdə qurduğunuz xəyalı danışıq 🗣

Exulansis : İnsanların anlamadığı bir şeyi izah etməkdən vaz keçmək 💆🏻‍♀️

Chrysalism : Fırtınalı havada qapalı bir məkanda olmağın verdiyi huzur 🌪

Nadus Tollens : Həyat tərzinin artıq sənə məntiqsiz gəlməsinin fərqinə varmaq 🌵

Ruckkehrunruhe : Tez bitən yorucu tətildən sonra evə dönüş hissi 💫
👍3
Psixoloji test
Birini seçin. Cavablar paylaşılacaq ❤️
Sən hələ də heç nə öyrənməmisən? Ölümün yaxınlaşmağı sənə heç bir şey öyrətməyib? Bəsdir daima kiməsə mane olduğunu, yanındakını narahat etdiyini düşündün. Əgər insanlar nəyisə xoşlamasalar şikayət edə bilərlər. Və əgər şikayət etməyə cəsarətləri çatmırsa, bu, onların problemidir.*

•Paulo Coelho.
❤5
𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
Psixoloji test Birini seçin. Cavablar paylaşılacaq ❤️
1. Qayğısız, şən və zarafatcıl
Həyat sizin üçün azadlıq və spontanlıqdır. Hər andan maksimum şəkildə yararlanmağa çalışırsınız. Sizin həyat deviziniz: “Həyatda yalnız bir dəfə yaşayırıq”-dır. Yeni təəssüratlara açıqsınız və dəyişiklikləri sevirsiniz. Bu fiquru seçən insanlar üçün ən pis şey nəyəsə bağlılıq, məhdud öhdəliklər hiss etməkdir. Daim sürprizlərə hazırsınız.
2. Müstəqil, şərtilikdən uzaq, özbaşına
Daim öz yolunuzla gedirsiniz və sizi yolunuzdan döndərəcək maneələrə məhəl qoymursunuz. İşdə və yaxud sərbəst vaxtınızda nümayiş etdirdiyiniz artistik qabiliyyətiniz var. Həyat tərziniz çox fərdidir. Hazırda dəbdə olan heç bir şeyi düşünmədən qəbul etmirsiniz. Həyatla bağlı öz təsəvvür və inanclarınızla yaşayırsınız. Hətta bu axına qarşı üzmk belə olsa.
3. Özünütəhlil və düşüncəyə meyilli, həssas
Digər insanlardan fərqli olaraq özünüz və ətraf dünya haqqında daha çox düşüncələrə dalırsınız. Boş-boş söhbətləri dinləməkdənsə özünüzlə tək almağa üstünlük verirsiniz. Lakin dostlarınız ilə münasibətiniz çox səmimidir və bu sizə sakitlik və harmoniya bəxş edir. Siz çox nadir hallarda darıxırsınız.
4. Həyatpərəst, tarazlı, harmoniyalı
Təbiilik və sadəliyə qiymət verirsiniz. İnsanlara sizinlə çox rahatdır, çünki ayaqlarınızı yerə bərk basırsınız və sizə etibar etmək olar. Dəyər verdiyiniz insanlara təhlükəsizlik hissi bəxş edirsiniz, lakin bununla belə onlara təzyiq göstərmirsiniz. Sizi mülayim və həssas bir insan kimi tanıyırlar. Modaya şıltaqlıqla yanaşır, praktik və zərif geyimlərə üstünlük verirsiniz.
5. Praqmatik professional, öz gücünə əmin
Həyatı nəzarət altında saxlayır və uğura deyil, öz fərdi fəaliyyətinizə bel bağlayırsınız. Problemləri sadə yolla həll etmək sizə xasdır. Həyata realistik baxış bucağınız var və gündəlik qayğılardan uzaqsınız. Ruhunuzun gücü ətrafınıza yansıyır. Başladığınız işi sona çatdırmayınca məmnunluq hissi duymursunuz.
6. Sülhpərvər, şüurlu, agressiv olmayan
Asanlıqla ünsiyyət quran, lakin eyni zamanda ehtiyatlı birisisiniz. Zəhmət çəkmədən dost əldə etsəniz də, skitlik və müstəqilliyi sevirsiniz. Zamanla həyatın mənasını düşünmək və dünyadakı hər bir şeydən kənarda istirahətə ehtiyac duyursunuz. Özünüz və ətrafınızdakı insanlarla harmoniya şəraitind yaşamağı bacarırsınız.
7. Öz gücünə əmin analitik, etibar etmək mümkün olan insan
Sizin “ildırım sürətli” həssaslığınız özlüyündə əsl həyati dəyərləri anlamağa kömək edir. Mədəniyyət həyatınızda vacib rol oynayır. Öz xüsusi həyat tərziniz var – eksklüziv və eleqant, müstəqil və dəbə önəm verən.
8. Romantik, xəyalpərəst, emosional
Çox həssas təbiətə sahibsiniz. Hadisələrə rasional nöqteyi-nəzərdən baxmaqdan imtina edirsiniz. Sizə hissləriniz daha vacibdir. Romantizmi inkar edən və yalnızca şüura əsaslanan insanlar sizə maraqlı deyil. Emosiya və hislərinizin müxtəlifliyini məhdudlaşdıracaq heç bir şeyi qəbul etmirsiniz.
9. Dinamik, fəal, ünsiyyətcil
Risk etməyə və maraqlı iş müqabilində ağır məsuliyyətlər qəbul etməyə hazırsınız. Hadisələrin mərkəzində olmağı sevirsiniz. Müəyyən hallarda fəal şəkildə təşəbbüs göstərmək qabiliyyətinə sahibsiniz.
👍2
Bitmedi bitemezzz💚
❤8